Xərçəng hüceyrələrinin inkişafı 11 gündə 96% yavaşıdı - SARIKÖKLƏ MÖCÜZƏ

Xərçəng hüceyrələrinin inkişafı 11 gündə 96% yavaşıdı - SARIKÖKLƏ MÖCÜZƏBir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.

Medicina.az xəbər verir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Amma alimlər kurkuminin bu xüsusiyyətini uzun illər irimiqyaslı tədqiqatlara tətbiq edə bilməyiblər, çünki maddə peroral qəbul olunarkən orqanizm tərəfindən xərçənglə mübarizə apara biləcək qədər mənimsənilmir. Amerika alimləri kurkuminin xərçəng hüceyrələrinə yeridilməsinin üsulunu tapıblar.

Bu üsul osteosarkoma hüceyrələrinin nümunəsində 100 faiz səmərəli olduğunu sübuta yetirib. Vaşinqton Universitetinin bir qrup alimi dərman üçün xüsusi kapsul və karkas işləyib hazırlayıb. Kapsulun və ya karkasın içində olan kurkumin orqanizmdə hərəkət edərkən öz xüsusiyyətlərini itirmir və yalnız şişlə təmas zamanı qişasından azad olur.

Karkas müəyyən qədər məsaməli kalsium fosfatdan 3D-printerdə çap edilib, kapsul isə piy molekullarından yaradılıb.

Belə texnologiya konkret pasiyent üçün implantlar hazırlamağa, karkasın insan toxumasına inteqrasiyasını təmin etməyə imkan verir.

Sonra alimlər bu texnologiyanı osteosarkoma hüceyrələrində sınaqdan keçiriblər.

Müalicə xərçəng hüceyrələrinin inkişafını 11 gün ərzində 96 faiz yavaşıdıb, habelə sağlam sümük toxuması hüceyrələrinin inkişafına kömək edib. Kurkumin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bərabər, əmələgətirici osteogen xüsusiyyətlərə də malikdir.

Testin sınaqları sümük xərçəngin terapiyasına, şiş kəsilib götürüləndən sonra sümük qüsurlarının bərpasına yeni imkanlar açır.

ABŞ-dan olan digər tədqiqatçılar qrupu isə kurkuminin qan dövranında hərəkət etməsi üçün onu suda həll etməyin üsulunu tapıb. Bu texnologiya da klinikadan əvvəlki tədqiqatlarda səmərəli olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1827   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021