"Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?"

"Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?""Neyləyək indi? Qadınlara deyək ki, əks cinsin nümayəndələri ilə görüşməsin, yeyib içmək məclislərinə getməsin, yoxsa onları çəkib şantaj edəcəklər, yataq səhnələrini ictimailəşdirəcəklər? Biz ilk olaraq bir fərd kimi bilməliyik ki, kiminsə şəxsi həyatına müdaxilə yolverilməzdir".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə son zamanlar sosial şəbəkələrdə və bəzi KİV orqanlarında şəxsi videoların qanunsuz olaraq yayımlanmasına münasibətində deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsiyyətin toxunulmazlığı nəzərə alınmadıqda qadınlarımız Azərbaycan kimi ölkədə yayılmış hər hansı bir görüntülərər görə ölüm təhlükəsi ilə qarşılaşır:
"Bir müddət əvvəl qızların məclisdə çılpaq videosu yayılmışdı. Ola bilər ki, həmin görüntülərdə əxlaqi baxımdan hər hansı problemlər olsun. Ancaq heç bir halda kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Onun icazəsi olmadan belə videoların ictimailəşdiriməsi cinaətdir. Digər bir cinaət tərəfi isə, həmin insanların bilərəkdən və ya bilməyərəkdən atdığı addımlar, davranış pozuntusu, əxlaqi cəhətdən etdikləri sabah onun nəsil dediyimiz qohum-əqrəbasının da arasında müzakirə olunan zaman yaranır. Ailə fərdlərindən elələri olur ki, vəziyyətdən çıxış yolunu həmin çəxsin ölümündə görür. Görün düşünülməmiş bir addımın arxasında nə qədər təhlükələr var və nə qədər insan zərər çəkə bilər.

Bu yaxınlarda cənub rayonlarından birindən olan qadının intim münasibətindən guya hiddətə gəlmiş insanlar onu döymüşdü. Yaxşı, sən elə qeyrətlisən, bəs qızın üzünü niyə açıq göstərirsən, adını deyirsən? Cümlə, vergülü ilə onların restoranda nə etdiyini dilinə gətirirsənsə, deməli, sən özün virtual manyakın yekəsisən.

Maarifləndirmə axı hansı tərəfdən başlansın? İnsan əvvəlcə özü düşünməlidir ki, atacağı addım nələrə səbəb ola bilər. Görüntüləri paylaşan şəxslər isə dərhal hüquq mühafizə orqanına təhvil verilməlidir. Ancaq artıq o zaman da iş işdən keçmiş olacaq".

Hüquqşünas Bəxtiyar Hacıyev məsələyə hüquqi qiymət verərək bildirib ki, bu kimi görüntülərin icazəsiz yayımlanması mülki hüquq pozuntusudur və vətəndaş məhkəməyə müraciət edib cavabdeh şəxslərdən maddi təzminat tələb etmək hüququna malikdir:

Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, şəxsin sadəcə onun razılığı ilə onun haqqındakı məlumatların toplanmasına, yayılmasına və ya istifadə olunmasına icazə verilir.

Cinayət təqibini həyata keçirən orqan şəxsi həyat sirrinin qorunub saxlanılmasına məsluliyyət daşıyır. Bununla bağlı Avropa Konvensiyasının 8-ci maddəsində qeyd olunub ki, hər kəsin şəxsi həyatına hörmət edilməli və məlumatlar qorunmalıdır. Konvensiyada tətbiq olunmuş hüquq konvensiyanı qəbul etmiş bütün dövlətlərin vətəndaşlarını əhatə edir.
KİV haqqında qanunda da qeyd olunur ki, şəxsi məlumatların alınması müstəsna hallarda cinaət təqibini həyata keçirən orqanın vəsatəti əsasında, məhkəmənin qərarı əsasında alına bilər. Yazışma və çəkilişlərin sadəcə bu halda yayılmasına icazə verilir".

Hüquqşünasın sözlərinə görə, bugünkü gündə ədalət məhkəməsinin həyata keçirilməsində yaranan problemlər, sözügedən məsələnin hüquqi baxımdan həllini də sual altında qoyur:

"Köhnə MDB dövlətlərinin bəzilərində belə bir tendensiya formalaşıb ki, ədalət məhkəməsi vətəndaşların hüquqlarını tam müdafiə edə bilmir. Bu da hüquq mühafizə orqanlarının təsir və təzyiqidir. Dövlətin atributu olan məhkəmə hakimiyyətinin təsir vasitəsinin az olmasından asılıdır. Bugünkü gündə məhkəmələrdə şəffaflıq, cinayət tərkibini həyata keçirən orqanlarda adekvatlıq öz əksini tapsa, heç bir problem qalmayacaq.

Təəssüf ki, sadaladığım səbəblərdən hazırda hər hansı şəxsi məlumatların yayılması ilə bağlı vətəndaş məhkəməyə müraciət edən zaman, bunun hər zaman tam şəffaf həll olunduğunu deyə bilmirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1565   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart