"Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq" - DEPUTAT

"Ələ keçirilən hər turistdən 2-3 turistin xərcini qoparmaq ənənəsinə son qoymalıyıq" - DEPUTAT"Aidiyyəti qurumlar süni qiymət artımına qarşı effektiv mexanizm tətbiq etməlidir ki, artan maaş və digər ödənişlərin xeyli hissəsi onun"yem"inə çevrilməsin"
Bu günlərdə ölkəmizin gündəmindəki əsas mövzulardan biri də prezidentin sosial məsələlərlə bağlı imzaladığı sərəncamlardır. İlin əvvəlində dövlət başçısı davamlı şəkildə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atarkən demişdi ki, bu, son deyil. Bir çoxları hesab edirdi ki, növbəti addımlar ən azı növbəti ildə atılacaq. Lakin cari ilin ilk yarısında növbəti inqilabi qərarlar verildi. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə müsahibəmizdə əvvəlcə bu mövzudan danışdıq:

- Əli bəy, yəqin ki, ölkə prezidentinin imzaladığı və artıq parlamentin müzakirəsinə təqdim edilən Sosial Paketlə tanışsınız. Bu qərarları necə qiymətləndirirsiniz?

- Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. İqtisadiyyatın real və maliyyə sektorları üzrə atılan islahat xarakterli addımlar sosial sahədəki islahatlarla müşayiət olunur. Bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir. Onların arasında şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməsi, 10 min dollara qədər xarici valyutada olan kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması xüsusi yer tutur. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə imkanları ilə müqayisədə geri qalır. Buna əlavə olaraq, 2015-ci ilin iki şok devalvasiyasından sonra xeyli insanın sosial durumu daha da gərginləşmişdi. Bu geriliyi və gərginliyi aradan qaldırmaqdan ötrü dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 17 iyun tarixli sərəncamlardan sonra 4 milyondan artıq adamı əhatə edir. Minimum əməkhaqqının artımı, sadəcə, onun 180 manatdan 250 manata qaldırılması deyil, bu addım 950 minədək vətəndaşın maaşlarının artmasına səbəb olacaq.

Prezidentin həyata keçirdiyi Sosial Paket həm ölkədə həyata keçirilən islahatların bəhrəsinin əhali tərəfindən əyani şəkildə hiss edilməsi, yoxsulluq göstəricisinin aşağı düşməsi, həm iqtisadi fəallığın artırılması, həm əhalinin daha geniş təbəqələrinin islahatları dəstəkləməsi, həm də bizimlə müqayisə oluna biləcək postsovet ölkələri ilə müqayisədə sosial göstəricilərimizin yaxşılaşdırılması baxımından çox vacibdir.

- Növbədənkənar sessiyada dövlət büdcəsinə yenidən baxılacaq. Büdcə müzakirələrində nələrə diqqət çəkmək fikrindəsiniz?

- 2019-cu ilin büdcəsində edilən dəyişikliklər əsasən Prezidentin Sosial Paketinin reallaşdırılması və müdafiə ilə bağlı məsələləri özündə əks etdirir. Maliyyə Nazirliyi bu ildən yeni büdcə qaydalarının tətbiqinə keçib. Burada xüsusi qeyd edilməsi vacib olan əsas məqam odur ki, həmin Sosial Paketin maliyyə təminatı üçün zəruri olan çoxmilyardlı vəsait əlavə olaraq Dövlət Neft Fondundan götürülməyəcək, islahatlar nəticəsində büdcəyə daxil olan vəsait hesabına və büdcənin öz imkanları çərçivəsində həll olunacaq. Həmin məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin büdcəsinə dəyişikliklərlə bağlı fikirlərimiz müsbətyönlüdür. Sadəcə, iki məqama diqqət edilməsini zəruri hesab edirik: birincisi, yerli istehsalın artrılmasına yönəlik əlavə tədbirlər görülməlidir ki, əhalinin əlinə gələn və bundan sonra da gələcək vəsaitin mümkün qədər çox hissəsi xaricdən gətirilən mallara yox, yerli mallara xərclənsin. İkincisi, əməkhaqqı və digər ödənişlərin artırılması nəticəsində dövriyyəyə əlavə pul daxil olacaq və bu, təbii surətdə inflyasiya təzyiqi yaradacaq. Amma həmin vəsaitin pərakəndə əmtəə dövriyyəsinə, eləcə də əhalinin məcmu gəlirlərinə nisbəti çox aşağı səviyyədə olduğundan, həm də sosial artımlar mərhələli şəkildə həyata keçirildiyindən, inflyasiya təzyiqi yaransa da, güclü inflyasiyaya iqtisadi əsas yaratmayacaq. Dövriyyəyə əlavə pul girirsə, aydındır ki, məqbul həddə təbii qiymət artımı olacaq. Amma onu da nəzərə almaq lazımdır ki, prezidentin 17 iyun sərəncamlarından sonra əmək haqlarında artımlar sentyabrda olacağına baxmayaraq, monopolist iştah sahibləri arasından indidən "qiymət karuselini" hərəkətə gətirmək həvəsində olanlar tapılacaq... Ona görə də aidiyyəti qurumlar süni qiymət artımına qarşı effektiv mexanizm tətbiq etməlidir ki, artan maaş və digər ödənişlərin xeyli hissəsi süni qiymət artımının "yem"inə çevrilməsin.

- Əli bəy, sizcə, bunun ardınca hansı addımlar atılmalıdır ki, əhalinin digər təbəqələrinin də məmnunluğuna nail olunsun?

- Prezidentin Sosial Paketi çox geniş və əhatəlidir. Ona görə də ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra həyata keçirilməyə başlayan sosial xarakterli tədbirlər davam etdiriləcək. Bununla belə, bir sıra istiqamətlərdə də addımların atılmasının sürətləndirilməsini zəruri hesab edirik. Tarixən qısa zaman kəsiyində böyük uğurlara imza atan Cənubi Koreya, Sinqapur və sair bu kimi ölkələrdə əldə edilən nailiyyətlər xeyli dərəcədə təhsilə olan xüsusi prioritet münasibətlə bağlıdır. Bizdə təhsilə ayrılan vəsait büdcədə ən böyük vəsaitlərdən biri olsa da, ÜDM-in 3 faizinin altındadır. İslahatları dərinləşdirməklə bu rəqəmi ÜDM-in 5-6 faizi səviyyəsinə çatdırmaq lazımdır. Diaqnostik qiymətləndirmə və son əməkhaqqı artımlarından sonra müəllimlərin maaşlarında artım var. Lakin müəllimlərin maaşlarının artımı prosesi davam etdirilməli və ölkə üzrə orta əmək haqqından yüksəyə qaldırılmalıdır.

Valideynlər ailə büdcəsinin xeyli hissəsini övladları ali məktəblərə daxil olduqdan sonra təhsil kreditlərinə və onların kirayə haqlarına yönəldirlər. Yaxşı olar ki, pulsuz təhsilin dairəsi ilə yanaşı, həm də təhsil kreditlərinin tətbiq dairəsi də genişləndirilsin. Eyni zamanda, özəl sektoru da cəlb etməklə tələbə yataqxanaları kompleksinin tikintisinə başlamaq lazımdır ki, tələbələrin mənzildə yaşaması üçün ailə büdcəsindən ayrılan 250-300 manat vəsait əvəzinə, 70 manat hesabına bu problem həll olunsun. Eyni zamanda, əhalinin daha geniş təbəqəsinin sosial evlərə əlçatanlığı təmin edilməlidir ki, aztəminatlı ailələr də mənzil sahibi ola bilsinlər. Uşaqpulu məsələsi son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Hökumət strukturları bu məsələ ilə bağlı araşdırmalarını real nəticə verən yöndə davam etdirməlidir. Bu məsələyə demoqrafiyanın dar çərçivəsi prizmasından baxılmamalıdır, çünki söhbət sağlam gələcək nəsildən gedir.

- Gürcüstanın parlament sədri - artıq keçmiş - spiker Oqtay Əsədovla görüşdə dedi ki, ölkəsi biznes mühitinə görə 6-cı yeri tutur və Azərbaycan şirkətlərini Gürcüstana investisiya qoymağa çağırdı. Azərbaycanlı iş adamlarının ölkəmizdən kənarda yatırımlar qoymasının hansı fəsadları ola bilər və onları ölkəmizə qaytarmaq üçün nələr etmək lazımdır?

- Əslində bu sahədə maksimum nəticəyə nail olmaqdan ötrü müqayisəli üstünlük prinsipindən rasional istifadə olunmalıdır. Hansı məhsulların istehsalı bizə hərcəhətli sərfəlidirsə, həmin istehsalları mütləq ölkə daxilində təşkil etmək lazımdır. Bunun üçün yetərincə imkan var. Buna nail olmaqdan ötrü sərmayə qoyuluşu sahəsindəki bütün süni maneələr aradan qaldırılmalı və əlavə stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, ölkəmizdə investisiya mühiti təkcə neft sektoru üzrə yox, qeyri-neft sahələrində də cəlbedici olsun, heç bir qorxu olmasın ki, qoyulan sərmayələr itib-bata bilər. Sumqayıtda və digər şəhərlərdə yaradılan sənaye parkları və digər strukturlar əyani şəkildə göstərir ki, bu sahədə məqsədyönlü iş quranda yüksək nəticə də əldə etmək olur. Məhz daha çox həmin yeni strukturların fəaliyyəti nəticəsində 2019-cu ilin 5 ayı ərzində qeyri-neft sənayesində artım 15 faizi ötüb ki, bu da ümumi sənaye artımı tempindən 7 dəfə yüksək göstəricidir.

Azərbaycan şirkətlərinin Gürcüstana investisiya qoyması məsələsinə gəldikdə isə, bu məsələyə yalnız ötəri gəlir götürmək məqsədi ilə yox, uzaqgörənliklə, strateji hədəflərimizdən biri kimi baxılmalı, Gürcüstanın strateji xarakterli sahələrinə nə qədər lazımsa, o qədər sərmayə yönəltmək və təsirli mövqe sahibinə çevrilmək çox vacibdir, bu, hər cəhətdən xeyrimizə olar.

- Əli bəy, Azərbaycanın bir çox şəhərləri dəniz sahilində yerləşsə də, Türkiyə, yaxud Gürcüstanla müqayisədə turizm üçün cəlbedici sayılmır. Sizcə, bunun günahı kimdədir və hansı işləri görmək lazımdır ki, Xəzərin qumlu sahilləri dillər əzbəri olsun və əcnəbiləri özünə cəlb eləsin?

- Azərbaycanın turizm imkanları kifayət qədər yüksəkdir və bir sıra məqamlarına görə isə əksər ölkələrdən geri qalmır. Son illər ölkəmizə gələn turistlərin sayı müsbət dinamika göstərir. Bu işi daha da genişləndirməkdən ötrü ciddi təhlil həyat keçirilməli, müsbət məqamlar inkişaf etdirilməli, mənfi məqamlar isə aradan qaldırılmalıdır. İlk növbədə xidmətin keyfiyyətini qaldırmaq, qiymətləri isə aşağı salmaq lazımdır. Ələ keçirilən bir turistdən 2-3 turistin xərcini qoparmaq praktikasına son qoymaq lazımdır. Turist Azərbaycana yatmağa yox, ölkəmizin daha çox görməli yerlərini görməyə gəlir. Onda turist gününün çoxunu gəzib-dolaşmaqda keçirəndən sonra, sadəcə, başını qoyub yatmaq üçün Azərbaycanda qaldığı hər gününə niyə 200-300 dollar pul ödəməlidir? Qiymətlər münasib həddədək tənzimlənməli, eyni zamanda, həm də ucuz otel, motel və sair şəbəkəsi genişləndirilməlidir.

- Yeri gəlmişkən, Bakının ekoloji problemlərindən çox danışılır. Yaşıllıqların azalması, əhali axını, zavodlar, tikintilər ekologiyaya öz təsirini göstərir və təbii ki, bu da son nəticədə çoxmilyonlu şəhərdə sağlamlığa zərər vurur. Bakının "bol oksigen"lə təmin olunması üçün hansısa təklifləriniz varmı?

- Bakı şəhəri qarışıq, Azərbaycan əhalisinin 40 faizindən çoxu, sənaye potensialının isə 70-80 faizi Abşeron yarımadasında yerləşir. Ona görə Azərbaycanın ekoloji problemlərinin xeyli hissəsi sözügedən ərazidədir. Abşeron yarımadasının əsas ekoloji problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Torpaqların 15 faizindın çoxu müxtəlif dərəcələrdə çirklənib. Abşeron yarımadasının təbii ekosistemini bərpa etməkdən ötrü həm torpaqların təmizlənməsi, həm də Abşeron yarımadasının yaşıllaşdırılması işinin genişlndirilməsinə böyük ehtiyac var. Mütəxəssislərin hesablamalarına görə, 1 hektar meşə il ərzində 18 milyon kub metr havanı tozdan təmizləyir və xeyli miqdar zərərli qazları neytrallaşdırır. Abşerondakı mövcud ekoloji problemlərin həllini sürətələndirməkdən ötrü Azərbaycanda, eləcə də Abşeronda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı, o cümlədən Abşeron yarımadasının əsaslı surətdə yaşıllaşdırılamsına dair məqsədli proqramın hazırlanıb həyat keçirilməsini zəruri hesab edirik. Abşeronun və Bakının yaşıllaşdırılmasının yüksək səviyyədə təmin olunması həm burada bir neçə ildən sonra gərginləşəcəyi təxmin edilən ekoloji problemlərin qarşısını alar, həm yaşayış rahatlaşar, həm də turizm imkanlarımız müqayisəyəgəlməz dərəcədə arta bilər.

- Mövsümü məhsullarda qiymət artımının müşahidə olunmasına müxtəlif yanaşmalar var. Sizcə, kənd təsərrüfatı məhsullarının bahalaşmasının obyektiv səbəbi varmı?

- Azərbaycanda yay aylarında mövsümi meyvələrin və tərəvəzlərin qiymətləri bir qayda olaraq ucuz olub. Amma son illərdə həmin vəziyyət dəyişməyə başlayıb və bahalaşma müşahidə olunur. Bunun bir səbəbi odur ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiya Avropa Birliyindən meyvə və tərəvəzlərin idxalına embarqo qoyub. Bu da Azərbaycanın daha sərfəli qiymətlərlə Rusiya bazarına əvvəlki vaxtlardan daha çox kənd təsərrüfatı məhsulu çıxarılması imkanlarını genişləndirib. Beləliklə, əvvəllər daxili bazarda satılan məhsulların bir hissəsi Rusiya bazarlarına çıxarılır. Bu da daxili bazarda qiymətlərin müəyyən dərəcədə artmasına səbəb olur. Yəni sözügedən səbəbdən ölkədə yerli məhsul azalıb deyə, qiymət artımı baş verir. İkinci səbəb təbiət hadisələri ilə bağlıdır ki, məhsulun başlanğıc ərəfəsində təbiət kataklizmləri meyvə-tərəvəzə xeyli ziyan vurdu, bu da qiymətlərə təsir edir. Üçüncü amil kimi xaricdən gətirilən meyvə-tərəvəz də Azərbaycanda baha satılır. Hökumət bu sahədəki bahalaşmanın qarşısını almaqdan ötrü bir sıra tədbir görür, yarmarkalar və sair təşkil edir. Bu, müsbət haldır və qiymətlərə müəyyən qədər təsir edir. Lakin yarmarkaların dairəsi və orda satılan məhsulların çeşidi məhdud olduğunda, qiymətlərə yalnız qismən əks-təsir göstərə bilir.

Mənbə: "Yeni Müsavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2347   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021