"Azdrama" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTO

"Azdrama" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTOAkademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Gürcüstana yollanıb.
Teatrın mətbuat xidmətindən "Ölkə.Az"-a verilən məlumata görə, Kutaisidə təşkil olunan "Thetrical İmereti" festivalında sənət ocağının repertuarında olan "Manqurt" tamaşası iyunun 19-da, "Cəhənnəm sakinləri" isə iyunun 20-də oynanılacaq.

Festivalın bağlanış tamaşası məhz Akademik Milli Dram Teatrının "Cəhənnəm sakinləri" tamaşası ilə olacaq. Bundan başqa teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılacaq.

"Manqurt" tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Juan-juan), aktyorlar Ramin Şıxəliyev (Manqurt​), Vüsal Mustafayev çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan "Cəhənnəm sakinləri" səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev iştirak edəcəklər.

Qeyd edək ki, kollektiv qastrola avtobusla yollandığı halda, direktor Azər Paşa NEmətovla, xalq artisti Məleykə Əsədova təyyarəyə üstünlük veriblər.
"Azdrama" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTO"Azdrama" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTO"Azdrama" qastrola yollandı — Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2536   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021