Şeyma Subaşı Acun haqqında ŞOK FAKTLARI açıqladı: "Leonardo Di Kapriodan dəvət aldım..."

Şeyma Subaşı Acun haqqında ŞOK FAKTLARI açıqladı: "Leonardo Di Kapriodan dəvət aldım..."Bir neçə gün əvvəl məhur aparıcı Acun Ilıcanın keçmiş həyat yoldaşı Şeyma Subaşının "Sadəcə Şeyma" adlı kitabı çıxıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, kitabdan bəzi hissləri artıq müzakirə olunmağa başlayıb. Həyatda ən böyük qorxusunun tənhalıq olduğunu deyən Şeyma Acunla münasibətləri barədə gizli məqamlara toxunub:

"Ən böyük qorxum tənhalıq idi. Bu baxımdan eynilə özümə bənzəyən bir həyat yoldaşı tapmışdım. Hamınızın bildiyi. Bundan 10 il əvvəl həyatıma 80 milyonluq ölkəmizin sevimlisi olan bir adam girdi. Mənim də sevgilim oldu. Məhz bu üzdən heç bir şey nağıllardakı kimi deyildi. Xoşbəxtlik, həyəcanlar, qəzəb və incikliklər yaşandı.

İndi mənə onları anlatmaq yaraşmaz. Bəlkə sonra. Nəvələrimizə qovuşduğumuz zamanlarda danışaram. Həm o zaman birlikdə keçmişə daha çox gülə bilərik. Tək idim. Fiziki və psixoloji olaraq çox tək idim. Kaş ki, eyni yaşda olardıq deyə dua etdiyim gecəni xatırlayıram. Bəzən hər şeyin sonuna gəldiyinizi hiss edərsiniz, bax elə o qara dəlik... Badam gözlü qızım sayəsində o dəlikdən çıxdım. Bəzi səhvlərə yol versək də, sonda bir-birimizi azad etdik. Yaxşı ki, etmişik".

Şeyma daha sonra italyan sevgilisi Guidi Senia haqıqnda bunları deyib:

"Biri girdi həyatıma. Lüks və qələbəliyi ilə deyil, sadəliyi və təvazökarlığı ürəyimi doldurdu. Bir-birimizə yaxşı təsir edirik. İndi sevdiyim adamla əlimizdə çipsi sadəcə danışaraq saatlarla vaxt keçiririk. Buna şükr edirəm. Yaşadığım bir çox əzab-əziyyətdən sonra sevdiyim insan qarşısındakı qadının bir bağlama çipsiylə niyə bu qədər xoşbəxt olduğunu anlamır.

Fırtınadan məhv olmamağa çalışarkən zəngin, yaraşıqlı, bir xeyli məşhur insan ətrafımda dolanıb. Heç biri diqqətimi çəkməyib. Ta ki bir adama qədər. Sevildiyini, aşiq olunduğunu bilmək bir qadının ən çox ehtiyacı olan şeydir. Romantik və duyğusal bir qadın olduğumu onunla kəşf etdim. Kimsəyə böyük bir sevgiylə, heyranlıqla bağlanmamışam.

Kənardan baxdıqda axmaq kimi görünürəm, bəlkə gözəl, bəlkə də gülməli. Amma vecimə deyil. Həyatımda kimsənin qəlbini bilərək incitmək istəmədim. Dünyada tanınan bir insanam. Leonardo Di Kaprio kimi Hollivud ulduzlarından da dəvət alıram. Rəqs edirəm deyə narkotik bataqlığını da yaraşdırdılar. Gülüb keçirəm. Qızım olmasaydı itirərdim. Pula sitayiş edən bir qadın olardım. Ultra lüks həyatıma davam edərdim.

Məni istifadə etməyə çalışan kişiləri vecimə almıram. Gözəllik, pul, şöhrət, uğur, cinsəllik və sosial şəbəkələrin bir gün önəmi qalmayacaq. Həyat yoldaşımın yanında qocalacağımı xəyal edirəm. Qızıl qəfəsi tapmaq çətindir, lakin bəzi quşlar uçmaq istəyir. Bilmirəm izah edə bildimmi?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1310   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aktrisanın 9 milyonunu oğurladılar

Rusiyalı aktrisa Yevgeniya İqumnovanın doqquz milyon rublu (təxminən 166 min 500 manat) oğurlanıb. yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər onun Sankt-Peterburqun Tyarlevo kəndindəki evinə daxil olublar. Məlumata görə, "Ələddin" cizgi filmində Şahzadə Yasemini səsləndirən aktris

26 mart
.

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib

27 mart
.

Məhkəmə Donald Trampdan tələb olunan girov məbləğini azaltdı

Nyu-York apelyasiya məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampdan tələb edilən girov məbləğini azaldıb. Birinci instansiya məhkəməsi maliyyə fırıldaqçılığı ilə bağlı prosesdə cinayət təqibinin dayandırılması üçün 454 milyon dollar girov ödənilməsi barədə qərar çıxarmışdı. Apelyasiya məhkəməsi b

26 mart
.

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı açıqlanıb

"Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb. xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb. Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısın

28 mart
.

14 yaşdan kiçiklər üçün sosial media qadağası

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb. bu barədə "Haber Global"a istinadən xəbər verir. Florida Qubernatorluğ

26 mart
.

Türkiyədə İŞİD-lə əlaqəsi olan 150-yə yaxın şəxs saxlanılıb - VİDEO

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinənlərə qarşı genişmiqyaslı əməliyyat keçirib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib. Bildirilir ki, ölkənin 30 əyalətində eyni vaxtda həyata keçirilə

26 mart
.

Bu ölkədə paytaxt çökür - VİDEO

İndoneziya parlamenti paytaxt Cakartanın sakinlərinin "Borneo" adasına köçürülməsi ilə bağlı qərar qəbul edib. xəbər verir ki, buna səbəb əhalinin çox olduğu paytaxtın hər il 25 santimetr çökməsidir. "Dünyanın maliyyə mərkəzi" hesab edilən Cakartanın yerini "Borneo" adasınd

28 mart
.

Milyonçu ata 20 il sərvətini oğlundan gizlədib - FOTO

Çində milyonçu ata 20 il ərzində ailə sərvətini öz oğlundan gizlətməyi bacarıb. Bu barədə "South China Morning Post" məlumat yayıb. Məşhur qəlyanaltı brendinin sahibinin oğlu, 24 yaşlı Zhanq Zilonq 20 yaşına qədər atasının var-dövləti barədə ona yalan danışdığını etiraf edib. Zilonqun sözlərin

27 mart
.

"Crocus City Hall" belə təmizlənir - Video

Xəbər verdiyimiz kimi, martın 22-də "Crocus City Hall" konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. "Qafqazinfo" Rusiya mətbuatına istinadən konsert zalının təmizlənmə görüntülərini təqdim edir:. Xatırladaq ki, son məlumata görə, hücum nəticəsində 18

26 mart