Fuad Abbasov həbsdə olmasının səbəblərini özü açıqladı - sensasion telefon bəyanatı

Fuad Abbasov həbsdə olmasının səbəblərini özü açıqladı - sensasion telefon bəyanatı"Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar"

Hazırda Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov ictimaiyyətə audio müraciət yollayıb. Həmin səs yazısında jurnalist həbsdə olmasının səbəbi və bunun arxasında dayanan qüvvələr barədə danışıb.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, F.Abbasov sözügedən səs yazısında günlərdir qanunsuz olaraq azadlıqdan məhrum olunduğunu deyərək detalları səsləndirib: "Vacib deyil ki, bu günlər ərzində məni hansı xəyal qırıqlıqları, kədər müşayiət edir. Mən şikayət etmirəm və əsəbə, kədərə də məğlub olmuram. Mən 25 ildir ki, əsirlikdə olan Qarabağ əhalisindən, insanlarından heç nə ilə üstün deyiləm. Onların acınacaqlı, faciəli taleyi mənimki də ola bilərdi. Mən Allaha ona görə minnətdaram ki, bu günlər ərzində insanları daha çox tanıdım, nəinki azadlıqda olduğum müddətdə. Son baş verən hadisələrlə bağlı bütün diqqət Rusiyadakı Azərbaycan diasporasının üzərindədir. Bir çox diaspora nümayəndələri bu haqda özləri bildirdilər. Onları bu məsələdə qonşu ölkələrin iclmaları da dəstəkləyiblər. Guya Fuad Abbasov azadlıqdan məhrum olunub, deportasiya olunub. Ona görə ki, onu Azərbaycan diasporasının nümayəndələri şikayət ediblər. Əslindəsə bunun reallıqla heç bir əlaqəsi yoxdur. Mən indi satqınlardan danışmaq istəmirəm. Bizi dünən də satıblar, bu gün də satırlar, sabah da satacaqlar. Amma mən indi burdayamsa, bu, diaspora tərəfindən ittihamlara və diaspora daxilindəki problemlərə görə deyil. Əsas səbəb azərbaycanlıların Rusiyada hüquqlarının pozulmaslıdır. Əslində bu, belədir. Mənimlə baş verənlərin əsas səbəbi Rusiyada yaşayan azərbaycanlıların problemlərinin səsləndirilməsidir. Xüsusən də federal kanallarda, ictimai rəyin formalaşdığı media məkanlarında çıxışlarımdır. Rusiya və Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasındakı münasibətləri pozmağa cəhddir".

F.Abbasov eyni zamanda bildirib ki, efirdəki hər tənqidi çıxışından sonra onunla hüquq-mühafizə orqanları maraqlanırdılar: "Bu efirlər də diaspora ilə bağlı idi. Nəyə görə 15 mart 2019-cu ildəki, 15 may 2019-cu ildəki efirdən sonra hüquq-mühafizə orqanları mənimlə maraqlandı? Bu efirlər Azərbaycan diasporası ilə bağlı idi. Bunu diasporadaxili problem kimi qələmə vermək istəsələr də, bu, onunla bağlı deyil. Mənim saxlanmağımın əsas səbəbini jurnlast Maksim Şevçenko səsləndirib. Ona cəsarətinə görə təşəkkür edirəm. Burda məqsəd Rusiyadakı yeganə azərbaycanlının, eyni zamanda Rusiya kanallarında türkiyəli qardaşlarımızın səsini kəsməkdir. Kimlərəsə bu, çox da xoş gəlmir. Kimsə istəyir ki, sözün hərfi mənasında azərbaycanlıların və türk qardaşların səsini Rusiya efirindən, internet məkanlarından silsinlər. Bu, müxtəlif ölkələrin illərlə davam edən planlarına ziddir. Ona görə də onlar yalan xəbərlə, sifarişli addımlar atırlar. Sifarişçi və icraçılar bununla dayanmayacaqlar. Onlar müxtəlif ittihamlar uyduracaqlar ki, mənim səsimi azadlıqdan məhrum etdikləri divarlar arasında kəssinlər. Amma son günlər bu olaydan öz siyasi məqsədləri üçün istifadə edənlər də var. İndi mən sifarişçi və icraçılar, eləcə də bundan istifadə edənlər barədə danışmaq istəmirəm. Bəlkə də bəzi analitiklər bu haqda artıq yazıblar. Amma mənim bu dörd divar arasında olmağım Rusiyada Azərbaycan və Türkiyənin səsini çatdırmağımla bağlı ictimai fəaliyyətimlə bağlıdır. Mən düşünmürəm ki, yaxın zamanda kimsə mənim bu təcrübəmi təkrarlamaq istəsin. Çünki bu, göz qorxutmaq üçün hesablanıb. Məqsəd odur ki, heç kim Fuad Abbasov kimi hərəkət etməsin. Bəlkə də onlar öz məqsədlərinə nail olacaqlar. Ya da mənim yolumu davam edəcək soydaşlarımız tapılacaq. Amma nə olursa olsun, mən demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Özünüzü heç nə ilə məhdudlaşdırmayın. Əgər sizin deməyə nəsə sözünüz varsa! Öz hüquqlarınızı müdafiə etmək və Rusiyada öz sözünüzü demək istəyirsizsə, bunu edin. Qorxudulma aktlarına, opponentlərinizə rəğmən, bunu edin. Ümid edirəm ki, yaxın zamanlarda azadlığa çıxa biləcəm, sizinlə normal ünsiyyət quracam. Mən azadlıqdan məhrum olmuşam indi. Bəlkə də gələcəkdə bunu deməyə imkanım olmayacaq".

F.Abbasov sonda onu müdafiə edən hər kəsə, xüsusilə də Rusiyadakı Azərbaycan səfirliyinə təşəkkür etdi: "Ümid edirəm ki, Rusiya hüquq mühafizə orqanları bütün hallarda həqiqətin yanında olacaq və indiki situasiyada ən düzgün qərarı verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1354   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel