"Qarabağ"dan İLK TRANSFER: ispaniyalı futbolçu ilə 3 illik müqavilə

"Qarabağ"dan İLK TRANSFER: ispaniyalı futbolçu ilə 3 illik müqavilə"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Sonxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ispaniyalı futbolçu Xayme Romero Rodrigesi heyətinə cəlb edib.

Xaymeylə üç illik müqavilə imzalanıb. Yeni transfer "9" nömrəli formayla çıxış edəcək.

Karyerasına "Albasete"də başlayan 28 yaşlı futbolçu həmçinin "Saraqosa", "Real"ın B komandası, İtaliyanın "Bari" və "Udineze" kimi klublarının şərəfini qoruyub. "Deportivo Luqo"da icarədə oynayan Xayme son olaraq ölkəsinin "Kordoba" klubunda çıxış edib.

Xayme "Qarabağ"a keçidi haqda öz təəssüratlarını bölüşüb: "Qarabağ" kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. "Qarabağ"ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. "Partizani"ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istəniləm səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1022   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel
.

"Qalatasaray" İkardinin alternativini Fransada tapıb

Argentinalı ulduz Mauro İkardini əvəzləyə biləcək hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Fransa bazarına üz tutub. Məlumata görə, "CimBom" "Liqa 2"də forma geyinən Zan Vipotniklə maraqlanır. Qeyd edək ki, klub hazırda ehtiyat hücumçu kimi komandada çıxış edə

19 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21 aprel
.

Huşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı

"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi

14 aprel