Mərdəkanda 1 bağ evinin qiymətinə İspaniyada 3-4 villa almaq olurdu - Mənzil almaq niyə xəyala çevrilib?

Mərdəkanda 1 bağ evinin qiymətinə İspaniyada 3-4 villa almaq olurdu - Mənzil almaq niyə xəyala çevrilib?"Azərbaycanda mənzillərin əlçatanlığını artırmaq üçün ən yaxşı çıxış yolu sosial mənzil layihəsinin genişləndirilməsidir. Bu baxımdan Türkiyə təcrübəsi maraqlıdır". Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyasına qədər daşınmaz əmlakın qiyməti fantastik həddə yüksəlmişdi: "Çox qeyri-məntiqli qiymətlər formalaşmışdı. Bu da ölkədə neft gəlirlərinin yüksəlməsi, həmin gəlirlərin müxtəlif formalarda layihələr şəklində paylanılması, korrupsiya və inhisarçılıqla bağlı olub. Qiymətlər çox baha idi. Əsasən də lüks seqmentində qiymətlər devalvasiyadan əvvəl Avropanın bəzi ölkələrindən də bahalıydı. Məsələn, Mərdəkanda 1 bağ evinin qiymətinə İspaniyada 3-4 villa almaq olurdu".

Ekspert bildirib ki, devalvasiyadan sonra lüks seqmentində qiymətlər xeyli düşüb: " Məsələn, devalvasiyadan qabaq 2 milyon manata (həmin vaxt 2,4 milyon dollar) satılan evlər indi isə təqribən 400-500 min dollara təqdim edilir. Ancaq 1 otaqlı, 2 otaqlı, əsasən də şəhərin kənarındakı mənzillərə, bir sözlə ucuz mənzillərə tələbat həmişə var. Çünki Bakı fürsətlər şəhəridir. Azərbaycanda inkişaf baxımından disbalans pozulub. Bakı daha çox inkişaf etdiyinə görə insanlar fürsətləri daha çox Bakıda axtarırlar. Bakıya axın çoxdur, həmçinin şəhərin mərkəzi hissələrində söküntü işləri çox getdi, bu da öz növbəsində daşınmaz əmlaka,əsasən də ucuz evlər seqmentinə tələbatı daha da artırdı.

N.Cəfərli hesab edir ki, bu səbəbdən Bakıda daşınmaz əmlak qiymətləri hələ də çox yüksəkdir, dünya təcrübəsinə baxanda adekvat deyil: "Qiymətlərin yüksək, kredit şərtlərinin ağır olması isə aztəminatlı və gənc ailələr üçün mənzil almağı fantastik bir məqsədə çevirib. Onların mənzil almağa çıxış imkanları çox məhduddur. Kredit faizləri çox yüksəkdir. Ölkədə mənzillərin alışında 4 faizlik sosial ipoteka layihəsi oldu. Bu, cəlbediciydi, lakin sayı çox az olduğuna görə çox az insan bundan istifadə edə bildi. O cümlədən sosial mənzil layihəsi də çox vacibdir. Düşünürəm ki, son zamanların ən yaxşı layihələrindən biridir. Burada mənzil sayı çox məhduddur. 2020-ci ilin sonunadək 800-dən çox mənzil istifadəyə veriləcək. Ancaq ölkədə mənzilə ehtiyacı olanların sayı 10 minlərlədir. Ona görə də bu layihə də tələbatı tam ödəməyəcək.

O əlavə edib ki, indiki bank sistemini nəzərə alsaq, ipoteka kreditlərinin düşməsi ehtimalı çox azdır: "Təəssüf ki, Azərbaycanda kommersiya, ipoteka kreditləri – 14-16%- çox yüksəkdir. Hərçənd bu, ABŞ-da 1,5%, Avropada isə 2% civarındadır. İpoteka kreditləri həmişə dünyanın hər yerində digər kreditlərdən fərqlənib. Həm də sosial məsələ olduğuna görə burada güzəştlər tətbiq olunub.

N. Cəfərlinin fikrincə, Azərbaycanda mənzillərin əlçatanlığını artırmaq ümün ən yaxşı çıxış yolu sosial mənzil layihəsinin genişləndirilməsidir: " Bu baxımdan Türkiyə təcrübəsi maraqlıdır. Orada dövlətin nəzarətində olan Türkiyə Mənzil Tikintisi Administrasiyası (TOKİ) var. TOKİ dövlətin balansında, yaxud nəzərətində olan torpaqda ev tikir. Buna görə də torpaq sahəsinə görə vəsait ödəmir. Bu da öz növbəsində tikintinin maya dəyərini həddən artıq aşağı salır. Azərbaycanda da tikintinin maya dəyəri o qədər də bahalı deyil. Torpaq sahəsinə pul verməsən, kommunikasiya dövlət hesabına çəkiləcəksə və s. amillər olacaqsa, 1 kvadratmetr təmirsiz evin maya dəyəri 150-180 manatdan baha olmaz. Azərbaycanda qiymətlərin şişməsinə bir çox amillər, o cümlədən korrupsiya təsir edir. Torpaq sahəsi dövlətin olsa, dövlət daha çox sosial mənzillər layihəsinə cəmlənsə, bu məsələnin həllində müəyyən ciddi irəliləyişlər əldə etmək olar".

İqtisadçı xatırladıb ki, Türkiyədə də sosial mənzillər var: "İnsanlar orada ayda 300 lirəyə yaxın vəsait ödəyilər. Bu da təqribən 100 manat civarındadır. İnsanlar 25-30 ilə mənzil sahibi olurlar. Azərbaycanda da buna bənzər layihə düşünülüb sona çatdırılsa və tətbiq olunsa, mənzil probleminin həllində müəyyən irəliləyişə nail olmaq mümkündür. Əsas məsələ, həmçinin ondan ibarətdir ki, Bakıya köçün qarşısını almaq və əksinə Bakıdan regionlara köçün baş verməsinə səbəb olacaq layihələr reallaşdırmaqdır. Dəfələrlə bununla bağlı təkliflər vermişik. Ən yaxşı təkliflərdən biri ən yaxşı və güclü ali məktəblərin Bakıdan kənara, digər şəhərlərə köçürülməsidir. Bu, iqtisadi sistem yarada biləcək amilə çevrilə bilər. Bir çox naziriklərin və dövlət idarələrinin regionlara köçürülməsi məsələsi gündəmə gələ bilər. Kənd Təsərrüfatı Nazirliyinin Bakıda olmasının bir mənası yoxdur. Onu Gəncəyə köçürtmək olar. Bununla da həmin şəhərlərin infrastrukuru inkişa edə, cəlbediciliyi artar, insanların Bakıdan regionlara getməsinə start verər. Bakıdakı tıxac və kommunal problemlərin həlli yollarından biri də şəhərin boşaldılmasıdır. Bakının boşaldılmasının yolu isə regionlarda ictimai və iqtisadi fürsətlərin daha geniş şəkildə açılmasıdır. İqtisadi fürsətlər açılarsa, insanlar geri dönməyə çalışacaqlar. Bu da Bakıda mənzil probleminin həllincə ciddi rol oynaya bilər".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4409   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021