Tramp İranı vurmaq əmrini teleaparıcının məsləhəti ilə geri götürüb

Tramp İranı vurmaq əmrini teleaparıcının məsləhəti ilə geri götürübABŞ prezidenti Donald Tramp Hörmüz körfəzi üzərində Birləşmiş Ştatların pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq İranın hava hücumundan müdafiə batareyalarına və radarlarına zərbələrin endirilməsi barədə əmrini teleaparıcının məsləhəti ilə geri götürüb. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı "The New York Times" dərc edib.

Xəbər verildiyi kimi İran iyunun 18-də Hörmüz körfəzin üzərində ABŞ-ın RQ-9 Global Hawk strateji pilotsuz kəşfiyyat təyyarəsini vurub. İnqilab Keşikçiləri Korpusu təyyarənin İranın hava məkanında vurulduğunu bildirir. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu deyir.

İranın bu addımına cavab olaraq ABŞ hərbi cavab variant hazırlayıb. Pentaqona əmr daxil olub ki, İranın bəzi hava hücumundan müdafiə batareyaları və radarları dəqiq raket zərbələri ilə məhv edilsin. Bu əməliyyatı həyata keçirmək üçün iyunun 20-də gecə ABŞ qırıcıları öz bazalarından havaya qalxıb, regiondakı Amerika gəmiləri döyüş mövqeyi tutub. Lakin Tramp əmri son anda geri götürüb. Və Oman üzərindən İrana ultimatum göndərərək bildirib ki, Tehran danışıqlara başlamasa ABŞ hücum edəcək.

Qəzetin yazdığına görə Donald Tramp İranın hərbi obyektlərinə zərbələrin endirilməsi barədə əmrini müşavirləri ilə məsləhətləşmədən verib. Və məlum olub ki, bu məsələdə Tramp "Fox News" telekanalının aparıcısı Taker Karlsonun məsləhətinə qulaq asıb.

"Fox News" Trampın sevimli kanalıdır və ABŞ prezidenti ancaq bu kanaldan eşitdiyi xəbərlərə inanır. Qalan KİV-ləri isə "feyknyus" və "vətən xainləri" adlandırır.

Qəzet yazır ki, teleaparıcı Trampı onun administrasiyasında İrana zərbələr endirməkdə israrlı olan adamların prezidentin maraqlarına uyğun hərəkət etmədiyinə inandırıb. Ona deyib ki, əgər ABŞ İranla müharibəyə başlasa Tramp ikinci müddətə prezident seçilməyi unutmalıdır.

Bu arada Tramp NBC telekanalına müsahibəsində İrana zərbələrin endirilməsi barədə qərarını son anda niyə dəyişdiyini izah edib. O bildirib ki, İranla müharibənin alovlanmasını istəmir. Lakin münaqişə başlasa dünya "heç vaxt görmədiyi miqyasda dağıntıları" izləyəcək.

Trampın bildirdiyinə görə, İrana zərbələrin endirilməsi əməliyyatının başlamasından əvvəl o, mümkün qurbanların sayı barədə informasiya soruşub. Və cavab alıb-zərbələr nəticəsində 10-yə yaxın iranlı həlak ola bilər. Trampın sözlərinə görə, o pilotsuz təyyarəyə görə bu qədər adamın ölməsini doğru saymayıb, çünki söhbət "müqayisəolunmaz itkidən" gedirdi.

ABŞ prezidenti habelə bildirib ki, hazırda Vaşinqtonla Tehran arasında danışıqlar üçün zəmin yoxdur. Bunun səbəbi İranın nüvə silahı əldə etmək cəhdləridir. Trampın sözlərinə görə, əgər İran bu məsələ ilə bağlı danışıqlara getməsə ABŞ onun iqtisadiyyatını dağıdacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3051   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel