Dağlıq Qarabağa görə iki Cənubi Qafqaz ölkəsi olan Ermənistan və Azərbaycan arasında münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxa

Dağlıq Qarabağa görə iki Cənubi Qafqaz ölkəsi olan Ermənistan və Azərbaycan arasında münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxaDağlıq Qarabağa görə iki Cənubi Qafqaz ölkəsi olan Ermənistan və Azərbaycan arasında münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxaran ən faciəli və uzun müddət davam edən münaqişələrdən biridir. 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsini dayandırmaq üçün tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan bu qanlı münaqişəni sülh yolu ilə həll etmək məqsədi ilə diplomatik səylərə start verdilər.

Bu fikirləri Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyev deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları onilliklər ərzində davam edir və bu proses sülhə nail olmaq istiqamətində hələ heç bir ciddi nəticə vermir:

"Münaqişə zonasında mövcud status-kvonun saxlanılması Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin davam etdirilməsi və işğalçılıq siyasətinin legitimləşdirilməsi məqsədi ilə bu günə kimi əsasən Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Lakin 2016-ci ilin aprelində baş vermiş "4 günlük müharibə" mövcud status-kvonun nə qədər təhlükəli olduğunu nümayiş etdirib.

2018-ci ildə Ermənistanda baş vermiş "məxməri inqilab" nəticəsində "Qarabağ klanı"nı təmsil edən Serj Sarkisyan hökumətinin devrilməsindən sonra yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişi Yerevanda yeni hökumətin əvvəlki işğalçı siyasətinə son qoyaraq sülhü seçəcəyinə dair ümidlər yaratmışdı.

Ermənistanda baş vermiş "məxməri inqilab" dan sonra 2018-ci il iyul ayının 11-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə ilk görüşü keçirildi. Görüş zamanı əsasən mövcud danışıqlar formatının davam etdirilməsi, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşü mart ayının 29-u 2019-cu ildə Vyanada baş tutdu. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində "Biz insanlararası təmaslar zamanı etimad tədbirlərinin möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdik. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqlar uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır",- deyə bildirdi.

Təəssüf ki, bütün yuxarıda qeyd olunan danışıqlara və müsbət fikirlərə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi. Daha sonra o, hətta "sülh üçün torpaq" müzakirəsinə razılaşmayacağını vurğuladı".

Politolqun sözlərinə görə, Nikol Paşinyanın işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimi danışıqlar prosesinə cəlb edilməsi tələbi ilə münaqişə zonasında status-kvonu qorumaq məqsədi daşıdığı aydın görünür:

"Proseslər aydın şəkildə göstərir ki, Ermənistandakı yeni hökumət Azərbaycanla sülh əldə etmək üçün kompromisə hazır deyil. Konstruktiv danışıqlar əvəzinə nifrətə üstünlük verirlər. Buna misal olaraq, 29 may 2019-cu il tarixində Bakıda keçirilən UEFA Avropa Liqasının finalında "Arsenal" Futbol Klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryan Azərbaycan hökumətinin zəmanət verdiyi yüksək təhlükəsizlik təminatına baxmayaraq, Bakıya səfər etmədi. Futbolçunun seçimini yalnız "çirkli" siyasi oyunun bir hissəsi kimi qəbul etmək olar.

Nikol Paşinyan da hətta öz "tvitter" səhifəsində Mxitaryanın mövqeyini yüksək qiymətləndirdi. Baxmayaraq ki, bir çox erməni idmançıları Bakı 2015 Avropa Oyunlarında və Azərbaycanda təşkil edilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər və onlar üçün heç bir təhlükə yaranmayıb".

Şahmar Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri zamanı, 30 may 2019-cu il tarixində düşmən tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun zabiti şəhid oldu. İyunun 9-da isə düşmən snayper atəşi başqa bir əsgərimizi şəhid etdi və Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərini öldürən şəxsi mükafatlandırdı.

Bu hadisələr Ermənistan tərəfdə də oxşar itkilərə səbəb olub. Bundan əlavə, 12 iyun 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları zamanı Ermənistan Silahlı Qüvvələri "Osa" zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrini vurmağa cəhd etdi.

Sadalanan bütün faktlar təsdiq edir ki, Ermənistanın yeni hökuməti köhnə mexanizmə sadiqdir və de-fakto Dağlıq Qarabağı müstəqil tərəf kimi təqdim etməklə danışıqlar formatını dəyişmək və münaqişədə status-kvonu saxlamağa çalışır.

Hesab edirəm ki, bu münaqişə hər iki xalqın iztirabına səbəb olub və müharibə davam etdiyi müddətdə hər iki tərəfdən itkilər yenə olacaq. Ermənistanlı jurnalist, ictimai xadim Suzan Caginyan qeyd edib ki, Sarkisyan və Köçəryan xalqı məhv edir, əgər onlar öz hakimiyyətlərini davam etdirsələr, gələcəkdə erməni xalqı olmayacaq.

"Məxməri inqilab"dan sonra erməni xalqı bir rejimi dəyişdirməyə müvəffəq olub və indi Ermənistanın yeni hökuməti əhalini sülhə hazırlamaq və regional iqtisadi əməkdaşlıqdan faydalanmaq üçün bütün imkanlara malikdir. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra erməni xalqı Azərbaycanın mövcud regional iqtisadi əməkdaşlıq imkanlarından digər tərəfdaşlarla birgə faydalana biləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1679   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel