Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: Mədət Quliyev və Ramil Usubov...

Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: Mədət Quliyev və Ramil Usubov..."Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar".

Sonxeber.az-ın məlumatına görə, bunu modern.az saytına açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.

Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar:

"Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır".

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir neçə kadr dəyişikliyi həyata keçirilib.

Belə ki, general Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili işlər naziri postuna 1-ci müavinlikdən azad edilən general-leytenant Vilayət Eyvazov gətirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsilə vidalaşan Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib.

General Əli Nağıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini postundan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2757   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel