Temperatur 40 dərəcəni keçdikdə, kimlər infarkt və insult ola bilər? – SİYAHI

Temperatur 40 dərəcəni keçdikdə, kimlər infarkt və insult ola bilər? – SİYAHIMeteoroloqlar bu gündən Azərbaycanda havanın hərarətinin 40 dərəcəni keçəcəyini bildirib. Dözülməz istilərdə insanlar gündəlik iş və həyat rejimini dəyişmək istəmir. İsti yay günləri infarkt və insult olanların sayını artırır.

Sonxeber.az xəbər verir ki, Medicina.az 40 dərəcədən yuxarı havalarda kimlərin infarkt və beyin qanaması riski daşıdığını araşdırıb.

Nəyə görə yayda ürək daha çox yüklənir və tez sıradan çıxma təhlükəsi yaranır?

-İstənilən orqanizm, hətta sağlam adamda da istiyə damarların genişlənməsi ilə cavab verir ki, nəticədə təzyiq düşür. İsti havalarda bədən temperaturunu və orqanların işini saxlamaq üçün ürək gücləndirilmiş rejimə keçir və normadan qat-qat artıq işləməyə başlayır.

-İsti havada bədən çox mate itirir, bu maye ilə birgə duz-mineral da yuyulub gedir. Ürəyin normal ritmi üçün lazım olan kalium və maqniy də azaldığından, ürək bir an dayana da bilər.

- Susuzlaşma nəticəsində qan qatılaşır. üstəlik venoz damarların genişlənməsi tromb yaranmasına və ya mövcud trombun hərəkətinə şərait yaranır. Tromb vacib damarlardan birini tıxayaraq, insult, infarkt, ağciyər emboliyası və s. yaradıb, ölümə səbəb ola bilər.

İlkin əlamətlər:

-Təngnəfəslik
-Yorğunluq
-Görmənin pisləşməsi
-Ürək çırpınması
-Təzyiqin kəskin qalxması və ya enməsi

Kimlər ürək çatışmazlığı və infarktdan yayda təhlükədədir?

Amerika kardioloqlar Assosiasiyasının məlumatına görə bu 10 qrup insan yayda ehtiyatlı olmalıdır:

1.Yaş faktoru – yaşı 65-70 və yuxarı olanlar. Eləcə də yaşı 40-43 arası olan kişilər.
2.Cinsiyyət – kişilər zərərli vərdişlər və ürək-damar sisteminin tez sıradan çıxması səbəbindən

3.Ailədə, nəsildə ürək problem – atası, babası, əmiləri ürək infarktrından dünyasını dəyişən kişilər ehtiyatlı olmalıdır
4.İrq – alimlər bildirir ki, Afrika, Asiya və Latın Amerikası əhalisi daha çox risk altındadır

5.Siqaret, nikotin – Gündə 12 və daha çox siqaret, tütün çəkən insanlarda 4 dəfə artıq risk çoxdur
6.Qanda xolesterinin miqdarı – insanda nə qədər çox "pis xolesterin" varsa, bir o qədər damar tıxanması və infarkt, insult riski yüksəkdir. Qanda xolesterinin səviyyəsini yoxlatmaq asandır.

7.Yüksək təzyiq – bütün hipertoniklər, hansılar ki, təzyiq 160-180 və daha yüksək olur, damarlar sıradan çıxır, böyrəklər imtina edir.
8.Oturaq həyat tərzi, ofis işi- Bu insanların ürək-damar sistemi daha zəif olur

9.Artıq çəki – çəkisi 90 kiloqram və yuxarı olan, bel və qarnında artıq piylər toplanmış hər bir şəxs artıq olan hər sm piy qatına qarşılıq 6-7% infarkta yaxındır.
10.Diabet – yay aylarında diabetiklərin insult, infarkt və koma ilə xəstəxanaya düşmə faizi yüksəlir. Bu insanlar ümumiyyətlə isti havalarda digər şəxslərə nisbətən çox diqqətli və hazırlıq olmalıdır

Qeyd edək ki, siyahıda olmayan və heç vaxt ürəyində narahatlıq hiss etməyən insanlar da infarkt ola bilər. Bu onunla əlaqədardır ki, insanların çoxu təzyiq xəstəsi olduğunu bilmir və ürəyinin durumundan xəbərsizdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1718   Tarix: 24 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021