Stressdən yaranan ağrı, ürək bulanması, boğulma uzun müddət davam edirsə... – Psixiatr RƏYİ

Stressdən yaranan ağrı, ürək bulanması, boğulma uzun müddət davam edirsə... – Psixiatr RƏYİStress kimi psixi faktorların fiziki simptomlara (daha çox ağrı, ürək bulanması, boğulma hissi və s.) səbəb olması somatizasiya adlanır. Əgər belə simptomlar uzun müddət və şiddətli sıxıntılara səbəb olursa, bu somatizasiya pozuntusundan (xəstəlikdən) xəbər verir. Lakin belə pozuntuları olan insanlar adətən simptomlarının fiziki bir səbəbə bağlı olduğuna inanırlar.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu psixiatr, uzman həkim Fuad Bəşirov "Somatizasiya nədir? Somatoform pozuntular" adlı məqaləsində bildirib. Həmin məqaləni təqdim edirik:

Fiziki simptomlar psixoloji və ya emosional faktorlardan qaynaqlanırsa, bu somatizasiya adlanır. Məsələn, bir çox insanda zehni stressdən qaynaqlanan baş ağrıları vardır. Stress və digər psixi sağlamlıq problemləri, həmçinin sinə ağrıları, yorğunluq hissi baş gicəllənməyə, çiyin-kürək ağrılarına, ürək bulanma kimi başqa fiziki simptomlara da səbəb ola bilər.

İnsanın psixi vəziyyəti necə olur ki, fiziki simptomlara səbəb olur?

Bu, ağıl və bədən arasındakı əlaqələr kompleksdir və tam başa düşülmür. Əgər biz somatizasiya ediriksə, o zaman zehni və ya emosional problemlərin bir hissəsi bir və ya bir neçə fiziki simptom olaraq ortaya çıxır. Bu zaman baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, qəbizlik, diareya və s. kimi baş verən fiziki simptomlar narahatçılığa səbəb ola bilər.

Somatizasiya necə başa düşülür?

Bəzən biz stress, gərginlik kimi psixoloji vəziyyətlərdən sonra ortaya çıxan fiziki simptomları bir-biriləri ilə əlaqələndirə bilirik. Məsələn, baş ağrısı, əzələ ağrılarını stresslə əlaqələndirə bilirik. Depressiya, həyəcan-təşviş pozuntuları da ürək döyüntüsü, qarın ağrısı, əllərdə ayaqlarda keyləşmə, yorğunluq kimi fiziki simptomlara səbəb ola bilir. Çox vaxt bu simptomların əhval ruhiyənin yaxşı olduğu zamanlarda düzəldiyinin şahidi oluruq. Ancaq biz baş verən bir çox fiziki simptomun psixi faktorlardan qaynaqlandığını düşünmürük. Və çox vaxt bu simptomlarla bağlı olan həkimə müraciət edirik.

Somatizasiya və funsional simptomlar

Bəzi həkimlər fiziki simptomlara səbəb olan hər hansı bir patologiyanın olmadığını aşkarladıqlarında bu simptomları "funksiyonal simptomlar" olaraq adlandırırlar. Funksional simptom bədəndə olan bir funsiyanın pozulma səbəbinin bilinmədiyi vaxt işlədilir. Ola bilsin ki, bu simptom psixi faktorlardan asılı olsun və ya həm fiziki, həm də psixi problemlər birgə olsun.

Somatoform pozuntular somatizasiyanın yüksək hədlərində ortaya çıxır. Artıq fiziki simptomlar uzun müddətdir davam etmiş və ya şiddətlənmiş olur və bir çox halda səbəbi tapılmamış olaraq qalır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2740   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021