Azərbaycanda yeni qurulan ailənin dəhşətli SONU - Toydan bir həftə sonra... -

Azərbaycanda yeni qurulan ailənin dəhşətli SONU - Toydan bir həftə sonra... -Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Sabirabad şəhəri Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadıqları evin damının tirindən asaraq həyatına son qoyub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyib. Bir həftə əvvəl onun toyu olubmuş. Belə ki, ilk izdivacı uğurlu olmayan və övladı dünyaya gəlməməsi səbəbindən Orxan 6 il əvvəl həyat yoldaşından boşanıb. Bu ilin may ayında isə o, rayonun Həşimxanlı kəndindən olan qızla tanış olub və qısa müddətdə onların toyu olub. Şirvan şəhərindəki "Rövşən" şadlıq evində keçirilən toydan 1 həftə sonra isə Orxan naməlum səbəblərdən həyatına qəsd edib.

Yaxınlarının bildirdiyinə görə, son illərdə Orxanın davranışlarında dəyişikliklər olub, onun psixoloji vəziyyəti qeyri-sabit olub.

Hadisə   Baxılıb: 12961   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR