Maaşların artırılması dolları bahalaşdıracaq? – Deputat və ekspert fərqli düşünür

Maaşların artırılması dolları bahalaşdıracaq? - Deputat və ekspert fərqli düşünür"Tarixi Nadir" kitabını yarıyadək oxumuşam ancaq maaş artımı ilə manatın devalvasiyası arasında birbaşa əlaqə quranları başa düşmürəm. Nəzərə almaq lazımdır ki, maaşların artımı hər kəsi əhatə etmir və müəyyən sahələrdə çalışan insanlara şamil ediləcək".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev maaşların artırılması ilə bağlı sərəncamların gələcəkdə manatın devalvsiyası ilə nəticələnə biləcəyinə dair ekspert fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin minimum əmək haqqının və bir sıra sahələrdə aylıq vəzifə maaşlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlar insanların sosial rifahının yüksəldilməsi üçündür:

" Bu, dövlətin sosialyönümlü siyasətin ən bariz göstəricisidir. Digər tərəfdən neftin dünya bazar qiyməti 60 dollardan bir az artıq səviyyədə dəyişir. Ehtimal var ki, 1 barel neftin qiyməti artsın. Belə ki, Oman körfəzində tankerlərin vurulması "qara qızıl"ın qiymətinin artmasına rəvac verə bilər. Dünya bazarında neftin qiymətində dəyişikliklər müşahidə olunur, lakin bu, kəskin xarakter almayıb.

Dövlət büdcəsində 1 barel neftin qiymətini 60 dollardan götürmüşük. Builki, 2019-cu ilin büdcəsinin əvvəlki büdcələrdən fərqi ondan ibarətdir ki, daha adaptasiya olunmuş və reaksiya verə biləndir. Yəni dövlət büdcəsində dəyişikliklər edib makro-iqtisadi sabitliyi saxlamaq mümkündür.

Əgər neftin qiymətində, makro-iqtisadi göstəricilərdə, tədiyyə balansında kəskin dəyişiklik yoxdursa, devalvasiyadan söhbət gedə bilməz. Bunu dünya təcrübəsi, iqtisadi nəzəriyyə göstərir. Maaş artımının devalvasiyaya təsir etməsindən söhbət gedə bilməz, lakin cüzi təsir imkanı var. Lakin bunun baş verə biləcəyini proqnozlaşdırmıram. Bunun baş verməsi üçün neftin qiyməti kəskin ucuzlaşmalıdır.

Milli iqtisadiyyata zərəri olmayanadək manatın məzənnəsinin sabit saxlanılmasının tərəfdarıyam. Onu da nəzərə almaq lazımdır ki, dollarların hərraca çıxarılması zamanı tələb təklifi üstələmir. Əgər tələb təklifi davamlı olaraq üstələsə, yəni dollara meyillik artsa, bu, təsirini göstərəcək.

İşsizlik 5 faiz civarında saxlanılır. İnflyasiya nəzarət altındadır. Devalvasiya ilə bağlı bu qorxunc ssenarilərin verilməsinin əleyhinəyəm. Stabil inkişaf gedir, stabil artım var. İnflyasiya və işsizlik bazar iqtisadiyyatının göstəricilərindən biridir və bu, qaçılmazdır. İnflyasiya qaçılmazdır, lakin onu idarəetmə üsulları var. Dövlət bu addımları həyata keçirir, inflyasiyanın qarşısını alan alətlərdən istifadə edir.

Bunun ən gözəl örnəyi ölkədə kiçik və orta sahibkarlığın inkişafıdır. Daxili istehsalı artırmaq və xaricdən ölkəyə gətirilən malların həcminin azaldılması yolu ilə xaricə valyuta axınının qarşısı alınır. Manatın indiki məzənnəsi həm istehsalçılar, həm də idxalçılar üçün maraqlıdır. Normal və rahat formada iş gedir. Bu da inflyasiyanın qarşısını alan alətlərdən biridir.
İşbazlar olub, var və olacaq. Müəyyən biznesmenlər maaş artımından istifadə edərək qiyməti artırırlar. Burada da tələb və təkif qanunu var. Bazarda mal çox olanda qiymət aşağı düşür. Yəni tələb təklifi üstələyəndə qiymət qalxır, əksi olanda isə qiymət aşağı düşür, ya da yerində qalır.

Təbiidir ki, maaşların artırılması infyasiyaya müəyyən dərəcədə təsir edəcək. Bu, iqtisadiyyatın qanunudur. İnflyasiyaya təsiretmə gücü maaşların artımının əhatə dairəsinin genişliyindən asılıdır. Bahalaşma 0,5-1% ola bilər, lakin bu, zərurətdən yaranır".

Xatırladaq ki, iqtisadçı ekspert Natiq Cəfərli "Facebook" sosial şəbəkəsində maaş artımı məsələsinə toxunaraq 1 dolların 2 manat ola biləcəyinə ehyam vurub: "Minimum əmək haqqının 250 manata çatması, çox sayda dövlət-hökumət qulluqçularının maaşının 40% artması yaxşı xəbərdir. Azərbaycanda maaşlar çox aşağıdır, qalxmalıdır, yəqin ki, təqaüdlər də qalxacaq, bunu da etmək lazımdır. Amma....

Ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib, ölkə əlavə dəyər yaratmır, ixracın 91,2%-i enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir. Deməli manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən, ya da, dollar olaraq məbləğ dəyişməyəcək, amma həmin dolların manat ekvivalenti artacaq - Necə? Çox sadə: Dollar indiki 1.70 manat məzənnəsindən 2 manat və daha yuxarı məzənnəyə qalxacaq - vəssalam.

Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır. Məncə, bu gün verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görəcəyik. Belə..."

Məftun Salmanov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4693   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021