Ermənilər Fransada əks-zərbəyə hazırlaşır – Politoloq

Ermənilər Fransada əks-zərbəyə hazırlaşır – PolitoloqFransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları "sazişləri" ləğv etməsi müsbət hadisədir. Buna rəğmən eyforiyaya qapılmağa da ehtiyac yoxdur. Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks-zərbəyə hazırlaşır.

Sonxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində bildiib.

O qeyd edib ki, iyunun 17-də erməni separatçılarının "parlament sədri" Aşot Qulyan Xankəndidə "Arsax-Fransa dostluq qrupu"nun iclasını keçirib:

"Erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər. İstisna etmirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun. Maraqlıdır, bugünlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa aradan qaldırılsın".

E.Şahinoğlu qeyd edib ki, beləliklə, erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər:
"Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər. Bu arada, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritələrlə mübarizə hələ də nəticə vermir. Xarici İşlər Nazirliyimiz araşdırsın ki, Rusiyada və digər ölkələrdə bu xəritələr necə hazırlanır və necə olur ki, bu xəritələr təyyarələrdə paylanan dərgilərdə peyda olur? Bir dəfə görmədik ki, Zəngəzuru və ya Göyçəni Azərbaycan ərazisi kimi göstərən xəritələr yayılsın. Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi?!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 975   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel