Azərbaycanın ən böyük zavodlarından biri satıldı

Azərbaycanın ən böyük zavodlarından biri satıldıƏmlak Məsələləri Dövlət Komitəsi "Bakı neft maşınqayırma zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticələrini elan edib. Sonxeber.az xəbər verir ki, müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyən edilmişdi.

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə "Bakı neft maşınqayırma zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib.

Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1887   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ləğv prosesində olan bankın 5,3 milyon manatlıq əmlakları təkrar hərraca çıxarılır

Fevralın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank" ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb. Söhbət "Texnika Bank"a məxsus Bakı şəhəri

27 yanvar
.

Zədələnmiş pullar nə vaxt yararsız hesab olunur? - VİDEO

Nağd alış-veriş etdikdən və ya bankomatdan pul çıxardıqdan sonra zədələnmiş pulla qarşılaşa bilərik. Belə hallar ilə üzləşdikdə biz bu zədələnmiş əskinasdan nağd alışlar üçün istifadə etməyi düşünürük. Lakin əksər alış-veriş məntəqələri, supermaketlər məhsul ödənişi zamanı zədələnmiş yaxud cırılmış pullar

31 yanvar
.

DSX-nin şəxsi heyəti prezident seçkisində fəal iştirak edir - VİDEO

7 fevral tarixində səhər saatlarından şəxsi heyətin Prezident seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb. Bu barədə DSX-nın mətbuat xidmətindən bildirilib. Seçkilərin yüksək səviyyədə keçirilməs

7 fevral
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistik

4 fevral
.

Süni uşaq qidaları bahalaşıb: Sakinlər qiymət artımından narazıdırlar - VİDEO

Süni uşaq qidaları bahalaşıb. Sakinlərin sözlərinə görə, uşaq qidalarında 5-11 manat aralığında bahalaşıb. Əczaçılar isə hesab edirlər ki, qiymət artımı yalnız bahalı süni uşaq qidalarında gözə çarpır. Məsələn, 0-6 aylıq uşaqlar üçün nəzərdə tutulan 800 qramlıq uşaq qidasının qiyməti 98 manatdan 12

4 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart