Zakir Həsənov əsas vəzifəsini AÇIQLADI

Zakir Həsənov əsas vəzifəsini AÇIQLADI2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

"Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Getdikcə təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik".

Z.Həsənovun sözlərinə görə, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türkiyə Silahlı qüvvələrinin rolu böyükdür: "Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, bu il təlimlərin sayı 13-ə çatdırılacaq".

Nazir əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən sosial baxımdan orduya böyük diqqət ayrılır:

"Bizim ordunun zabitlərinin əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz Prezidentə müraciət etdik və dövlət başçısı buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi".

Z.Həsənov vurğulayıb ki, Müdafiə nazirinin əsas vəzifəsi ordunu daim yüksək döyüş vəziyyətində və müharibəyə hazır saxlamaqdır: "Bizim də vəzifəmiz Ali Baş Komandanın tapşırığına əsasən, qanun çərçivəsində ordunu daim yüksək döyüş vəziyyətində saxlamaqdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1053   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021