Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLAR

Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLARZorla qaçırıldığı deyilən Aytəndən xəbər var.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Atv-də yayımlanan "Bizimləsən" proqramına gələn ana bildirib ki, qızı Aytəni iki ildir zorla qaçırıblar və diləndirirlər. Ana qızının qaçırıldıqdan sonra diləndirildiyi, oğurluğa məcbur edildiyi və ailəsi ilə danışmağa qoymadığını bildirib.

Bu gün proqramın növbəti bölümündə aparıcı Zaur Baxışəliyev Qaxın Güllü kəndinə qaçırıldığı deyilən Aytəndən xəbər almaq üçün çəkiliş qrupunun göndərildiyini bildirib.

Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLARAytənin anası Validə xanım bildirib ki, ona güclü təziqlər göstərildiyi üçün qorxudan nə desələr danışacağına əmindir:

" Mənim qızıma güclü təzyiqlər olunur. Mən qızımı tanıyıram. O çox mehriban, ağıllı, ailəcanlı qız idi. İndi isə qorxudan o məni söyə də bilər, təhqir də edə bilər".

Aytən danışaraq anasının dediklərini təkzib edib:

"Əslində elə bir şey yoxdur. Mən bura təzə gələndə anam gəlmişdi yanıma. 10-15 gün burda da qalmışdı. Burda hamıdan razı qalmışdı. Birdən nəsə narazıçılıq odu, söz-söhbət düşdü çıxıb getdilər. Ondan sora yoldaşımın üstünə şər atdı. Mənim burda heç bir problemim və şikayətim yoxdur. Normal həyat yaşayıram, çox xoşbəxtəm.

Burdan anama demək istəyirəm ki, mən artıq uşaq deyiləm. Mənim 30-dan çox yaşım var. Məni heç kim öyrətmir, öz ağlım özümə bəsdir. Ay ana, biz burda xoşbəxtik. Sənin bizi ayırmaqda məqsədi nədir? Mən sizdən imtina etməmişəm. Siz özünüz, hətta bacım Lamiyə məndən imtina etmişdi. İndi hesab edin ki, mən yoxam. Çox xahiş edirəm, məni rahat buraxın".

Aytən anasının onu diləndirildiyi barədə iddialarına da cavab verib:

"Bu yalandır. Lap dilənim. Mən dilənsəm də, hardasa işləsəm də ailəmin xoşbəxtliyi üçün işləyə bilərəm. Mən bura gələndən heç mağazaya belə çıxmıram. Nəin ki, dilənməyə. Mən ömrümün axırına qədər burda qalacam, boşanan deyiləm".

Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLARZorla qaçırıldığı iddia edilən Aytəniin qayınanası bildirib ki, gəlininin anasını başa düşmür:

"Mən özüm də başa düşə bilmirəm ki, Aytənin ailəsi nə üçün belə edir? Niyə onlar bizim gül kimi gəlinimizi əlimizdən almaq istəyirlər?"

Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLARAytənin həyat yoldaşı isə ondan ayrılmayacağını bildirib:

"Onu zorla qaçırmamışam. O da istəyib, mən də istəmişəm. Öz razılığımız ilə qaçmışıq. Biz peşman deyilik, ölənə qədər də birlikdə olacayıq. Kim gəlir gəlsin, hara şikayət edirlər etsinlər. Bizi Allahdan başqa heç kim ayıra bilməz. Qayınanama uzun ömür can sağlığı arzu edirəm. Xahiş edirəm ki, bizi rahat buraxsın".

Zorla qaçırıldığı deyilən Aytən ailəsindən imtina etdi: "Məni rahat buraxın" - FOTOLARAytəniin qonşuları da danışaraq, ilərdir qonşularında heç bir problem olmadığını bildiriblər.

big.az

Sosial   Baxılıb: 1114   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR