Lombarda üz tutanların NƏZƏRİNƏ! Artıq sizi aldada bilməyəcəklər – Deputat ŞƏRTLƏRİ AÇIQLADI

Lombarda üz tutanların NƏZƏRİNƏ! Artıq sizi aldada bilməyəcəklər – Deputat ŞƏRTLƏRİ AÇIQLADI"Lombarda girov qoyub pul götürən insanlar sığorta olunmalıdır ki, sonradan heç bir problemlə üzləşməsinlər. Lombardların özləri də sığortalanmalıdır. Çünki lombard adı gələndə istənilən adam onun barəsində mənfi fikir söyləyir". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə müzakirəyə çıxarılmış "Lombardlar haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Lombardlar haqqında" qanun layihəsi lombardların fəaliyyətini tənzimləmək baxımından böyük addımdır: "Lakin qanun layihəsi millət vəkillərinə komitə iclasından bir gün əvvəl təqdim olunub. Deputatların qanun layihəsini oxumağa imkanları olmamışdı. Layihə barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin direktoru Əfqan Baxışov plenar iclasda qısa məlumat verdi. Onun məlumatından sonra birinci çıxış edən mən özüm oldum. Deputatların əksəri mənim çıxışımı dəstəklədi".

R. Quliyev qanun layihəsində bəzi bəndlərin əlavə edilməsini təklif edib: "Birincisi, qanun layihəsində nəzərə alınmalıdır ki, lombardlara daha çox imkansız adamlar gedir. İmkanlı adamlar lombardlardan adətən istifadə etmirlər, onlar pul almaq üçün daha çox banklardan kredit götürməyə üstünlük verirlər. Qanunda elə bir bənd olmalıdır ki, insanlar əsasən qızıl və zinət əşyalarını, bəzən daşınan və daşınmaz əmlaklarını girov qoyaraq qısa müddət zaman kəsiyi – bir neçə gün, 1 həftə, yaxud 1 ay - üçün lombardlardan pul götürsünlər.

İkincisi, girov qoyub pul götürən insanlar sığorta olunmalıdır ki, sonradan heç bir problemlə üzləşməsinlər. Lombardların özləri də sığortalanmalıdır. Çünki lombard adı gələndə istənilən adam onun barəsində mənfi fikir söyləyir. Təbiidir ki, lombardlar qeyri-bank sektorunda olan lazımi maliyyə qurumlarıdır. Lombardların tarixi minilliklə ölçülür və demək olar hər yerdə fəaliyyət göstərirlər.

Üçüncüsü, lombardlarda əşyalara, əmlaklara qiymət qoyulanda isə sosial və maliyyə baxımından ədalətli qiymət qoyulmalıdır. Bəzən insanlar pulu gətirib girov qoyduğu qızıl-zinət əşyalarını götürmək istəyəndə lombardlar guya həmin əşyaların satdıqlarını deyirlər, ya da daş-qaşların dəyişdirilməsi ilə halları ilə üzləşirlər. Bunların hamısı dələduzluqdur və cinayət məcəlləsinə uyğun cəza verilməlidir.

Dördüncüsü, bəzən isə insanlar pulu verib əşyalarını götürmək istəyəndə lombardların bağlı olmasını və ya müflis olmasını görürlər. Bu artıq məsuliyyət məsələsidir. Buna görə qanunda göstərilməlidir ki, lombard hüquqi və qanuni məsuliyyət daşıyır. Lomabrdın yerinin və ya sahibinin dəyişməsi onun məsuliyyətdən qaçması üçün bəhanə sayıla bilməz. Girov qoyub pul götürən insan üçün bunun heç bir aidiyyəti yoxdur.

İstəyimiz odur ki, qanun layihəsi mükəmməl olsun, oradan iki məna çıxmasın, insanlar üçün rahat olsun, onlar öz haqlarını bilsinlər. İnsanlar əmin olmalıdırlar ki, lombardlar onları aldatsalar, lombard sahibləri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Lombardların başında işbazların durmasına imkan vermək olmaz.

Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir, bir sıra sosial layihələr, islahatllar həyata keçirilir və ölkədə sosial yönümlü siyasət yeridilir. Bu baxımdan lombardların fəaliyyəti inkişafla ayaqlaşmalı və orta və aşağı təbəqədən olan insanların maraqlarına xidmət etməlidir".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3042   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021