"İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib" - alman jurnalistin Ağdam təəssüratları

"İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib" - alman jurnalistin Ağdam təəssüratları"Der Freitag.de" saytının müxbiri Nik Afanasjev: "İki minarəli məsciddən başqa bütün binalar darmadağın edilib"

Almaniyanin "Der Freitag.de" saytının müxbiri Nik Afanasjevin Dağlıq Qarabağdan hazırladığı yazıda diqqətçəkən məqamlar çoxdur. Onları bir-bir diqqətinizə çatdıracam.

Məqalədə mənə ən çox təsir edən Ağdamla bağlı qeyd oldu. Nə yazıq ki, mən heç vaxt Ağdamda olmamışam. Müxbir Nik Afanasjevin sözlə cızdığı Ağdam məni dəhşətə gətirdi. Maraqlıdır ki, jurnalist də gördüklərindən şok keçirib. Yazır ki, bu şəhərin düşdüyü vəziyyət haqqında məlumatlı idim. Buna baxmayaraq gördüklərim məni sarsıtdı.

Ağdam haqqında danışan bir erməni jurnalistə deyir ki, bir vaxt Ağdamın bazarından ürəyin istəyən hər şeyi ala bilərdin. İndi isə Ağdam Hiroşimanı xatırladır. İşğala qədər 40 min adamın yaşadığı şəhərdəki bütün binalar raket atəşi altında darmadağın olub. Xarabaya çevrilmiş şəhərdə ayaqda qalan yalnız iki minarəli məsciddir və bu, jurnalistə xeyli təəccüblü gəlib. Çünki dərhal diqqət çəkən bu məscid sübut edir ki, bu ərazi müsəlmanlara məxsusdur. "Nə yaxşı ermənilər bu məscidi dağıtmayıblar", bu suala jurnalisti Ağdama aparan erməni sürücü çiynini çəkməklə cavab verir.

Başqa kimsədən nəsə soruşmaq isə mümkün deyil. Çünki burada adam yaşamır.

karabakh osce ile ilgili görsel sonucu

XIX əsrə aid olan məscidin qarşısındakı nar ağaclarının kölgəsində 7 inək otlayır...

Xatırladaq ki, Hiroşima bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk şəhərdir. ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsəd ilə həyata keçirilib. 1945-ci il 6 avqust tarixində "B-29" bombardman təyyarəsi kod adı "Balaca oğlan" olan atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atıb. Nəticədə 150 min nəfər məhv olub.

Azərbaycanımızın bir parçası olan Ağdam indi belə bir tarixi fəlakət yaşamış şəhərlə müqayisə olunur...

Jurnalist Xankəndində təşkil olunmuş futbol turnirindən bəhs edir. Müstəqil Futbol Konfederasiyası tərəfindən təşkil edilən yarışın açılış törənini aparan şəxsi ironiya ilə FIFA-nın sabiq prezidenti Yozef Blatterə bənzədən jurnalist onun aşağıdakı fikrinə diqqət çəkir: "Bu gün Avropanın paytaxtı Stepanakertdir". Və natiqin bu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Məqalədə qeyd olunur ki, hazırda Dağlıq Qarabağda (yazıda daha çox "Artsaq" ifadəsi işlədilir) 150 min əhali yaşayır. Onlardan 12 min nəfəri futbol yarışının açılışına qatılıb...

Jurnalist yazır ki, qanuni baxımdan bu ərazi Azərbaycana məxsusdur. Ancaq hazırda Ermənistanın nəzarətindədir. İrəvandan avtobusla bura 7 saata gəlmək olar.

Müstəqil Futbol Konfederasiyası 2013-cü ildə yaradılıb. Hazırda heç bir ölkə tərəfindən tanınmayan 55 üzv ölkə bu qurumda bir araya gəlib. 2014-cü ildə yaradılmış "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikas"nın futbol komandaları da bu turnirə qatılmaq fikrində idi. Ancaq bəli olmayan səbəbdən onlar son anda turnirə gələsi olmadılar.

39 yaşlı yerli alverçi Armen jurnalistə deyir ki, əlbəttə, tanınmayan ölkələr üçün belə bir turnirin keçirilməsi yaxşıdır. Ancaq tanınan ölkələrin futbol turniri daha maraqlı olur. Alverçi bildirir ki, yerli gənclər elektron siqaretə (E-siqaret) daha çox maraq göstərir. Burada kişilərin hamısı siqaret çəkir, qadınlar isə siqaret çəkmir və alverçi hesab edir ki, bu, elə belə də olmalıdır. Qadın siqaret çəkməməlidir.

Armen söyləyir ki, onun uşaqlığı müharibə illərinə təsadüf edib: "Başimiza bomba yağanda mən burada idim". Jurnalist yazır ki, Armen heç vaxt başqa ölkələrdə olmayıb. O, deyir ki, mən Almaniyaya getmək üçün bir il yalnız su və çörəklə keçinməliyəm və pul yığmalıyam: "Burada yaxşı iş tapmaq çətindir. 100 avro ala bilərsən. Ən yaxşı işdə isə 500 avro da qazanmaq olar". Qeyd olunur ki, gənclər daha çox hərbçi və polis olmaq istəyir. Çünki onlara yüksək maaş verilir, yəni 500 avronu məhz onlar alır: "Bu maaşın yüksəkliyinə görə bir çoxu müharibənin bitməsini istəmir. Axı müharibə bitsə hərbçilərə kimsə o qədər maaş verməz"...

Daha sonra isə Armen əsəbləşir və deyir ki, azərbaycanlılara inanmaq olmaz: "Onlar bazarda pomidor satmaqdan başqa bir işə yaramırlar..."

Jurnalist yazır ki, bir bazar alverçisi "bazar alverçisi" adlandırdığı başqa birisinə dodaq büzürsə oradan uzaqlaşmaq lazımdır. (Etiraf edim ki, bu cümlə mən xüsusi ləzzət verdi. E.H)

Məqalədə deyilir ki, Dağlıq Qarabağda "Toyota-Limouzin"lərlə tez-tez qarşılaşmaq olar. Hərbçilər və polislər həmin avtomobildən istifadə edir. Onlar ağzında dişi qalmayan nənələrin yanından sürüb gedirlər. Dağlıq Qarabağın iqtisadiyyatından danışmağa dəyməz. Yalnız kənd təsərrüfatı mövcuddur. Sovet dönəmindən qalan fabriklər çoxdan qapanıb. Buraya sərmayə qoyuluşu da yox səviyyəsindədir. Yerli istehsalda olan ən yaxşı şey "vətənpərvərlik əhval-ruhiyyəsidir".

Münaqişə hər addımda özünü göstərir. Turnirin açılışı ərəfəsində Azərbaycan tərəfindən snayper 18 yaşlı əsgəri vurub öldürdü. O, hərbi xidmətini başa vurmaq ərəfəsində idi. Ən ağır döyüşlər isə 2016-ci ildə oldu...

Jurnalist yazır ki, münaqişənin həlli ağlabatan görünmür. Çünki Ermənistan və Azərbaycanın münaqişənin həlli ilə bağlı fikirləri tam fərqlidir. Azərbaycan ərzilərin qaytarılmasını tələb edir, Ermənistan isə belə düşünmür.

Yeni baş nazir Nikol Paşinyanın gəlişi Dağlıq Qarabağda da insanlar tərəfindən ümidlə qarşılanıb. Ona münasibət yaxşıdır. Baxmayaraq ki, keçmiş prezident Serj Sarkisyan əslən bu regiondan idi. Burada düşünürlər ki, Nikol Paşinyan maaşları qaldıra bilər. Yerli məmurların xalqa yaxınlaşması və daha düzgün çalışması da mümkün görünür. Burada "demokratiya" sözü isə çox nadir hallarda işlədilir...

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2583   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel