"Lotu Quli"nin düşməni Hacıqabullu Eminin DOSYESİ – O, "OĞRU"DUR, YOXSA YOX?

"Lotu Quli"nin düşməni Hacıqabullu Eminin DOSYESİ – O, "OĞRU"DUR, YOXSA YOX?Azərbaycanlı "qanuni oğru"lar arasında hazırda ən nüfüzlusu olan Nadir Səlifova qarşı həmyerlilərinin təşkilatlanmaqda olduğu ilə bağlı məlumatlar yayılıb.

Bakupost.az-ın məlumatına görə, "Lotu Quli"yə qarşı müxalif birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və hazırda uzunmüddətli həbs cəzası çəkənlər Əli Heydərov (Albert Gəncinski), Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) və Ülfət Tağıyev (Rufo Gəncinski) daxil olub.

Qeyd edilir ki, bu dəstəyə yunan oğruların ciddi dəstək verdiyi "Dato Ağcabədinski" başçılıq edir.

Deyilənə görə, müxalifətçilərin maliyyə mənbəyi 2016-cı ildə İstanbulda güllələnən Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxınlarıdır. Çünki onlar Lənkəranskinin qətlində Lotu Qulinin əlinin olduğuna inanırlar.

Bu dəstədə çıxış edənlərdən Emin Əhmədov və Zaur Şipilov bir müddət əvvəl azadlığa çıxıb.

Zaur Şipilov tanınmış mərhum kriminal avtoritet "Culfalı Bayram"ın oğludur.

"Emin Hacıqabulinski" kimdir?

Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulinski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu banditizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib.

O, 2013-cü ildə azərbaycanlı qanuni oğruların da iştirak etdiyi "sxodka"da qanuni oğru adını alıb. Onunla birgə digər azərbaycanlı "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov da "tac"lanıb.

Lakin "Emin Hacıqabulinski"nin azərbaycanlı mafia lideri, "Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifovla münasibətləri pisləşib. "Qanuni oğrular" arasında soyuq müharibə başlayıb. 2013-cü ildə Nadir Səlifov Eminin "oğru" adının dayandırılması haqqında qərar qəbul edib və bütün həbsxanalara bu "praqon" göndərilib.

2017-ci ilin fevral ayından "Emin Hacıqabulinski" həbsxanada olan zaman onun "qanuni oğru" adı rus və gürcü oğrular tərəfindən bərpa edilib. Yalnız 2017-ci ilin oktyabr ayında yenidən onun adının əlindən alınması ilə bağlı "sxodka" olub.

Hazırda kriminal aləmdə onun vəziyyəti mübahisəlidir. Bəzi qruplar Emini qanuni oğru kimi tanısa da, bəziləri onun bu addan məhrum edildiyini iddia edir.

Emin bir neçə ay əvvəl azadlığa çıxıb. Onun Rusiyaya ömürlük getməsi qadağan edilib. Azadlığa çıxan kriminal özünü "oğruların oğrusu" adlandırıb. Görünür ki, o da "Lotu Quli"yə qarşı yaradılmış cəbhədə ciddi işlər görəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2807   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021