Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - Azərbaycandakı olay HƏR KƏSI ŞOKA SALACAQ

Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - Azərbaycandakı olay HƏR KƏSI ŞOKA SALACAQSaatlı rayonunda zorlamada təqsirli bilinən 1989-cu il təvəllüdlü Amil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Benzin doldurmaq istədi, qadınla rastlaşdı

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, iki uşaq atası olan Amil Babayev 2 noyabr 2018-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı avtomaşına benzin doldurmaq üçün Saatlı rayonun Şirinbəy kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib.

Həmin vaxt o, əri Samir Səmədov və onun valideynləri ilə birlikdə kənddə yaşadığı evdən acıq edərək çıxmış və anası Yetər Əliyevanın Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edən 2000-ci il təvəllüdlü Səbinə Səmədovanı görüb.

Maşınına minmək istəmədi, izləməyə başladı

Bu zaman Amil Babayev Səbinə Səmədovaya fiziki zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu səbəbdən o, avtomobilini onun yanında saxlayaraq maşına əyləşməsini təklif edib.

Amma Səbinə Amilin avtomobilinə minmək istəməyib və onun bu təklifindən imtina edib. Təklifindən imtina edildiyini görən Amil yolboyu piyada hərəkətdə olan Səbinəni izləyib.

Zorla maşınına mindirdi

Həmin vaxt Amil məqsədinə nail olmaq üçün avtomaşını Səbinənin yanında saxlayıb və onun sağ biləyindən tutaraq uca səslə üstünə qışqırıb, onun avtomaşına minməsini tələb edib.

Amil fiziki zor tətbiq etməklə Səbinəni avtomaşının qabaq sağ oturacağına əyləşdirib və düyməni basaraq qapını bağlayıb.

Çöllük sahədə qadına dəhşət yaşatdı

Həmin vaxt Amil Səbinən Şirinbəy kənd sakini Samir Səmədovun arvadı olduğunu deməsinə və qışqıraraq yalvarmasına, öz evlərinə aparmaq barədə xahişinə məhəl qoymayıb.

Belə olan halda Amil Səbinəyə zor tətbiq etməklə avtomobildən düşməsinə imkan verməyib və avtomaşını idarə edərək Saatlı rayonun Məmmədabad kəndi ərazisində qaranlıq çöllük sahəyə sürüb.

Hamilə olmasına da əhəmiyyət vermədi

Orada avtomobili saxlayıb və Səbinəni nalayiq şöyüşlər söyüb, bu gecə yanında olacağını və onu heç yerə buraxmayacığını bildirib.

Həmin vaxt Səbinə Amilə hamilə olmasını desə də, Amil onun bu sözlərinə də əhəmiyyət verməyib. Sonra avtomobildən düşərək Səbinəni oturduğu oturacaq istiqamətinə gəlib və onu zorla maşından düşürüb.

Müqavimətini qırdı və təcavüz etdi

Amil Səbinəni avtomobildən düşürdükdən sonra itələyərək yerə yıxıb. Sonra əlləri və ayaqları ilə müqavimət göstərən Səbinənin müqavimətini qıraraq əynində olan paltarını soyundurub.

Daha sonra Amil Səbinə ilə intim əlaqədə olmağa başlayıb, onunla fiziki zor tətbiq edərək cinsi əlaqədə olmaq istəsə də, zərərçəkmişin göstərdiyi müqavimət nəticəsində öz məqsədinə nail ola bilməyib.

Bundan sonra Amil Səbinəni yerdən qaldıraraq avtomaşına tərəf itələyib və üzü üstə yük yerinin üzərinə yarı əyilmiş vəziyyətdə uzanmağa məcbur edib. Orada zorla Səbinə ilə cinsi əlaqədə olub.

5 il 6 ay cəza və ümumi rejim

İstintaq orqanı tərəfindən Amil Babayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Amil Babayevin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Amil Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Amil Babayev apelyasiya şikayəti verib. İki azyaşlı uşağının olduğunu qeyd edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Amil Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Amil Babayevin şikayəti təmin edilməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 13980   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021