Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQKosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda qeyd edilir ki, elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. Eləcə də enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınəb.

Qarşıdakı günlərdə (24 - 26 iyun) kosmik hava proqnozuna gəlincə, Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə (24 - 26 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı isə 5%-dən aşağı qiymətləndirilir.

Sosial   Baxılıb: 1107   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR