Kişilərin intiharı: o, qadınların intiharından nəylə fərqlənir və nə üçün daha tez-tez baş verir?

Kişilərin intiharı: o, qadınların intiharından nəylə fərqlənir və nə üçün daha tez-tez baş verir?Bu statistika bütün dünyada belədir: depressiyadan daha çox qadınlar əziyyət çəkirlər, intihara da daha çox onlar meyllidirlər, amma intihar edənlərin çoxu kişilərdir.

Mənim də qardaşım intihar edib. Altı il əvvəl. Onun 28 yaşı vardı.

Təəssüf ki, intihar halları bizim düşündüyümüzdən daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2016-cı ildə (Mövzuyla bağlı sonuncu qlobal rəsmi statistika bu ilə aiddir) dünyada 793 000 intihar hadisəsi baş verib. Özünü öldürənlərin çoxu kişilərdir.

1981-ci ildən etibarən həmin il Britaniyada suisid faktları ən aşağı səviyyədə olub - hər 100 000 nəfərə 15,5 nəfər. Amma 45 yaşına qədər kişilərin əsas ölüm səbəbi intihar olaraq qalır. Gender fərqi faktı da dəyişməyib: qadınlara aid statistika hər 100 000 nəfərdən 4,9-nun intihar etdiyini göstərir - kişilərdən 3 dəfə az.

Bir çox başqa ölkədə də vəziyyət bu cürdür - Avstraliyada kişilər qadınlardan 3 dəfə, ABŞ-da 3,5 dəfə, Rusiya və Argentinada 4 dəfə çox intihar edirlər.

ÜST-ün məlumatından görünür ki, ölkələrin 40%-ində vəziyyət daha ağırdır: hər 100 000 nəfərə 15 intihar hadisəsi baş verir və ölkələrin ancaq 1,5%-ində qadınlara aid göstəricilər kişilərinkiylə eynilik təşkil edir.

Bu tendensiya uzun illərdir ki, dəyişmir.

"Qeyri-bərabərlik biz bu statistikanı qeydə almağa başlayandan bəri mövcuddur" - intihara cəhd etmiş şəxslərə yardım edən, intiharların qarşısının alınmasıyla məşğul ola Amerika fondunun araşdırmalar şöbəsinin rəhbəri, fondun vitse-prezidenti Jill Harkavy-Friedman belə deyir.

Axı, nə üçün kişilər belə əzab çəkirlər?Axı, nə üçün kişilər belə əzab çəkirlər?

İntihar- çox incə və mürəkkəb mövzudur. İnsanların özünü öldürməsi bizi onları buna sövq edən səbəbləri başa düşmək imkanından məhrum edir.

Amma psixi sağlamlıq məsələlərinin getdikcə daha çox araşdırılması bu faciəli qərarın qəbuluna təsir edən faktorları anlamaq səviyyəsini də artırır.

Qadınlarla bağlı hallarda intiharın anlaşılması ona görə daha çətin olur ki, səbəb olaraq, adətən, depressiya diaqnozu qoyulur. Bundan başqa, qadınların intihara cəhd etməsi ehtimalı daha çoxdur. Məsələn, ABŞ-da yetkin yaşlı qadınlar kişilərdən 1,2 dəfə çox intihara əl atırlar.

Amma kişilərin intihar zamanı istifadə etdiyi üsullar daha radikaldır və hətta yardım etmək istəyənlər olanda belə, nəticəni dəyişmək mümkün olmur.

Axı, nə üçün kişilər belə əzab çəkirlər? Və bunun qarşısını almaq mümkündürmü?

Risk faktorları
Vacib elementlərdən biri ünsiyyət və ünsiyyətcillikdir. Amma qadınların öz problemləri haqqında danışmağa kişilərdən daha çox meylli olduğunu demək məsələni son dərəcə sadələşdirmək demək olardı.

Hərçənd bu da faktdır ki, əsrlər boyu mövcud olmuş və bu gün də qüvvədə olan bir streotip var: kişilər daha güclü olmalı və öz əzablarını biruzə verməməlidirlər.

Hələ balacaykən oğlan uşaqlarını öyrədirik ki, ağlamaq zəiflik əlamətidir.Hələ balacaykən oğlan uşaqlarını öyrədirik ki, ağlamaq zəiflik əlamətidir.

Çox vaxt bu, uşaqlıqdan başlayıır.

İntihara meylli şəxslərə 24 saat psixoloji yardım göstərən Avstraliya xeyriçiyyə cəmiyyəti "Lifeline"-nin keçmiş icraçı direktoru Colman O'Driscoll: "Biz elə hey deyirik: oğlanlar heç vaxt ağlamırlar. Biz onları hələ balacaykən emosiyalarını göstərməməyə öyrədirik, onlara bunun zəiflik olduğunu aşılayırıq".

Kanadada intiharların qarşısının alınması mərkəzinin icraçı direktoru Mara Grunau deyir ki, uşaqlarla necə danışmağımızdan, onları ünsiyyətə nacə hazırlamaımızdan çox şey asılıdır:

"Analar öz hissləri və təcrübələri haqqında əsasən qızlarıyla danışırlar. Sanki biz ənənəvi olaraq qadınlardan daha çox emosiya gözləyirik".

Kişilər özlərini zəif hiss etdiklərini həm özlərinə, həm dostlarına, həm də həkimlərinə çox nadir hallarda deyirlər. "British Medical Journal"-ın araşdırması zamanı məlum olub ki, onların tibbi yardım üçün müraciət etməsi ehtimalı qadınlardan 32% azdır.

Jill Harkavy-Friedman deyir ki, kişilər psixi sağlamlıq problemləriylə bağlı daha az tibbi yardım alırlar: "Ona görə yox ki, onların qadınlardakına bənzər problemləri yoxdur, ona görə ki, problemləri olduğunu daha az dərk edirlər və bu, suisid riskini artırır".

Əgər insan ruhi vəziyyətindəki narahatlığın stresdən qaynaqlandığını dərk etmirsə, kiminsə və ya nəyinsə ona yardım edə biləcəyi haqqında heç düşünmür də.

Kişilər psixiatrlara və psixoterapevtlərə qadınlardan daha az müracət edirlər.Kişilər psixiatrlara və psixoterapevtlərə qadınlardan daha az müracət edirlər.

Jill Harkavy-Friedman bildirir ki, intihar edənlərin yalnız üçdə biri o dönəmdə depressiyadan və ya hər hansı başqa bir psixi xəstəlikdən müalicə alıb.

Ən təhlükəlisi də odur ki, küşülər mütəxəssislərə müraciət etmək əvəzinə, özləri özlərini sağaltmağa çalışırlar.

"Onlar depressiya vəziyyətində alkoqol və narkotik qəbul etməyə daha çox meyllidirlər, bu isə bildiyimiz kimi, intihar meylini atırır" -Jill Harkavy-Friedman belə deyir.

Həqiqətən də, kişilərdəki alkoqol asılılığı qadınlardan az qala iki dəfə çoxdur. Amma bu, onların depressiyasını daha da dərinləşdirir, davranışlarını impulsiv edir. Alkoqolizm suisidə əsbəb olan əsas faktorlardan biri kimi tanınır.

Həmin faktorlar arasında ailə və iş problemləri də var. Məsələn, iqtisadi tənəzzül dövründə işsizliyin səviyyəsi və bununla birlikdə intihar cəhdləri də artır - adətən, iqtisadi böhran başlayandan 1,5 - 2 il sonra.

Narkotik vasitələrin köməyilə depressiyadan çıxmağa çalışmaq pis seçimdirNarkotik vasitələrin köməyilə depressiyadan çıxmağa çalışmaq pis seçimdir

2015-ci ildə aparılmış bir araşdırmanın nəticələri göstərib ki, işsizlik səviyyəsinin artan hər faizi suisid səviyyəsinin 0,79% artmasına səbəb olur.

Yeni iş tapmaq məcburiyyəti və pulsuzluq psixi problemləri dərinləşdirir. Eyni zamanda, sosial təzyiq və şəxsiyyət böhranı da insanların ovqatına ciddi təsir edir.

"Bizi elə tərbiyə edirlər ki, həyatımız boyu özümüzü başqalarıyla müqayisə edirik, şəxsiyyətimizi maliyyə imkanlarımıza görə qiymətləndirirk. Nəzarət edə bilmədiyimiz iqtisadi faktorlar yarananda vəziyyətimiz mürəkkəbləşir" - Britaniyadakı CALM xeyriyyə cəmiyyətinin rəhbəri, həyatını intiharların qarşısını almaq işinə həsr etmiş Simon Gunning belə deyir.

Bəzən vəziyyəti həm də o gərginləşdirir ki, depressiyadan müalicə olunan şəxsin tibbi sığortası iş yerinə bağlı olur və işini itirən kimi müalicəsi də kəsilir.

Cəmiyyətdən təcrid olunmaq daha bir ciddi risk faktorudurCəmiyyətdən təcrid olunmaq daha bir ciddi risk faktorudur

Digər risk faktoru təklik və cəmiyyətdən təcrid olunmaqdır - həkim Thomas Joiner özünün "İnsanlar niyə özlərini öldürürlər" kitabında belə yazır.

Grunau isə deyir ki, karyerasını hər şeydən (o cümlədədn, cəmiyyətdəki münasibətlərindən də) üstün tutan zahirən uğurlu mütəxəssis təkliyin ən ağır vəziyyətində ola bilər.

Nəzərə almaq lazımdır ki, hər hansı xarici faktor intihara meylli insanı suisidə sövq etmiş ola bilər, amma bu, yeganə səbəb olmayacaq.

"Milyonlarla insan işini itirir, ayrılıqlar hamımızın həyatında olub, amma biz bunlara görə özümüzü öldürmürük" - Jill Harkavy-Friedman belə deyir.

Mümkün həll yolları
Bu cür qəliz problemin sadə həlli ola bilməz. Amma çoxsaylı dövlət proqramları və xeyriyyə təşkilatları irəliləyişə yardım edirlər. Məsələn, Avstraliyada bir qrup aktivist baxış və anlayış sistemindəki mədəniyyətin özünü dəyişməyə çalışır. Onların məşhur təşəbbüslərindən biri getdikcə polpulyarlaşan "Yaxşısanmı?" proqramı günüdür - həmin gün vətəndaşları özünü pis hiss edənlərlə, nəyəsə görə əzab çəkənlərlə söhbətə dəvət edirlər.

Daha bir yanaşma "çiyin-çiyinə prinsipi"dir - müxtəlif yerlərdə, məsələn, futbol matçında və ya velosiped gəzintisində insanlar bir-birilə daha çox danışmağa təşviq edilir.

Avstraliyada intiharların ən çox olduğu inşaat sektorunda "Tikintidəki dostlar" proqramı fəaliyyət göstərirAvstraliyada intiharların ən çox olduğu inşaat sektorunda "Tikintidəki dostlar" proqramı fəaliyyət göstərir

Dəstək və təlim üzrə "Tikintidəki dostlar" proqramı inşaat sektorundakı yüksək intihar səviyyəsi haqqında məlumat verir və vəziyyətdən çıxış yolları axtarır.

Odriskollun sözlərinə görə, proqram ilk növbədə bu fikri təbliğ edir: öz hisslərini başqalarıyla müzakirə etmək kişilərin zəifliyindən yox, gücündən xəbər verir.

Hər kəs öz dərin duyğularını dostları və hətta qaynar xətlə də bölüşməyə hazır olmadığı üçün bu işə müasir texnologiyaların da köməyi dəyir.

Dediklərinin qiymətləndirilməsindən narahat olanlar üçün süni intellektlə söhbət ürəyini boşaldıb məsləhət almaq üçün yaxşı vasitə ola bilər.

Strategiyalardan biri insanların diqqətini intiharın doğmalar üçün ağır zərbə olacağına yönəltməkdir. CALM təşkilatının "Layihə 84" kampaniyası (Britaniyada hər həftə 84 kişi intihar etdiyi üçün belə adlandırılıb) intihardan sonra özünü öldürənin yaxınlarının necə böyük dərd çəkdiklərini qabardır.

Gunning deyir ki, bu, potensial intiharçılar arasında geniş yayılmış "Hamını məndən xilas edəcəm" fikrinə qarşı təbliğatdır.

Bir-birinizə daha tez-tez kömək əli uzadınBir-birinizə daha tez-tez kömək əli uzadın

Problemin həlli üçün digər variantlar intiharın texniki baxımdan çətinliyilə bağlıdır. Araşdırmalar göstərib ki, məşhur "intiharçılar körpüsü" Bristolun (Clifton asma körpüsü) kənarlarına maneəllər qoyulandan sonra suisid halları iki dəfə azalıb və başqa bir yerdə artım olması barədə də heç bir məlumat yoxdur.

Amma, əlbəttə ki, hələ görüləcək iş çoxdur.

Odriskoll deyir ki, yol qəzalarındakı ölüm hallarına suisiddən daha çox diqqət yetirlir, halbuki, intihar daha çox insanın həyatına son qoyur.

Məsələn, Avstraliyada intihar səviyyəsi 2015-ci ildə hər 100 000 nəfərə 12,6 nəfər düşdüyü halda, yol qəzalarında bu göstərici cəmi 4,7 nəfər təşkil edib.

Araşdırmaların sayı artmalıdır. "Aydındır ki, kişilərlə qadınlar arasında obyektiv fərqlər var - bioloji olaraq; hormonların strukturu, beynin inkişafı və fəaliyyəti baxımından".

Amma qadınları və kişiləri çox vaxt birlikdə öyrənirlər və statistik fərqləri göstərmək cəhdləri olsa da, bu, problemi anlamaq üçün kifayət deyil. Xüsusi araşdırmalara ehtiyac var.

İntihar mövzusunu müzakirə etməkdən utanmaq lazım deyil - bu, insan həyatını xilas edə bilər.İntihar mövzusunu müzakirə etməkdən utanmaq lazım deyil - bu, insan həyatını xilas edə bilər.

Jill Harkavy-Friedman deyir ki, Britaniya hökuməti problemin həllində maraqlıdır. Məsələn, 2018-ci ildə hökumət intiharların qarşısının alınması nazirliyi yaradıb - bu, Britaniyada ilk belə təcrübəd

Jill Harkavy-Friedman-ın sözlərinə görə, artıq nəticələr var, ölkədə intihar səviyyəsi azalmaqdadır, çünki bu problemə qarşı mübarizəylə bağlı milli strategiya mövcuddur.

Qrünau da hesab edir ki, vəziyyət yaxşılaşır: "Siz insanlarla artıq açıq şəkildə suisid problemini müzakirə edə bilərsiz. Düzdür, əvvəlcə onlar diksinirlər, amma sonra əvvəlkindən daha həvəslə söhbətə qoşulurlar".

İntihar hallarının azalmasından danışarkən bir məsələni də unutmamalıyıq: hətta bir intihar faktı belə xilas edilməsi mümkün olan həyat deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1588   Tarix: 23 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər diaqnoz qoya bilmirlər – 45 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Nigeriyanın Kano əyalətində ən azı 45 nəfərin "diaqnoz qoyulmamış xəstəlik" səbəbilə öldüyü bildirilir. xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Gündütse kəndində bəzi insanlar ishal və qusma əlamətləri yaşayıb. Əksəriyyəti qadınlar, uşaqlar və qocalar olan ən azı 45 nəfər diaqno

18 aprel
.

"Antiterror əməliyyatından sonra,Monitorinq Mərkəzi heç bir iş görmürdü" - Ekspert

Xəbər verdiyimiz kimi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuları

18 aprel
.

Dəhşətli qətl: Gündüz çağı küçənin ortasında... - VİDEO

Türkiyədə ötən gün yaşanan qətl hadisəsini törədən şəxsin anbaan saxlanılma görüntüləri yayılıb. İstanbulun Sarıyer rayonunun Tarabya məhəlləsində baş verən hadisə zamanı əcnəbi vətəndaş 58 yaşlı Yaşar Yanıkyürek adlı sürücünün idarə etdiyi taksiyə minib və aralarında ödənişlə bağlı mübahisə düşüb. Əcnəb

19 aprel
.

Putinin adına rayon salınır

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon salınır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, rayonun Çeçenistanın paytaxtı Qroznıda salınması planlaşdırılır. Bildirilib ki, bununla bağlı 35 min yerli sakin arasında sorğu keçirilib. Yeku

17 aprel
.

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

Ukraynın Vinnitsa şəhərində kursant şəhərin mərkəzində anası tərəfindən boğulan uşağı xilas edib. xarici mediaya istinadla xəbər verir ki, Vinnitsa vilayətinin polisindən bildirilib ki, həmin gün oğlunu suda boğmaq istəyən qadın barədə məlumat verilib. Bu, Daxili İşlər Universitetinin 17 yaşlı kursant

19 aprel
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18 aprel
.

Telefonu ilə duşa girdi, həyatı alt-üst oldu: Qeyri-etik fotosu...

Sosial media dələduzluğuna biri daha əlavə edilib. xarici mediaya istinadən xəbər verir ki, internetdə tanış olduğu qadına nalayiq fotolarını göndərən şəxs təhtid edilməyə başlayıb. Hadisə Türkiyədə baş verib. 26 yaşlı Muhammed Yiğitin sosial şəbəkədə tanış olduğu qadına nalayiq foto göndərdikdən sonr

19 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel