Rusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın adamı olan keçmiş baş nazir Karen Karapetyanın qardaşı, biznesmen Samvel Karapetyanla görüşüb.
Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Paşinyanla Karapetyanın görüşü kafedə keçirilib və onlar şəhəri birlikdə gəziblər.
Görüşdə nələrin müzakirə edildiyi məlum deyil, lakin "Forbs" nəşri yazır ki, görüşün sonuna yaxın axşam saatlarında onlara Karen Karapetyan da qoşulub. Ehtimallara görə, əsas müzakirə mövzusu Ermənistan-Rusiya münasibətlərindəki problemlər və investisiyanın yoxluğu olub. Görüşdə siyasi məsələlərdən çox pul məsələləri müzakirə olunub.
"Çünki onlar keçmiş oliqarxlardır və Ermənistandakı bizneslərini Rusiya faktoru olmadan idarə edə bilmirlər", - deyə nəşr yazıb.
Diqqətçəkən məqam Karapetyanla Paşinyanın görüşünün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə keçmiş prezident Robert Koçaryanın görüşündən sonra keçirilməsidir.
"İrates" qəzeti yazır ki, Samvel Karapetyan Rusiyadan Paşinyana mesaj gətirmişdi.
"Karapetyan Rusiya elitasının elçisi kimi Ermənistana gəldi. Onun gətirdiyi mesajda həm siyasi, həm də iqtisadi aspektlər var idi. Maraqlıdır ki, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşü ərəfəsində Paşinyanla görüşdü. Ola bilər ki, Rusiya oliqarxı bu mövzuya dair Moskvanın sözlərini Paşinyana çatdırıb", - deyə qəzet iddia edir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1250 Tarix: 18 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTürkiyədə güclü zəlzələ oldu - FOTO
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib
18 aprel32 şagird toyuq ətindən zəhərləndi
32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib
19 aprelSilahlı hücum: uşaqları küçədə bıçaqladılar
Fransanın şimal-şərqindəki Suffelvetershaym kommunasında bıçaqlı hücum baş verib. Məlumata görə, hücum nəticəsində 6 və 11 yaşlı iki uşaq yaralanıb. Təcavüzkar artıq polis tərəfindən saxlanılıb. Bildirilib ki, hadisə zərərçəkənlərin oxuduğu məktəbin yaxınlığında baş verib
19 aprelTürkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR
Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd
19 aprelRusiyada adam öldürən azərbaycanlı saxlanıldı
Rusiyada adam öldürən azərbaycanlı saxlanılıb. yerli teleqram kanallarına istinadla bildirir ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb. O, dindirilmək üçün şöbəyə aparılacaq. O, bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə törədilmiş qətldə şübhəli bilinir. Qeyd edək ki, Ş. Abbaso
19 aprel