Plastik qablarda su içənlər EHTİYATLI OLUN - RƏSMİ

Plastik qablarda su içənlər EHTİYATLI OLUN - RƏSMİYay fəslinin əvəzedilməzi sərinləşdirici içkilərdir. Bu içkilərin istehlakçıya zərərinin olmaması üçün istehsal prosesindən başlayaraq ən son nöqtəyə kimi lazımı tələblərə əməl edilməlidir.

Həmin suları addımbaşı market və köşklərdən ala bilərik. Təəssüf ki, bəzi obyektlər suların düzgün saxlanma şəraitinə əməl etmir. Belə ki, tələbat çoxluğundan sifariş verilən suyun miqdarı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıq olur. Bu zaman suların yerləşdirilib, saxlanılması üçün soyuducular lazımdır. Lakin bəzi işbazlar əlavə soyuducu almaq əvəzinə suları açıq hava altında, hətta birbaşa günəş şüalları ilə təmas şəraitində saxlayırlar. Xüsusilə də günəş altında qalan plastik qablarda olan içkilər insan orqanizmi üçün olduqca zərəzlidr.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qablaşdırma qida və qeyri-qida məhsullarının təhlükəsiz şəraitdə saxlanılması, ətraf mühitin zərərli təsirlərindən qorunması və rahat daşınması üçün əhəmiyyətli vasitədir: "Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Bunlara plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını misal göstərmək olar. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması vacibdir. Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Buna plastik qablaşdırma materiallarını misal göstərmək olar. Belə ki, qida məhsullarının qablaşdırılması üçün istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək tempuratur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullarından uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir.

İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərin mənfi yöndə dəyişməsinə səbəb olur".

"Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etmək, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var", - deyə AQTA-dan bildirilib.

Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal Gigiyena kafedrasının müdiri "Report"a İbrahim Əhmədov bildirib ki, ümumiyyətlə hazırda dünyada plastik qablarla bağlı ciddi müzakirələr var: "Onların ziyanları barədə mülahizələr irəli sürülür. Plastik qabların əsas ziyanı ekologiyayadır. Belə ki, bu qabların çürüyərək torpaqda yox olması üçün neçə yüz illiklər lazımdır. Biz yalnız belə məhsulların zərərsizləşdirməsi məsələsini həll etsək, təhlükəsi qalmaz. Həmçinin inqilab dövründə isə biz plastik qablardan tamamilə imtina edə bilmərik. Belə qabların qidaların saxlanılması üçün nəzərdə tutulan çeşidi var. Əgər həmin qablarda olan qidaların saxlanılma şəraitinə düzgün əməl edilərsə, heç bir problem olmaz. Suyun özünün də mühiti var. Su da nəfəs alır, onun elektron forması var. Plastik qablarda olan içkilər, sular gün altında qaldıqda, daha sonra başqa mühitə düşdükdə mayenin tərkibindəki komponentlərdə ciddi dəyişikliklər baş verir. Bu baxımdan belə məhsullar üçün nəzərdə tutulan əlverişli şəraitdə saxlamaq lazımdır. Nəzərdə tutulan şərait isə alçaq temperatur və qaranlıqdır. Bu tələblərdən kənara çıxdıqda qəbul edilərsə, fəsad kimi o dəqiqə nə zəhərlənmə, nə də bağırsaq pozuntusu baş verir. Sadəcə zaman-zaman daxilimizdə fəsadları gedir. Belə məhsullar alarkən alıcı məhsulun düzgün şəraitdə saxlanılıb-saxlanılmamasını qiymətləndirməlidir. Yəni təkcə istehsal və son istehlak tarixinə diqqət yetirmək deyil, necə şəraitdə saxlanılmasına da baxmaq vacibdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 842   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel