Türkiyə mətbuatı: Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdi

Türkiyə mətbuatı: Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdiTürkiyənin "Deniz Haber Ajansı" ilə "Palmali" çirkətlər qrupunun azərbaycanlı prezidenti Mübariz Mənsimov arasında qalmaqal davam edir. Bir müddət öncə M.Mənsimov iki yeni gəmi inşa etdiyini və onlara Məhəmməd Əmin Rəsulzadə ilə Elçibəyin adını verdiyini açıqlamışdı. Türkiyədə dənizçiliklə bağlı nüfuzlu xəbər agentliyi olan Deniz Haber Ajansı isə Rəsulzadənin adı verilən gəminin əslində yeni olmadığını, 21 yaşında olan bu gəmin adının qaçaqmalçaılıq olayında keçdiyini yazmışdı. Buna sosial şəbəkədən "İt hürər, karvan keçər" tipli reaksiya verən M.Mənsimova "Deniz Haber Ajansı" bu dəfə daha geniş yazı ilə cavab verib. Yazının aktuallığını nəzərə alıb, onun tərcüməsini oxuculara təqdim edirik:

"Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdi

"İt hürər, karvan keçər"- Anadoluda istifadə edilən bir atalar sözüdür.

"Palmali" dənizçiliyinin müflis başçısı, Azərbaycanda doğulmuş Mübariz Qurbanoğlu Mənsimov 1998-ci ildə tikilən 21 yaşlı "Adriatic marıner" adlı məhsul tankerinin adını "Məhəmməd Əmin Rəsulzadə" olaraq dəyişəndən sonra "Deniz Haber Ajansında" yayılan bir xəbərlə bağlı "İt hürər, karvan keçər" məsəlini gəminin fotosu ilə birlikdə sosial şəbəkədəki səhifələrində paylaşıb.

Rəcəb Canpolat adı ilə "Deniz Haber" agentliyində yayımlanan "Mübariz Mənsimov Qurbanoğlu 21 yaşlı gəmini yeni tikilmiş kimi Azərbaycana tanıdıb" başlıqlı xəbərdən sonra Mübariz əfəndiyə cavab vermək boynumuzun borcu oldu.

Bilməyənlər üçün təkrarlamaq, unudanlar üçün xatırlamaqda faydası var. Türk dünyası üçün Azərbaycan Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə dəyərli bir şəxsiyyətdir. Xüsusi ilə bayraq və vətən sevgisinin Türk dünyasının qəlbinə yazan "Bir dəfə yüksələn bayraq, bir daha enməz" ifadəsi müstəqilliyinin nişanəsi olaraq, tarixə yazılıb. Mərhum Rəsulzadənin nəşi 1955-ci martın 6-da Ankarada Cebeci Asri Məzarlığında əbədiyyətə əmanət edildi.
Belə bir lideri adının gəmiyə verilməsi böyük bir vətənsevərlik və incə davranışdır. Bunu edən könüllü ayaq üstə alqışlanmağa layiqdir.

Ancaq anlamadığımız məsələ isə "Palmali denizçilik" şirkətinin sahibinin ötən aylarda etdiyi açıqlamadır: "Yeni tikəcəyimiz gəmilərə Məhəmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını verəcəyik". Belə deməsinə baxmayaraq, öz donanmasındakı yanacaq qaçaqmalçılığında adı çəkilən 21 yaşlı gəminin adını dəyişərək, mərhum Məhəmmədəmin Rəsulzadənin adını verməsinin mənasını anlamadıq.

Türkiyə mətbuatı: Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdiMübariz milli dəyərləri istismar edir

Mübariz əfəndinin tribunaya oynayan bu hərəkətinin altında yatan həqiqəti anlamağa çalışmaq faydalıdır. Bu köşə yazısını qələmə alarkən Azərbaycandakı mənbəm məni axtardı. Mübariz Mənsimov Qurbanoğlunun Məhəmmədəmin Rəsulzadə adının istifadə etməsinin br neçə kəlmə ilə mənə izah etdilər.
Azərbaycanlı mənbəm "Lukoil"in sahibi Vahid Ələkbərov və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qapısında əl görüşməyi gözləyən, milyard dollarlıq müqavilələri alan Mübariz Mənsimovun bu gün hər iki adamı da arxadan xəncərləməsinin nankorluqdan başqa bir şey olmadığını söylədi.

Mübariz SOCAR və "Lukoil"ə niyə hücum edir? Sualının cavabı isə belədir: "Palmali Denizçili"yi dünya markası edən Ələkbərov və Abdullayevdir. "Palmali"yə milyard dollarlıq müqavilələri "Lukoil"in iştirakı ilə Litaso və SOCAR verib.

Mübariz hər iki adın altında sıxıldı, əzildi. O elə zənn etdi ki, oz qabiliyyətinin, kəramətinin nəticəsində bu uğuru əldə edib. Bu ərköyünlük qarşısında həm SOCAR, həm də "Lukoil" müqavilələri ləğv etdi. SOCAR alacaqlarının qarşılığında "Suezmax" tipli gəmilərlə birlikdə "Palmali" donanmasındakı yüksək tonajlı gəmilər aldı. "Sberbank"ın krediti ilə alınan çay tankerləri və kiçik tonnajı gəmilər isə "Palmali"də qaldı. Əslində gəmilərin hamısı "Sberbank"ın girovudur.

Məhəmmədəmin Rəsulzadə - türk dünyasında sevilən, hörmət edilən və sayğı ilə yad edilən bir ad...

"Palmali"nin donanmasındakı gəmilərə Rəsulzadə adının verilməsi, belə demək mümkünsə, istismardan başqa bir şey deyil.. Əbülfəz Elçibəyin adının verilməsi isə Türkiyədəki ülkücüləri yanına çəkmək üçün etdiyi bir oyundur.

Mübarizin bu oyununa Elçibəy tərəfdarları oynadı və Azərbaycanın ən güclü qəzetlərindən olan "Müsavat" qəzeti "Mübariz Mənsimov Elçibəyi 20 il sonra xatırladı" başlıqlı məqalə yayımladı. Qısası, "Mübariz Mənsimov türk dünyasının və Azərbaycanın milli dəyərlərini öz şəxsi maraqları üçün istifadə və istismar edir"- dedi.

Mübariz Mənsimov öz ayağını güllələdi

"Deniz Haber" agentliyinin 2015-ci ildə yayımlanan xəbərinə də istinad edən azərbaycanlı mənbəm söhbətinə belə davam etdi: "Palmali Denizçilik" şirkətini dünya markası edən SOCAR və "Lukoil"ə iftiralar, böhtanlar atan Mübariz Mənsimovun 21 yaşlı bir gəmini, hətta, 2015-ci ildə yanacaq qaçaqmalçılığına görə istintaqı başlayan "ADRİATİC MARİNER" adlı məhsul tankerinə Azərbaycan Cümhuriyyətinin qurcusu Məhəmmədəmin Rəsulzadənin adının verilməsinin milli dəyərlərin sui-istifadəsi olmadan əlavə, tamamilə məsuliyətsizlik nümunəsi olduğunu, hətta 2015-ci ildə Ukrayna parlamentində qızğın mübahisəyə səbəb olan və Ukrayna Baş Prokurorluğu tərəfindən "Yanacaq qaçaqmalçılığı" ilə bağlı istintaqı başlayan "ADRİATİC MARİNER"ə Liberiyanın bayrağı çəkilərək Məhəmmədəmin Rəsulzadə adının verilməsi, bu məsuliyətsizliyin göstərcisidir".

Azərbaycan hökuməti və ölkənin bürokratları ilə problemi olan "Palmali Denizçilik" şirkətinin başçısı Mübariz Mənsimov Qurbanoğlunun SOCAR-a olan milyonlarla dollarlıq borcunu ödəməmək üçün bu yola əl atır deyən mənbəm deyib: "Borclarını ödəməmək üçün SOCAR bürokratlarını sosial media vasitəsi ilə suçlayan, hətta şantaj edən Mənsimovun Azərbaycan Prezidenti İlham Əliyevin SOCAR bürokratlarının tutduqları vəzifədən azad edilməməsinə təzyiq olaraq, Elçibəy və Rəsulzadə adlarını, azərbaycanlıların milli dəyərlərini vasitə olaraq istifadə etməyə çalışıb".

Həmin mənbəm daha sonra qeyd etdi: "Bir tərəfdən Vətən-Millət deyən Mübariz Mənsimov Qurbanoğlunun, o biri tərəfdən SOCAR üstündən mənimsədiyi millətin pullarını ödəməməkdə israr etməsinin ikiüzlülükdən başqa bir adı yoxdur".

"Deniz haber" agentliyi 2015-ci ildə "Palmali Denizçilik" şirkətinə aid "ADRİATİC MARINER" adlı məhsul tankerinin "Yanacaq qaçaqmalçılığı" etdiyi iddiası ilə Ukraynanın o vaxtkı deputatı Geraşenko Anton Yurşoviçin, Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko və Ukraynanın baş prokuroru Viktor Şokinlə Ukrayna parlamentinin deputatlarına göndərdiyi ittihamnaməni əldə edərək, yayınlamışdı.

Bu da həmin məlumatlar:
Türkiyə mətbuatı: Mübariz Mənsimov Qurbanoğlu çörək yediyi qapıya nankorluq etdiKeçmiş gəmi böyüyüb, yeni gəmi olaraq bazara çıxarılır!

Azərbaycanlı mənbəm, Mübariz Mənsimov Qurbanoğlunun son vəziyyətini mənə izah etdikdən sonra, bu sualı "Palmali"nin sahibi müflisləşmiş iş adamı Qurbanoğludan soruşmağın faydası var:

Biz "Məhəmmədəmin Rəsulzadənin adını niyə qoyursunuz" demirik. Əksinə, çox şad olarıq. Ancaq "yeni gəmi" deyərək başda azərbaycanlılar olmaqla, türk millətini niyə aldadırsınız?

1998-ci ildə tikilən 21 yaşlı gəmi haqqında "Yeni tikilən gəmi" və "Donanmamıza qatılan yeni gəmi" ifadələrini istifadə etməyin doğru olmadığını bildiyiniz halda, yalan bəyanatlar verməyinizi anlamağa çalışırıq.

Bundan başqa 2015-ci ildə Krım embarqosu səbəbindən barəsində cinayət işi açılan və yanacaq qaçaqmalçılığında ittiham edilən "ADRİATİC MARINER" gəmisinə niyə Azərbaycan Cümhuriyyətinin qurucusunun adını verdiyinizi başa düşməkdə çətinlik çəkirik. Donanmanızda başqa bir gəmi yox idi? Şübhəli işə bulaşmış bir gəmiyə niyə Məhəmməmdəmin Rəsulzadənin adını verirsiz?

Məhəmməmdəmin Rəsulzadə sadəcə Azərbaycan türklərinin dəyəri deyil, türk dünyası və Türkiyənin qiymətidir. Mərhum Rəsulzadənin nəşi bu torpaqlarda hüzur içində, Türkiyənin qəlbində, Ankara Cebeci Asri Qəbiristanlığında əbədi yatır.

Allah (c.c.) Məkanını Cənnət eləsin. Amin, Amin, Amin!

QEYD. Bu yazı "Jurnal" ləqəbi ilə Receb Canpolat tərəfindən qələmə alınıb".
mənbə: qaynarinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2284   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

29 mart