"Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil" - DEPUTAT

"Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil" - DEPUTATPrezident İlham Əliyevin iyunun 20-də həyata keçirdiyi kadr dəyişiklikləri gündəmin ən çox müzakirə olunan mövzularından biridir.
Prezidentin imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edib.

Müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarında çalışmış, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-ın Dövlət Təhlükəsizlik Xidmətindəki təyinatla bağlı suallarına ətrafı cavab verib.

Ç.Qənizadənin sözlərinə görə, 2005-2015-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dövründə bütün peşəkarlar xüsusi xidmət orqanlarından kənarlaşdırıldı:

"Eldar Mahmudov Əli Nağıyevin yerinə özü ilə əvvəllər polis orqanlarında çalışmış insanları gətirməklə sanki dövlət təhlükəsizliyi ilə deyil, OBXSS fəaliyyəti ilə məşğul olmağa başladı. Nəhayət, sahibkarlara, iş adamlarına əziyyət verən qurumun rəhbərliyi 10 ildən sonra dəyişdirildi. Mədət Quliyevin bu quruma rəhbər təyin edilməsi ilə orada yenidən canlanma baş verdi. Mədət Quliyevin rəhbərliyi ilə bu qurumda formalaşmış cinayətkar ünsürlər kənarlaşdırıldı və yavaş-yavaş əvvəllər burdan qovulmuş peşəkar çekistlərin DTX-ya gətirilməsi prosesinə başlanıldı. Deyərdim ki, Mədət Quliyevin rəhbərliyi dövründə bu qurum tam olaraq üzərinə düşən işlə məşğul oldu. Bu sahədə arzu etdiyimiz bütün islahatların başlanmasının şahidi olduq".
"Əli Nağıyev OBXSS işçisi deyil"

Müsahibimiz sualımıza gülə-gülə cavab verərək deyib ki, Əli Nağıyev OBXSS-də işləməyib:

"Sualınıza cavab olaraq qeyd edim ki, həm Daxili İşlər Nazirliyində, həm də DTX-da kadr dəyişikliyi olub. DTX-da aparılmış kadr dəyişikliyi ilə bağlı bildirmək istəyirəm ki, Əli Nağıyev OBXSS-də işləməyib. Hesab edirəm ki, uzun illər təhlükəsizlik xidmətində çalışmış, sıravilikdən general rütbəsinə qədər bu qurumda fəaliyyət göstərmiş əsl professionalın rəhbərliyə gətirilməsi normal haldır. Ümid edirəm ki, Mədət Quliyevin dövründə bu qurumda başlanmış uğurlu islahatlar Əli müəllimin dövründə daha da dərinləşəcək və genişləndiriləcək. Bu qurum öz tarixinə nəzər salaraq sırf dövlətimizin təhlükəsizliyi ilə məşğul olan qurum kimi fəaliyyətini davam etdirəcək".
Təkəbbürdən uzaq olan sadə insan...

Çingiz Qənizadə Əli Nağıyevlə tanışlıqlarından da söz açıb:
"Əli müəllimi hələ 1990-cı illərdən tanıyıram. O zaman DTX-nın Nərimanov şöbəsinə rəhbərlik edirdi. Peşəkar olmaqla yanaşı, olduqca ədalətli və haqsızlığa qarşı barışmaz mövqe nümayiş etdirən məmurdur. O bu fikirlərimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olduğu dövrdə də bir daha sübuta yetirib. Əli müəllim dövlətin maraqlarını hər şeydən üstün tutan şəxsiyyətdir. Təkəbbürdən uzaq olan sadə insandır. Əli Nağıyevin yenidən DTX-da rəhbər vəzifəyə gətirilməsi təkcə bizim yox, həm də bu qurumda çalışan əsl professionalların sevincinə səbəb olan məqamlardan biridir. Çünki vaxtilə Əli Nağıyev də EldarMahmudovun təzyiqləri vasitəsilə bu qurumdan kənarlaşdırılmışdı. Bunun da yeganə səbəbi o idi ki, Əli Nağıyevin professional olması qeyri-professional nazir və onun cinayətkar komandasını qane etmirdi. Əli Nağıyev bu qurumun sırf dövlət təhlükəsizliyi işləri ilə məşğul olmasına çalışsa da, cinayətkar komanda başqa işlərlə məşğul olurdu. Zaman göstərdi ki, Əli Nağıyev haqlıdır".
"O, vətən və xalq maraqlarını üstün tutan şəxsdir"

Parlament üzvü həmin dəstənin ifşasından sonra yenidən Əli Nağıyevin bu quruma gətirilməsinin olduqca müsbət təyinat olduğunu qeyd edib:

"Əli müəllim vaxtlə Azərbaycan torpaqlarının işğalına qalxmış erməni cinayətkarlarına qarşı cəbhə bölgələrində, səngərlərdə vuruşmuş əməkdaşlardan biridir. O həm milli, həm dövlət, həm də vətən maraqlarını hər şeydən üstün tutaraq lazım gələndə sinəsini qabağa verməyi bacaran generallarımızdan biridir. Əli müəllimə, dövlətimizin təhlükəsizliyi və maraqları naminə çətin və şərəfli işlərində uğurlar arzulayıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2278   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel