Minimum aliment necə müəyyən edilir? - Alimentlə bağlı SUALLARA CAVAB

Minimum aliment necə müəyyən edilir? - Alimentlə bağlı SUALLARA CAVABBir neçə gün əvvəl şair-publisist Murad Köhnəqalanın birinci evliyindən olan övladları üçün məhkəmə tərəfindən müəyyən edilən, amma ödənilməyən 12 min manata görə həbs edilməsi ölkədə aliment problemini yenidən gündəmə gətirib. Hər zaman aktual olan aliment ödəməməklə bağlı qanunvericilik tələbləri nədir?

Sonxeber.az modern.az-a istinadən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədovla müsahibəni təqdim edir:

- Seymur müəllim, aliment ödəməməklə bağlı qanunvericilik müddəlarında hansı cəzalar nəzərdə tutulub?

- Qanunvericilikdə aliment ödəməməklə bağlı normalar müəyyən edilib. Bu normalara görə, aliment ödəməyən valideynlər üçün bir neçə cəza tədbiri nəzərdə tutulub. Belə ki, valideyn alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilə və həbs oluna bilər. Cinayət Məcəlləsində aliment ödəməyən valideyn barədə məhkəmə hökmünü və qərarını icra etməməklə bağlı məsuliyyət nəzərdə tutulub. Eyni zamanda, həmin valideynin ata, yaxud ana olmasından asılı olmayaraq, alimenti ödəmirsə, məhkəmədə Ailə Məcəlləsinin 64-cü maddəsilə onun valideynlik hüququndan məhrum edilməsilə bağlı cavabdeh, yaxud iddiaçı tərəfindən iddia qaldırıla bilər. 64-cü maddənin tələbindən biri də odur ki, valideynlər alimenti qəsdən ödəmədikdə valideynlik hüququndan məhrum edilə bilərlər. Bu isə məhkəmə qaydasında həyata keçirilir.

- Valideynin maddi vəziyyəti minimum aliment məbləğini ödəməyə imkan vermədiyi halda, hansı qərar qəbul oluna bilər?

- Bütün bunların hamısı məhkəmə predmetidir. Ümumiyyətlə, alimetlə bağlı məhkəməyə müraciət olunanda, məhkəmə aliment ödəyəcək şəxsin bütün imkanlarını, gəlirlərini araşdırır və nəzərə alır. Hazırda minimum aliment 160 manat miqdarında müəyyən olunub. Məbləğin yuxarı, aşağı həddi məhkəmə qaydasında müəyyən olunur.

- Təcrübədə elə bir hal olubmu ki, maddi vəziyyəti nəzərə alınaraq, valideynə aliment kəsilməsin?

- Xeyr. Belə hal mümkün deyil. Aliment uşağın saxlanması üçün olan tələbdir. Əsas məqsəd uşaq üçün lazım olan dolanışıq xərclərinin təmin edilməsidir. Aliment bilvasitə uşağın xərcləri kimi ödənilir. Ona görə də aliment mütləq şəkildə kəsilməli və ödənməlidir.

- Bəs, qarşı tərəfin illərlə aliment ödəməyən valideynlə bağlı, hətta övladı 18 yaşını tamamlasa belə, məhkəməyə müraciət edib əvvəlki illərdə ödənilməmiş alimenti tələb etmək haqqı varmı?

- Bəli, var. Amma bu, mübahisə predmetidir. Çünki illərlə yığılıb qalmış alimentin birdəfəyə ödənilməsi çox çətin haldır. Cavabdeh tərəf bunu özü müəyyən etməlidir. Tutaq ki, 18 yaşadək aliment ödənilməyib və övladı 18 yaşını tamamlayandan sonra məhkəməyə müraciət edib əvvəlki illərdəki ödənilməmiş alimeti tələb etmək absurdur. Hər bir ailə quran cütlük dərk etməlidir ki, əgər boşanma varsa, aliment də var. Bunun məsuliyyətini hər bir vətəndaş dərk etməlidir. Heç kəs bundan azad ola bilməz. Çünki bu tələb uşağın yaşantısı üçün tələb olunan vəsaitdir.

- Komitəyə alimetlə bağlı mübahisəli məsələlərlə müraciətlər çox olur?

- Bilirsiniz, bu gün məhkəmə proseslərində ən çox baxılan işlərdən biri də alimentlə bağlı mübahisəli məsələlərdir. Eyni zamanda, Komitəyə də alimentin ödənilməməsilə bağlı çoxsaylı müraciətlər olur. Biz də həmin vətəndaşlara dəstək üçün müvafiq orqanlara müraciət edirik.

- Əksəriyyət aliment deyəndə, ödənişin kişilər tərəfindən ediləcəyini düşünür. Amma qanunvericiliyiə görə, uşaq kimdə qalırsa, alimenti qarşı tərəf ödəməlidir, ata, yaxud analığından asılı olmayaraq. Bu baxımdan aliment ödəməyə vadar edilən anaların sayı neçə nəfərdir təxminən?

- Bəli, aliment təkcə kişilərə xas, onların ödəyəcəyi ödəniş forması deyil. Məhkəmə qərarına əsasən, uşaq hansı valideynində qalırsa, qarşı tərəf ona aliment ödəyir. Əksəriyyət kişilər təşkil etsə də, aliment ödəyən qadınlar da vardır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1905   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart