Elçibəyin sevdiyi qadınlar: Sevinc, Sevil, Gülər... – Maraqlı Faktlar

Elçibəyin sevdiyi qadınlar: Sevinc, Sevil, Gülər... – Maraqlı FaktlarBu gün eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Yəqin, çoxları Elçibəyin şərqşünas olduğunu bilmir. O, nə qədər siyasət adamı kimi tanınsa da, ixtisasına uyğun olaraq sözə və ədəbiyyata çox bağlı idi. Ən yaxın dostları içində ədəbiyyat adamları xüsusi yer tuturdu. Sizə təqdim etdiyimiz bu faktlarda da daha çox Elçibəyin ömrünün bu məqamlarına işıq tutmağa çalışmışıq.

1. Ömründə bir dəfə təntənəli ad günü keçirib. 1999-cu ildə. Sonra məlum olub ki, bu, özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulmuşdular və Nəcəf müəllim xəstə olduğu üçün bu, onun sonuncu ad günü olar bilərdi. Elçibəy də onu son ad günndə sevindirməyə çalışmışdı. Doğrudan da belə oldu. Nəcəf müəllim növbəti ad gününü görmədi. Elçibəy isə cəmi bircə ad günü yaşadı. Onu da xəstəliklə çarpışa-çarpışa...

2. Şairlərimizdən biri Elçibəyin prezident olduğu vaxt aparata zəng edib:

- Bəyə qoşun məni!

Qoşurlar. Şair deyir:

- Bəy, "Nərimanov" metrosu tərəfdəyəm, yeyib-içirik, pulumuz çatmır, mümkünsə mənə 100 dollar göndərin...

3. Rüstəm Behrudi Kələkidə müəllim işləyən vaxt kirayədə qalırmış. 1979-cu ildə Elçibəyin toyu vaxtı qapı döyülür. Gələn Elçibəylə Vaqif Bayatlıymış. Elçibəy şairləri tanış eləyir və Vaqifə deyir:

- Rüstəm mənim dostumdu, onun şerilərinə bax, mümkünsə "Ulduz" jurnalında çap elə.

Orda toy gedir, burda Elçibəy şairlərlə oturub çay içə-içə ədəbiyyatdan danışırmış.

4. "Nu poqadi" kafesində həmişə ədəbiyyatçılarla oturub-durub. Kamil Vəli Nərimanoğlu, Vidadi Məmmədov, Natiq Səfərov, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudi və s. Vaqif Bayatlıya "İsa Məsihə oxşayırsan" deyib və bundan sonra Vaqif daha çox "göy şeirləri" yazıb. Rüstəm Behrudiyə isə ilk dəfə "Türk dünyasının böyük şairi" deyə müraciət edib. Bundan sonra Rüstəm Behrudi də daha çox türkçü şeirlər qələmə alıb.

5. Elçibəy haqqında ən məşhur şeiri Ramiz Rövşən yazıb. Çoxu el bilir ki, şeir Elçibəyin prezidentliyi dövründə yazılıb. Halbuki elə deyil. Bu şeir Elçibəyin prezidentliyindən çox-çox sonralar, haqlı və haqsız tənqid olunduğu zamanlarda yazılıb.

6. Şərqşünas olduğu üçün sufi-təsəvvüf şeirlərini - həm xalq, həm klassik - çox yaxşı bilirdi. Bir çox şairlər, yazıçılar sovet vaxtı qeyri-rəsmi qadağa qoyulan bu mətləbləri onun məclislərində öyrəniblər.

Image result for elçibəy

7. Deyilənə görə, gənc yaşlarında kənddə ona bir qız vurulubmuş. Bir gün toyların birində Elçibəy qızı him-cimlə mağardan çölə çağırır. Sevgi etirafı ümidi ilə çölə qaçan qız gözləmədiyi sürprizlə qarşılayır: Elçibəy müstəqil Azərbaycanın üçrəngli bayrağının fotosunu ona göstərib, 1918-ci il Cümhuriyyətindən danışır...

8. Mötəbər tədbirlərin birində şair Murad Köhnəqala ozamankı Daxili İşlər naziri İsgəndər Həmidovla əlbəyaxa olur. Polislər Murad Köhnəqalanı tutub aparırlar. Elçibəy məsələdən halı olan kimi zəng edib şairi təcili azad edir.

9. Elçibəy dindar deyildi. Ancaq dostlarının dediyinə görə, Ramazan aylarında namaz qılır, oruc tuturdu.

10. Özünün qəribə etirafı: "Gəncliyimdə sevdiyim qızların adı Cəfər Cabbarlının obrazlarına adları idi: Sevinc, Sevil, Gülər".

Mənbə: Kulis.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3681   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

56 milyon insanın ölümünün dəhşətli sirri AÇILDI - Dondurulmuş soyqırım

Antarktidadan gələn buz nümunələrinin tədqiqi alimlərə avropalıların Amerikaya müstəmləkəçilik etməyə gəlməsi ilə bağlı dəhşətli həqiqəti üzə çıxarmağa imkan verib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, alimlərin aşkar etdiyi sübutlar 15-ci əsrdə müstəmləkəçiliyin başlanğıcının 56 milyon insanı

19 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Pensiya sistemindəki boşluqlar: Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir. Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlar

21 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel