"Köhnə, peşəkar kadrların önə çəkilməsi gələcəyə hesablanmış strateji addımdır"

"Köhnə, peşəkar kadrların önə çəkilməsi gələcəyə hesablanmış strateji addımdır"İyunun 20-də prezident İlham Əliyev hakim komandada bir sıra ciddi kadr dəyişikliyi etdi. Dövlət başçısı Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzaladı.

Prezidentin digər sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.

Daha bir ciddi kadr dəyişikliyi Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı oldu. Dövlət başçısı DTX rəisi Mədət Quliyevi vəzifəsindən azad edərək müdafiə sənayesi naziri təyin etdi. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu. Xüsusilə də işinin peşəkarı olan Əli Nağıyevin yenidən təhlükəsizlik xidmətinə gətirilməsi, ictimaiyyətdə müzakirə predmetinə çevrilib. Rəylərdə bildirilir ki, prezident "köhnə qvardiya"dan vaz keçməyərək, ölkənin təhlükəsizliyini tamamilə onlara tapşırdı. İlk diqqətə çarpan detal budur ki, prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb. Ekspertlərə görə, əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir.

"Yeni Müsavat"a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, prezidentin bu addımı olduqca yerində atılan addımdır:

""Köhnə qvardiya" dedikdə, yəqin ki, söhbət vaxtilə mərhum prezident Heydər Əliyevin irəli çəkdiyi, onun dövründən hakimiyyət pillələrində yüksəliş tapmış kadrlardan gedir. Prezident İlham Əliyev də o kadrlarla işləməyə üstünlük verdi. 2003-cü ildən bəri həmin kadrların əksəriyyətinə toxunulmadı.

"Hökmən orada Ramil Usubov kimi cəmiyyətdə, dövlətdə, prezidentin yanında etimadı olan adam oturmalıdır ki, bu işi qursun"
Bu siyahıda Əli Nağıyevdən ayrıca danışmaq olar. O, ümummilli lider Heydər Əliyevin kadrı sayılır. Köhnə, peşəkar kadrların önə çəkilməsi gələcəyə hesablanmış strateji addımdır. Ölkə prezidenti hər zaman çıxışında deyir ki, mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm. Prezident göstərdi ki, Əli Nağıyev də onun diqqətindədir. Əli Nağıyev vaxtilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb. Mütəxəssis kimi kadrın güclü keyfiyyətləri varsa, heç şübhəsiz ki, ölkə prezidenti onu yenidən vəzifəyə çəkə bilər və çəkir də. Vəzifədən gedənlərin də hər biri bilməli və gözləməlidir ki, ölkə prezidenti zamanı gəldiyində onlara da vəzifə verə bilər. Təyinat təbii ki, strateji, gələcəyə hesablanmış, köhnə komandaya etimad kimi qəbul edilə biləcək bir addımdır. Ancaq prezidentin son təyinatlarının ikisində xüsusilə praqmatik addımlar mövcuddur. Deməzdim ki, məsələn, Ramil Usubov vəzifədən çıxarıldı. Deyərdim ki, Ramil Usubova daha böyük etimad göstərildi. Çünki hazırda Azərbaycanın təhlükəsizliyinin təmini yeni reallıqları nəzərə almağı tələb edir. Bu, daha da vacibdir. Yəni hazırda ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin hansının daxili, hansının xarici olduğunu ayırmaq çox çətindir. Hökmən orada, Ramil Usubov kimi cəmiyyətdə, dövlətdə, prezidentin yanında etimadı olan adam oturmalıdır ki, bu işi qursun. Ona görə də düşünürəm ki, Təhlükəsizlik Şurasında bu kimi işləri qurması üçün Ramil Usubov vəzifəyə təyin olundu".

"Əli Nağıyevin də təyinatının çox praqmatik tutumu var. Əli Nağıyev informasiya texnologiyaları üzrə çox güclü mütəxəssisdir. Yəni o, xüsusi xidmət orqanlarında bu işi bilən ən güclü kadrlardandır"

Politoloq bildirib ki, o, hesab etmir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hansısa funksiyasını götürüblər:

"Xeyr, bu, belə deyil. Eləcə də bu prizmadan Əli Nağıyevin də təyinatının çox praqmatik tutumu var. Əli Nağıyev informasiya texnologiyaları üzrə çox güclü mütəxəssisdir. Yəni o, xüsusi xidmət orqanlarında bu işi bilən ən güclü kadrlardandır. Bu gün isə Azərbaycanın informasiya texnologiyaları (İT) sahəsindəki maraqları, təhlükəsizlik maraqlarını deyərdim ki, üstələyib. Yəni İT həm iqtisadi baxımdan əhəmiyyətlidir, həm də təhlükəsizlik sarıdan önəmlidir. Hazırda belədir ki, İT sahəsində iqtisadi maraqlar təhlükəsizlik maraqlarını da üstələyib. Yəni çalışırıq ki, oradan çoxlu pul qazanaq. Eyni zamanda buradan pul qazanan zaman sahə üzrə təhlükəsizliyi də nəzərə almaq lazımdır. Baxın, buna görə də Əli Nağıyev bir peşəkar kadr kimi həmin vəzifəyə gətirildi. Əli Nağıyev qeyd etdiyimiz balansı gözləyəcək. Onun dövründə bizim İT sahəsində təhlükəsizliklə bağlı məsələlər çox yüksək səviyyədə təmin olunacaq. Bu, internet trafikinə, sosial şəbəkələrə, mobil operatorlara da aiddir. Ola bilər ki, Əli Nağıyevin gəlişi ilə müəyyən iqtisadi yerdəyişmələr də olsun. Ümumilikdə, işində nöqsan olmayan, müəyyən dəyişmələr nəticəsində vəzifədən çıxarılan köhnə kadrların hamısı prezidentin yanındadır. Onlar bu gün də prezidentdən heç bir tapşırıq almasalar belə, cəmiyyətin sabitliyində, dövlət siyasətinin möhkəmlənməsi, xarici qüvvələrinin təsirlərinin azaldılması istiqamətində öz işlərini davam etdirməlidirlər. Onların bu işləri prezident tərəfindən görüləcək və vəzifəyə də qaytarılacaqlar. Ən bariz misal isə Əli Nağıyevdir".

M.Əhmədoğlu yeni daxili işlər naziri haqda da danışıb: "Vilayət Eyvazovun təyinatı da çox uğurludur. O, gənc yaşlarından Ramil Usubov məktəbu keçmiş kadrdır. Polis sistemini mükəmməl bilən generaldır. Onun dövlətə, millətə, ölkə başçısına bağlılığı illərdi ki, sübuta yetirilib. Ən çətin anlarda hakimiyyətin qorunması prosesində iştirak edib. Digər təyinatlarda olduğu kimi, Vilayət Eyvazovun təyinatında da peşəkarlıqla yanaşı sədaqətlilik nəzərə alınıb. İnanıram ki, Vilayət Eyvazov ona göstərilmiş etimadı yüksək səviyyədə doğruldacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3295   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart