Beriyanın silahdaşı, öz şefini satan xain və ya pozğun qadın düşgünü…

Beriyanın silahdaşı, öz şefini satan xain və ya pozğun qadın düşgünü…Bəlkə də o, öz arzusunun arxasınca getsəydi, dövrünün tanınmış həkimlərindən biri olacaqdı. O, hələ Bakıda gimnaziyada oxuyanda seçimini etmişdi və orta təhsilini başa vurduqdan sonra Bakı və Saratov universitetlərində tibbi təhsil də almışdı.

Amma Vladimir Dekanozovun Bakıda gizli siyasi fəaliyyəti, bolşevik hərəkatına qoşulmağı onu tamam fərqli bir istiqamətə aparıb. Daha sonra Lavrenti Beriya ilə tanışlığı isə həyatını, siyasi karyerasını bütövlükdə dəyişib.

Vladimir Dekanozov 1898-ci ildə Bakıda anadan olub. Milliyətcə gürcü olan Dekanozov Bakıda gimnaziyanı bitirib. Daha sonra təhsilini Saratov və Bakı universitetlərinin tibb fakültəsində davam etdirib. Həkimlik arzusunu arxa plana çəkən Dekanozov 1921-ci ildə Bakıda Fövqəladə Komissiyada (ÇK) xidmətə başlayıb.

Lavrenti Beriya ilə tanışlığı onun siyasi karyerasına təkan verib. Beriya Gürcüstana rəhbər təyin olunanda Dekanozovu Tiflisə dəvət edib və o, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinə nəqliyyat və təchizat üzrə katib təyin edilib.

Beriya ilə yaxınlığıyla seçilən Dekanozov qısa müddətdə vəzifə pillələrini sürətlə qalxıb, Gürcüstan qida sənayesi komissarı (naziri), sonra Gürcüstan Dövlət Plan Komitəsinin sədri, daha sonra isə Gürcüstan Nazirlər Sovetinin sədr müavini vəzifələrinə irəli çəkilib.

Beriya Moskvada NKVD-yə başçılıq edəndə Dekanozovu da yanına çəkib və o, həmin qurumda 3-cü və 5-ci şöbələrin rəisi vəzifəsinə təyinat alıb.

Qısa müddət ərzində Dekanozov ən fəal repressiya təşkilatçılarından birinə çevrilib, repressiya "plan"larını artıqlaması ilə yerinə yetirib.

NKVD-də öz missiyasını yerinə yetirən Dekanozov Beriyanın təşəbbüsü ilə SSRİ xarici işlər komissarlığına (nazirliyinə) transfer edilib. Nazir müavini kimi fəaliyyətə başlayan Dekanozov bu qurumda da qısa müddət ərzində özünü tanıtdıra bilib. 1940-cı ildə Dekanozov nazir müavini statusu saxlanılmaqla, SSRİ-nin Almaniyadakı səfiri təyin olunub və müharibə başlanana qədər bu vəzifədə çalışıb.

Bu ərəfədə onun İosif Stalinlə də sıx əlaqələri yaranıb. Məhz almanların SSRİ-yə hücumu haqqında Stalini ilk məlumatlandıranlardan biri də Dekanozov olub.

1947-ci ildə Dekanozov xarici işlər nazirliyinin strukturundan kənarlaşdırılıb və Xarici ölkələrdə Sovet əmlakı Baş İdarəsinə rəis müavini təyin edilib. İki il bu vəzifədə çalışdıqdan sonra Dekanozov İosif Stalinin göstərişi ilə işdən çıxarılıb.

Təbii ki, onun sürətli vəzifə enişi də səbəbsiz olmayıb. Dekanozovun qadın əyləncələri o dərəcəyə çatıb ki, bu, Kremldə müzakirə mövzusuna çevrilib. Sonuncu əyləncə isə Stalinin yaxın silahdaşlarından sayılan Vyaçeslav Molotovla yaxın qohumluq əlaqəsi olan gənc bir qızla bağlı olub.

Kreml Dekanozova mərhəmət göstərərək, onu işsiz də qoymayıb və ona dövlət əhəmiyyəti olmayan Radio Verlişləri Komitəsində kiçik bir vəzifə həvalə olunub.

Stalinin vəfatından sonra Lavrenti Beriya iki qurumu birləşdirib, daxili işlər nazirliyi yaradanda və yeni qurumda nazir postunu tutanda, Dekanozovu Gürcüstana daxili işlər naziri təyin edib. Ancaq yeni vəzifələr köhnə dostlar üçün düşərli olmayıb və hər ikisi, biri Moskvada, digəri Tiflisdə nazir kürsüsündə çox da duruş gətirə bilməyiblər.

26 iyun 1953-cü ildə Lavrenti Beriyanın həbsindən dərhal sonra Dekanozov Tiflisdəki nazir kabinetində həbs olunub. O, "Beriya bandasının ən fəal üzvü" kimi ittiham edilib.

Məhkəmə prosesində Dekanozov Lavrenti Beriyaya qarşı kəskin ifadələr verib, onu qisasçı adlandırıb, hakimiyyət çevrilişinə cəhd etmək səyində olduğunu söyləyib. Günahsız insanların repressiya olunmasındakı fəaliyyətini isə Beriyanın tapşırıqlarını yerinə yetirməklə izah edib.

Dekanozov hətta Beriyanın qadın əyləncələrinin gizlinlərini də açıqlayıb. "Şef"ini "qara qəpiyə" satsa da, bu ifadələr general Dekanozovun vəziyyətini yüngülləşdirməyib.

23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin hökmü ilə Vladimir Dekanozov əmlakı müsadirə olunmaqla, dövlət təltifləri və mükafatları geri alınmaqla, ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum edilib. Məhkəmənin hökmü həmin gün icra olunub.

Beləliklə də general rütbəli, 55 yaşlı Vladimir Dekanozovun həyatına və siyasi karyerasına birdəfəlik son qoyulub.

Dekanozov güllələndikdən sonra ailəsi, milliyətcə erməni olan həyat yoldaşı Nora Tiqranovna və iki övladı Qazaxıstana sürgün ediliblər. Onların Moskvanın mərkəzində yerləşən 7 otaqlı mənzili, Moskva ətrafındakı bağ evləri və ailəyə məxsus iki avtomobil müsadirə olunub.

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2610   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021