"Zamin durmasan, pulu yenə sən ödəyəcəksən" - KREDİT ƏHVALATI

"Zamin durmasan, pulu yenə sən ödəyəcəksən" - KREDİT ƏHVALATIXəbər verildiyi kimi, prezident İlham Əliyevin problemli kreditlərin həlli barədə fərmanı bu sahədə çoxdan həllini gözləyən problemləri həll edib, çoxsaylı borcluları kredit yükündən azad edib.

Amma kreditlərin həlli prosesi maraqlı faktları, o cümlədən xüsusilə kredit sahibləri ilə onların zaminləri arasında münasibətlərin necə olduğunu aşkara çıxarıb.

Belə hadisələrdən biri Bakı sakini, Nizami rayonunda yaşayan Elnur Quliyevin başına gəlib. FED.az-a müraciət edən E.Quliyev bildirib ki, təqribən 5 il əvvəl təhlükəsizlik şirkətlərindən birində çalışanda Təbriz Məmmədov (ad cüzi dəyişdirilib) adlı iş yoldaşının "Bank of Baku"dan kredit götürməsi üçün zamin olub.

Təbriz Məmmədov 5500 manatlıq krediti əvvəlcə intizamla ödəyib, amma bir neçə aydan sonra ödənişləri dayandırıb. Zamin bu prsesdən yalnız 2 ildən sonra, onu Sabunçu rayon (Təbriz Sabunçuda qeydiyyatda olub) məhkəməsinə dəvət edəndə xəbər tutub. Həmin vaxt məlum olub ki, kreditin 3500 manatlıq hissəsi qalıb və üzərinə hesablanan gecikmə faizləri ilə məbləğ yenidən 5200 manata yüksəlib. Məhkəmə bu pulu ödəməyi müştərinin və zaminin üzərinə qoyub. Amma E.Quliyev məhkəmədə iştirak etmədiyinə görə, etiraz edərək prosesin yenidən keçirilməsinə nail olub. Yeni baxışda məhkəmə kredit məbləğini 5200 manatdan 3500 manata endirib və qarşı tərəfə bu pulu ödəməyi həvalə edib.

Ən maraqlısı da bundan sonra başlayıb. E.Quliyev bildirir ki, əslində o kredit götürən şəxsə zamin olsa da, yəni problemin əsas günahkarı sayılmasa da, icra qurumları pulu ilk növbədə ondan tələb etməyə başlayıblar: "Nizami rayon icra məmurları pulun yalnız mənim tərəfimdən ödənilməsini istəyirdi. Kredit götürən şəxsi soruşanda isə bildirdilər ki, onunla Sabunçu rayon icraçıları məşğul olur, amma onu tapa bilmirlər. Halbüki mən Tbrizlə demək olar hər gün danışır və pulu ödəməyi tələb edirdim".
İ
ş yeri, maaşı və avtomobil olmasına baxmayaraq T.Məmmədovu tapmaq "mümkün olmayıb", onun avtomobilinə həbs qoyulsa da, sonradan həbs də ləğv edilib. Nəticədə krediti ödəməyi E.Quliyevdən tələb etməyə başlayıblar.

Ədaləti bərpa etmək üçün E.Quliyev Sabunçu icra şöbəsinə getsə də, dediyinə görə, onu ümumiyyətlə qəbul etməyiblər.
Digər maralı məqam ondadır ki, E.Quliyevin özünün də "Bank of Baku"dan krediti olub. Amma icra idarəsi ondan tələb edib ki, öz kreditindən əvvəl Təbrizin kreditini bağlasın. Bunu etmədiyinə görə, E.Quliyevin adına olan avtomobilə də həbs qoyulub. Nəticədə, E.Quliyev öz kreditini də ödəməyi dayandırıb.

"Yenə zamin olmasan, krediti tək ödəyəcəksən"

Bir neçə ay əvvəl prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayanda E.Quliyev problemlərin tezliklə həll olunacağını düşünüb. Doğrudan da, dollar kreditlərinə görə kompensasiyalar başlayıb, üstəlik problemli kreditlərə görə restrukturizasiya kreditlərinin verilməsi başlanıb. Bu variantda T.Məmmədova da restrukturizasiya kreditləri düşür və bununla da problem həll olunmalı idi. Amma indi də başqa problem yaranıb. T.Məmmədov E.Quliyevdən tələb edib ki, yeni (yəni dövlətin verdiyi güzəştli) kredit üçün ona yenidən zamin dayansın. E.Quliyev bütün olanları yada salıb imtina edəndə, T.Məmmədov bildirib ki, əgər zamin dayanmasa, bu problem həll olunmayacaq və əvvəlki kredit yenə də, E.Quliyevin öhdəsində qalacaq. Sonuncu isə buna qəti etiraz edir: "Mən öz kreditimi bu gün bağlamağa hazıram, bir şərtlə ki, daha həmin şəxs üçün zamin dayanmayım".

"Bank of Baku"dan FED.az-ın sorğusuna cavab olaraq bu məsələnin araşdırıldığını və tezliklə qanunun tələbini açıqlayacaqlarını bildiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2718   Tarix: 20 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021