Ruslar Azərbaycanı özlərinə dost ölkə seçdi – yeni gəlişmə, təzə şərtlər

Ruslar Azərbaycanı özlərinə dost ölkə seçdi – yeni gəlişmə, təzə şərtlərRusiyadakı "Levada Center" qeyri-hökumət təşkilatı ölkə vətəndaşlarının dost və ya düşmən saydığı dövlətlərin siyahısını açıqlayıb. Sorğunun nəticələrinə görə, əhalinin 62%-i Belarusu, 42%-i Çini, 38%-i Qazaxıstanı, 22%-i Ermənistanı, 16%-i isə Azərbaycanı Rusiyanın dostu kimi görür. Düşmən ölkələr siyahısında isə 67%-lə ABŞ liderlik edir. Daha sonra sırada Ukrayna, İngiltərə, Litva, Latviya gəlir.

Göründüyü kimi, Azərbaycan Rusiyaya dost ölkələrin səfində, birinci beşlikdə yer alıb. Özü də işğalçı Ermənistanla yanaşı. İlk baxışda absurd görünə bilər. Çünki Azərbaycanla Ermənistan 30 ildir ikincinin haqsız torpaq iddiası səbəbindən, lap dəqiqi, Rusiyanın özünün körüklədiyi Qarabağ konflikti üzündən münaqişə-müharibə vəziyyətindədir. Odur ki, sual yaranır: nədən Kreml bu "iki dost" ölkənin arasını düzəltmir, işğala son qoymur, üstəlik, əlində unikal imkanlar ola-ola?

İki variant ola bilər: ya Moskva bunu istəmir, ya da bacarmır. Rusiyanın Ermənistana təsir rıçaqlarını nəzərə alsaq, ikinci variant istisnadır. Qalır, birinci ehtimal: Kreml "iki dost"unun barışığını arzulamır. Demək, Rusiya dost saydığı Azərbaycana və Ermənistana münasibətdə eyni dərəcədə səmimi deyil. Daha dəqiqi, onlardan yalnız birinin həqiqi dostudur. Aydın məsələdir kimin.

Gerçəkdən də, işğalçı ilə işğala məruz qalan ölkələr eyni vaxtda hansısa ölkənin dostu ola bilməz. Bu qayda ABŞ və İran üçün də keçərlidir: Azərbaycanla Ermənistanın eyni dərəcədə Tehranın dostları olması qeyri-mümkündür. Düşmənimizin dostu necə bizim dostumuz ola bilər ki?

Təsadüfi deyil ki, işğalçı ölkədə keçirilən rəy sorğularında Rusiyanın daim Ermənistanın 1 nömrəli dostu olduğu üzə çıxır, İran sırada 2-ci gəlir. Azərbaycandakı sorğularda isə Rusiya, İran dost ölkələrin birinci üçlüyündə belə, yer ala bilmir (1-ci yerdə həmişə Türkiyə, sonrakı yerlərdə isə bir qayda olaraq, Gürcüstan və Pakistan gəlir).

Sözü ona gətiririk ki, Rusiya əhalisinin Azərbaycanı dost hesab eləməsi hələ o anlama gəlmir ki, biz də Rusiyanı özümüzə dost sayırıq. Kimisə özünə dost saymaq hələ yetərli deyil, gərəkdir ki, özün də gərək dost olmağa layiq olasan, özünü dost kimi aparasan, dost canlı olasan. "Dost dosta tən gərək". Yaxud başqa bir Azərbaycan məsələsində deyildiyi kimi, "Örtülü bazar dostluğu pozar". Qarabağ məsələsində ikiüzlü mövqeyi, "ikili standartlar"ı deyirik.

Doğru, son illər Rusiyada erməni lobbisinin, ermənipərəst KİV-in güclənən anti-Azərbaycan təbliğatına rəğmən, bu ölkə toplumunda Azərbaycana rəğbətin, inam-etibarın artması müşahidə edilir. Yaxşı tendensiyadır. Ancaq bu inam-rəğbətin dəyər qazanması və qarşılıqlı olması üçün onun maddiləşməsi lazımdı. Bu da Qarabağ ixtilafının həllinə Moskvanın, nəhayət, real töhfə verməsindən keçir. Əks halda, deyildiyi kimi, Rusiya Azərbaycanın dostları sırasında heç birinci 5-liyə də düşə bilməyəcək. Necə ki, düşmür.

Bu xüsusda Rusiya əhalisinin mövqeyi əslində ölkə rəhbərliyinə siqnal olmalıdır ki, rəsmi Moskva üzünü Azərbaycana çevirsin, Rusiyanı Azərbaycan xalqının həqiqi dostuna çevirsin. Yolu deyildi: Qarabağ konfliktinin həlli! Çünki bu münaqişənin şəriksiz "memarı" Kremldir. Top çoxdan Rusiyanın meydanında.

Əfsus ki, Rusiyada hakimiyyətlər, siyasi rejimlər dəyişsə də, Kremlin Qarabağ siyasəti dəyişməz qalır. Mixail Qorbaçov, Boris Yeltsin münaqişəyə yanaşmada hansı baxışı tərcih edirdilərsə, cənab Putin də təxminən eyni prinsipi əsas götürür, Azərbaycanın haqq eləmədiyi bir yolun yolçusudur. Prinsip isə belədir: öncə Rusiyanın imperiya maraqları, sonra yer qalsa, Qarabağ məsələsinin həlli. O da hələ bilinmir ki, ədalətli, yoxsa ədalətsiz həll.

Ədalətli həll üçün ədalətli arbitr olmaq gərəkdir. Ədalətli arbitrlik üçünsə ən azından, tərəflərdən eyni məsafədə dayanmaq əsas şərt sayılır, əgər təcavüzkarı adı ilə çağırmağa iradən çatmırsa. Rusiya bunu bacararmı?

Ermənilərə gəlincə, onların yalançı vay-şivəninə və isterikasına baxmayın. İşğalçı ölkədə hakimiyyətlər dəyişsə də, Paşinyan dövründə keçirilən rəy sorğuları da təsdiqləyir ki, Rusiya Ermənistanın 1 nömrəli dost-müttəfiqi (oxu: havadarı) olaraq qalır. Bu da məntiqlidir. Ermənilər fərqindədirlər ki, Rusiyasız Qarabağı bir gün belə işğalda saxlaya bilməzlər.

O da bəlli ki, Ermənistan Rusiyanın marioneti, vassalıdir. Marionetdən, vassaldan, nökərdən isə dost çıxmır. Təəssüf ki, bununla bizim yaramız sağalmır, işimiz yüngülləşmir. Çünki Rusiya naib-nökərini dostundan da çox istəyir...

Mənbə: Yeni Müsavat


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 1524   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"İlkin işinin başındadır" - ATV prezidentindən AÇIQLAMA

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalının jurnalisti İlkin Xəlilovun və "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılmasına münasibət bildirib. . . Azər Xəlilov Unikal.org-a açıqlamasında bildiri

17 iyun 2019

"Azərbaycanda aprel müharibəsi ərəfəsindəki vəziyyətdir"

Qarabağda təmas xətti boyu vəziyyət gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir. Erməni tərəfinin təcavüzkar əməllərinə hələlik Azərbaycan tərəfi "mülayim" cavablar verməkdədir və belə görünür ki, rəsmi Bakı uzun müddətdən bəri ilk dəfə ABŞ-da baş tutacaq danışıqla

17 iyun 2019

Deputat: Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək

"Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır". . . Sonxeber.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev "Facebook" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, gərginliyə səbəb odur ki, işğalçı ölkə substanti

17 iyun 2019

Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: "... Qələt eləyir, başını..."

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib.. . Sonxeber.az musavat.com-a istinadla xəbər verir ki, P.Hüseyn iki gün öncə sosial şəbəkədən yazdığı bir statusu xatırladıb, daha sonra öz mövqeyini açıqlayıb. P.Hüseynin statusunu təqdi

17 iyun 2019

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.. . Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşə

17 iyun 2019

Rusiya şirkətindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, jurnal öz səhifəsində "Günəşli Ermənistana vertolyo

16 iyun 2019

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Bakıya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum.. . Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın TASS agentliyinin jurnalisti Səadət Kadırovanın "kadyrova.online" "YouTube"

16 iyun 2019

Azərbaycan, Rusiya və İran prezidentləri avqustda görüşəcəklər

Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi bu ilin avqust ayında planlaşdırılır.. . RİA Novosti xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotarev Tehranda "İran və Şimali Qafqaz: əməkdaşlığın tarixi və perspektivlər" adlı konfransı

16 iyun 2019

"Azərbaycan Qarabağda hərbi əməliyyata hazırlaşır" - Erməni mətbuatı

Levon Mnatsakanyanın seperatçı Qarabağ rejiminin baş polisi təyin olunması barədə xəbər yayılıb.. . Cebhe.info Ermənistanda nəşr olunan "Past" qəzetinə istinadən bildirir ki, bu, Paşinayana qarşı "Qarabağ klanı"nın mövqeyini möhkəmləndirir: "2020-ci ilə təyin olunan preziden

16 iyun 2019