Sürücülərin NƏZƏRİNƏ: Yollarda 2 yeni nişan olacaq - FOTO
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.
Sonxeber.az "report"a istinadla xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilir.
Qanunun 5 saylı Əlavəsinin "1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti ("sarı kəsişmə toru") təklif olunur.
Layihədə bildirilib ki, yolayrıclarının "sarı kəsişmə toru" ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.
Təklif olunan növbəti nişanlardan biri də 5.53 "Daimi sağa dönmə" nişanıdır.
Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.
Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 8660 Tarix: 24 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi
Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara
18 aprelKürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"
18 aprelAzərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə
18 aprelBu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar
Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi
18 aprelİki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA
Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı
19 aprel