ABŞ-İran müharibəsini onlar istəyir - Nazir dünyanı QORXUYA SALAN SSENARİNİ açıqladı

ABŞ-İran müharibəsini onlar istəyir - Nazir dünyanı QORXUYA SALAN SSENARİNİ açıqladı"İranla müharibə etməyi Donald Tramp deyil, onun B komandası istəyir".

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Donald Tramp ABŞ hərbi qüvvələrinin Bəsrə körfəzində heç bir işi olmadığı məsələsində 100 faiz haqlıdır. Qüvvələrini geri çəkməsi ABŞ və dünyanın maraqlarına tamamilə uyğundur, ancaq B komandası ABŞ-ın mənfəətləri ilə maraqlanmır. Diplomatikanı alçaldırlar və savaşa susayıblar",- Zərif tvitterində yazıb.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi "B komandası" adlandırır.

ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsinin memarı olan Con Boltonun Trampı İrana qarşı hərbi münaqişəyə çəkməyə çalışdığı bildirilir. Tramp isə iki gün öncəki çıxışında Bolton haqqında danışarkən "Yaxşı işlər görür, amma Yaxın Şərq məsələsində tez-tez anlaşmazlıq yaşayırıq" sözlərini demişdi.

ABŞ-İran gərginliyi

ABŞ ötən ilin may ayında İranla imzalanan nüvə razılaşmasından təktərəfli qaydada imtina etdi. Daha sonra İrana sanksiyalar tətbiq etməyə başladı. Vaşinqton İran İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına saldı. İran isə ötən həftə Hörmüz boğazında ABŞ-a aid pilotsuz uçuş aparatını məhv etdi. ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi münaqişə əmrini versə də, başlamazdan 10 dəqiqə öncə qərarından imtina etdiyini açıqladı. ABŞ hökuməti PUA-nın məhv edilməsinin ardınca İranın dini lideri Əli Xamaneini də ehtiva edən yeni sanksiyaları işə salıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1004   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO

Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz

17 sentyabr 2021