Rusiya Dağ Qoşunları Qarabağda... - Müharibə HƏR AN BAŞLAYA BİLƏR

Rusiya Dağ Qoşunları Qarabağda... - Müharibə HƏR AN BAŞLAYA BİLƏRRusiya mediası iddia edir ki, Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir. Jurnalist Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir. Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir. Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq. Çünki Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür.

Bundan başqa, Ermənistan mediasında da tez-tez Azərbaycanın hər an müharibəyə başlamaq istəyindən doğan qorxu və təşviş əksini tapır.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirir ki, Ermənistan qorxmaqda haqlıdır:

"Dağlıq Qarabağda separatçı ermənilər ayağa qalxıb orada əhalinin bir qismini təkil edən azərbaycanlıları oradan qovublar. Daha sonra rus ordusunun – 366-cı alayın köməyi ilə Xocalı soyqırımını həyata keçirməklə yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Laçın rayonlarının istilasını həyata keçiriblər. Daha sonra Rusiya Dağ Qoşunların hissələri ilə birlikdə Kəlbəcəri işğal ediblər. İndi lap aydın görünür ki, bir tərəfdə təcavüz edərək özgə torpaqlarını işğal edən dövlət var. Torpaqların insanlarını etnik təmizlənməyə məruz qoyan rejim var. Digər tərəfdə isə təcavüzə məruz qalmış, torpaqlarını itirmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünlə baş-başa qalmış Azərbaycan var. Bir də bu tərəflərin münasibətlərini tənzimləyən beynəlxalq hüquq normaları mövcuddur. Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə söykənərək istənilən zaman əsrlərlə ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarında həmin ərazidə sonradan məskunlaşan erməniləri Azərbaycan tabe olmağa vadar edə bilər. Yəni anti-terror əməliyyatlarına hər an start verə bilər. Buna müharibə demək doğru deyil. Ermənilər öz hərəkətlərini müharibə adlandıra bilər. Lakin Azərbaycanın həyata keçirdiyi müharibə deyil, torpaqlarının azad olunma təşəbbüsləridir. BMT-nin nizamnaməsinin 51-ci maddəsində də deyilir ki, təcavüzə məruz qalmış ölkə öz torpaqlarını azad etmək üçün özü və ya hər hansı dövlətin qüvvələrindən istifadə edə bilər. Biz hələ ki, öz qüvvəmizlə bunu həyata keçirmək niyyətindəyik. Bu niyyəti açıq şəkildə də bəyan etmişik. Necə yəni, bizim torpaqlarımıza Suriyadan, İraqdan erməni köçülür, məskunlaşdırılır, biz isə bunu seyr etməliyik? Dünyada bu cür ədalət prinsipi yoxdur. Heç dünya ictiamiyyəti də bunu qəbul etmir".

Politoloqun sözlərinə görə, bu səbəbdən, Azərbaycanın mənəvi haqqı var ki, istənilən zaman istila edilmiş torpaqlara hücum edərək geri alsın və burada məskunlaşmış əhalini və Ermənistan ordusunun əsgərlərini uzaqlaşdırsın: "Buna istər müharibə desinlər, istər anti-terror əməliyyatları desinlər, istərsə də separatçılığa qarşı mübarizə adlandırsınlar, bütün beynəlxalq hüquq normalarında Azərbaycanın cəhdləri haqlı dəyərləndiriləcək. Mütləq həyata keçirilməlidir. Ermənistanın rəsmi nümayəndələri danışıqlara gəlib bizimlə zarafat edir, nağıl danışır, ağlına gələn bəyanatları verir. Danışıqların isə predmetli olmalıdır, nəticə ortaya qoyulmalıdır. Masada müzakirəyə hazır məsələlər olmalıdır. Bunların olmadığı yerdə Azərbaycan sülhə nail olmağı uzun müddət gözləməyəcək. Azərbaycan çox da uzaqda olmayan bir zamanda danışıqları dayandıracaq və Ermənistan o zaman Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və onun komandası ilə danışmalı olacaq. Azərbaycan xalqı da vətəninin müdafiəsinə qalxacaq və bu işi dəstəkləyəcək. Ermənistanın səsləndirdiyi heç bir bəyanat Azərbaycana maraqlı deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2038   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021