"Haqqımda bəzi sözlər eşidirəm ki…" - Rəfael Ağayev

"Haqqımda bəzi sözlər eşidirəm ki…" - Rəfael AğayevBildiyiniz kimi, II Avropa Oyunlarının start götürməsinə 3 gün qalıb.

Bununla əlaqədar olaraq yarış öncəsi Minval.info-nun əməkdaşı karatenin şotokan növü üzrə milli komandamızın üzvü 11 dəfə Avropa, 5 dəfə dünya, 2 dəfə İslam və ilk Avropa Oyunlarının qalibi, "Qara Biriliant" ləqəbli Rafael Ağayevdən müsahibə alıb.

-Rafael, Avropa Oyunları öncəsi zədənin son durumu nə yerdədir?

– Məlum idi ki, ayağımdan aldığım zədə ucbatından 22 gün idi məşq etmirdim. Vəziyyət o həddə çatmışdı ki, yeriyə bilmirdim, lakin həkimlərim Nigar xanımla, Pərvin bəy çox çalışdılar, əllərindən gələni etdilər ki, sağalım və məşqlərə davam edim. Mən artıq 3 gündür, məşqlərə başlamışam, milli komanda ilə deyil, fərdi məşqlər edirəm. Onu da qeyd edim ki, zədə ilə bağlı problem çıxmasa, 80 faiz mən Avropa Oyunlarında çıxış edəcəm.

– Zədən olduqca ciddi imiş, yarışlarda nə kimi çətinlik törədə bilər?

– Zədəmin ciddi olmasının əsas səbəbi mənim yorğun olmam idi. Son bir ildə 81 döyüş keçirmişəm, bunun özü bir nəticədir. 81 döyüşün 79-da qələbə, 2 məğlubiyyət olub. Bayaq qeyd etdiyim kimi, 2 gündür, məşqlərə başlamışam, yarışın da start götürməsinə az vaxt qalıb. Demək olar ki, yarışa məşq etmədən yollanacağam. Cəmi 5-6 gün məşq edib, birbaşa Minskə gedəcəyəm.

– Bu yarış "Tokio-2020″ə lisenziya xarakteri daşıyır. Bununla bağlı məlumat verərdin?

– İlk dəfədir ki, karate idman növü yay olimpiya oyunlarında yer alıb. Qaydalara görə, bu idman növündə lisenziya almaq bir az çətindir. Olimpiyadaya lisenziya qazanmağımız üçün əvvəlki xallara və nailiyyətlərə stop qoyulub. Olmpiyadanın lisenziya xarakterli yarışları ötən ilin sentyabrından başlayıb. Hamı kimi mən də 0 xalla yarışlara başlamışam, artıq dünya reytinqində birinci, olimpiya reytinqində ikinciyəm. Artıq bir yarış buraxmışam. Olimpiya reytinqində 1-ci olan məndən cəmi 120 xal irəlidə olan İtaliyalı idmançı Luici Busadır. Son Avropa Çempionatında onunla qarşılaşdım, sona 36 saniyə qalmış 1 xal verdim, lakin xal ala bilməmişdim. Buna rəğmən, mən Avropa Oyunlara yaxşı nəticə qazanmaq üçün yollanacağam. Çalışacağam ki, "Tokio-2020″ə vəsiqə əldə etmək üçün xal toplayım.

– İtaliya rəqibin Luici Busa ilə bir daha qarşılaşma ehtimalı var?

– Onunla ayrı qruplarda olacağam, italiyalı idmançı B-A və yaxud mən A-B. Mən yalnız onunla yarım final və final mərhələsində görüşə bilərəm. Çalışacağam ona qalib gəlim.

– Ümumi komandada əhval-ruhiyyə necədir?

– Komandamızda hər şey normaldır, güclü idmançılarımız var. 8 idmançı ilə yarışa yollanacağıq və dördülü qruplara bölünəcəyik, qrupda 2 və ya 3 qələbə qazanarsam, birbaşa yarımfinalda o biri qrupun 2-ci, ya 1-cisi ilə mübarizə aparacağam.

– Görən odur ki, qızıl medal əldə etmək şansınız yüksəkdir. Razısınız?

– 5 görüş keçirib, qızıl medal əldə etmək asan görünür, amma bəzi sözlər də eşidirəm ki, "34 yaş artıq çoxdur, idmandan getməlidir" və s. Mən belə düşünmürəm, bütün fikirlərə hörmətlə yanaşıram, lakin nə qədər gücüm varsa, çıxış edib, qələbələr qazanım, xalqımızı sevindirim. Necə ki, burada deyirəm, inşallah, gedib, Avropa Oyunlarında medal qazanım. Ən əsası vətənə qızıl medal gətirim.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2007   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Boliviya klubunun gənc forvardı məşq zamanı öldü

Boliviyanın elit divizionunda çıxış edən "Real Santa Cruz" futbol komandasının kolumbiyalı hücumçusu Gilyerme Denis Beltran 24 yaşında vəfat edib. Faciə Beltranın meydanda səhər məşqi zamanı baş verib. O, ürək-damar fəaliyyətinin dayanması səbəbindən huşunu itirib. Futbolçu dərhal xəstəxanay

23 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

"Qarabağ" sabah çempion ola bilər

"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"

28 mart
.

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək. İlk dəfə Bakıda təşkil olunan futbol üzrə "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi birinci görüşünə çıxacaq. Arif Əsədovun rəhbərli

22 mart
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26 mart
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20 mart
.

Braziliyalı ən yaxşı 10 futbolçu - SİYAHI

Britaniyanın "FourFourTwo" nəşri tarixin ən yaxşı on braziliyalı futbolçusunun adını açıqlayıb. siyahını təqdim edir:. 1. Pele (hücumçu). 2. Ronaldo (hücumçu). 3. Qarrinça (hücumçu). 4. Ronaldinyo (yarımmüdafiəçi). 5. Romario (hücumçu). 6. Rivaldo (hücumçu). 7. Ziko (yarımmüdafiəçi). 8. Sokra

26 mart
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24 mart
.

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. Bununla bağlı videonu yayıb. Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən "Turan Tovuz" FK - "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib. Yayıla

28 mart