NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış

NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmışSSRİ dövrünün Stalin hakimiyyəti illərində NKVD adlı bir qurumun qanun çərçivəsində müəyyən olunmuş funksiya və təyinatları ilə yanaşı, qeyri-rəsmi digər bir vəzifəsi də olub: insanlarda xof yaratmaq, kütlələri qorxu içində saxlamaq...

Ola bilər ki, bu qurumla bağlı miflər də yaranıb, amma NKVD-nin amansız, ağılasığmaz fəaliyyəti haqqında həqiqəti əks etdirən faktlar da az deyil. İllər ötsə də, elə indi də bəzən yaşlı nəslin nümayəndələri NKVD haqqında az qala ehtiyatla danışırlar.

NKVD-ni bu qədər qorxulu edən nə olub? Repressiya, həbslər, sürgünlər, yüz minlərlə günahsız insanın güllələnməsi öz yerində... Bunlarla yanaşı, bu qurumun türmələrində insanlara verilən işgəncələr sözün əsl mənasında, sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli olub.

Həmin dövrün şahidlərinin, təsadüf nəticəsində NKVD zirzəmilərindən sağ çıxanların söylədikləri bu dəhşətləri bir daha sübuta yetirir.

Söylənilənlərdən belə qənaətə gəlmək olar ki, işgəncələrin "kəşf"i üçün xüsusi bir qrup işləyib.

İnsanın dərisi üzərində siqaret söndürmək, yaxud kəlbətinlə dırnaqlarını çıxarmaq NKVD cəlladları üçün ən adi və ən asan cəza sayılıb.

Məhbusları dəli olmaq vəziyyətinə gətirmək üçün kameralarda xüsusi səsgücləndiricilərdən istifadə olunub. Belə ki, müstəntiqlər ittiham olunanlardan ifadə alarkən, sualları onlara bu səsgücləndirici vasitələri qulaqlarına yerləşdirərək veriblər. Səs o qədər güclü olub ki, sinir sistemində fəsad yaratmaqla yanaşı, həm də məhbusların qulaqlarından qan açılıb.

O cümlədən, kameralara həddindən artıq güclü işıq verilib. Bir neçə sutka gecə və gündüz bu "işıqlı kamera"da oturan məhbusun gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatıb.

İşcəncələrdən biri də məhbusları 10-15 gün ac saxlamaq olub ki, bundan sonra onlar istənilən ifadəni verməyə razı olublar.

Döyülmə prosedurları gündəlik işgəncələrdən biri olub ki, burada əsas zərbələr cinsi orqanlara yönəldilib.

Ən ağır cəzalardan biri susuzluqla bağlı olub. Amma bu cəza növündə məhbuslar əvvəlcə yaxşı "qidalandırılıb". Belə ki, onlara duzlu-istiotlu qidalar yedizdirilib. Bundan sonra isə lazım olan müddətə qədər onlara su verilməyib.

İfadəni tez və rahat almaq üçün məhbuslar tam soyundurularaq üzərində mismarlar olan stullara əyləşdirilib. Bu işgəncədən sonra məhbusdan istənilən ifadəni almaq asan olub.

İşgəncənin daha bir növü xüsusi kameralarda həyata keçirilib. "Otstoynik" adlanan bu kameralara o qədər məhbus yerləşdirilib ki, burada nəinki oturmağa, hətta əyilib ayağını qaşımağa imkan olmayıb. Sıxlıq o dərəcədə olub ki, məhbuslardan kimsə ölübsə, onun meyiti də ayaqüstə qalıb.

Daha dəhşətli işgəncələrdən biri xüsusi hazırlanmış şkaflarda tətbiq edilib. Belə ki, həmin şkafların içərisinə yalnız bir nəfəri güclə yerləşdirmək mümkün olub. Həmin şkafların içərisinə böyük sayda həşəratlar doldurulub, sonra isə məhbus həmin şkafın içərisinə pərçim edilib.

İşgəncələr çöl şəraitində də həyata keçirilib. Məhbusları boğazlarına qədər torpağa basdırıblar.

"Karser" işgəncələri isə əsl cəhənnəmi xatırladıb. Burada məhbusları sutkalarla yuxuya həsrət qoyublar. Soyuq havalarda "karser"ə buz kimi su buraxıblar. Məhbuslar beton kamerada dizə qədər suyun içində saxlanılıb.

NKVD təcridxanalarında qadınlar üçün də cəzalar tətbiq olunub.

Qadınlar üçün ən "populyar" cəza növü cinsi zorakılığa məruz qalmaq olub. Hətta bəzən bir qadın tam soyundurularaq, 50-60 nəfərlik kişi kamerasına buraxılıb.

Nəzərdə tutulan ən dəhşətli işgəncə isə körpəsi olan qadınlara tətbiq edilib. Belə ki, onların gözünün qabağında körpələrinin dırnağı çıxarılıb, qızdırılmış dəmir parçaları uşaqların bədəninə yapışdırılıb.

Əgər bu və ya digər cəza növlərinin tətbiqi ittiham olunanlardan lazımi ifadəni almaq məqsədi daşıyıbsa, ikinci bir tərəfdən bu cəzaları tətbiq etməklə cəllad xislətli NKVD əməkdaşları zövq alıblar. Amma bu işgəncələri verərkən çoxları düşünməyib ki, özlərinin də yolu bu kameralardan düşə bilər.

Faktlara istinad etsək, şahidi olarıq ki, saysız-hesabsız NKVD əməkdaşları sonda özləri də bu türmələrin "qonağı" olublar.

Qeyd edək ki, tarixə amansız "yejovşina" dövrünü yazan NKVD-nin rəhbərlərindən biri olmuş Yejov da məhz nə vaxtsa başçılıq etdiyi bu qurumun türməsində ən ağır işgəncələrə məruz qalıb...

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4010   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021