İmamoğlu azərbaycanlıların adını NİYƏ ÇƏKMƏDİ? - Qərbi sevindirən NƏTİCƏ

İmamoğlu azərbaycanlıların adını NİYƏ ÇƏKMƏDİ? - Qərbi sevindirən NƏTİCƏDünyaya ram olunan Türkiyə lazımdır.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında İstanbulda keçirilən seçkinin nəticələrinin AKP-nin məğlubiyyəti kimi təqdim olunmasına münasibət bildirib. Politoloq hesab edir ki, ramolunmaz Türkiyə, türkün düşmənlərinə qətiyyən lazım deyil:

"Qərb mətbuatının ötən gün manşetləri İstanbul seçkilərinə həsr edilib. AKP-nin İstanbul Baş Bələdiyyə seçkilərində məğlubiyyətinə Qərbin sevinməsi təəccüblü deyil. Ərdoğanın liderliyi ilə AKP Türkiyəni yenidən ramolunmaz etməyi bacardı. Qərbdəki havadarlarının dəstəyi ilə kemalistlər, tenqriçilər, PKK-çılar birləşərək müsəlmanlar üzərində İstanbulda müvəqqəti qələbə qazandılar".

Politoloq qeyd edib ki, CHP-nin qardaş ölkədə hakimiyyəti dövründə Azərbaycana heç vaxt xeyiri dəyməyib:

"Erməniləri belə təbrik edən, amma azərbaycanlıları yada salmayan İmamoğlunun Azərbaycanda qalibiyyətinə sevinən 3-4% marginal dəstənin islama olan nifrətdən bir az gözləri açılsın. Türkiyə tarixinə bir az nəzər yetirsələr görərlər ki, CHP hakimiyyəti dövründə Məhəmməd Əmin Rəsulzadəni Türkiyədən qovan Mustafa Kamal, Azərbaycan türklərini ruslara açıq ölümə təhvil verən İsmət İnönü, bir helikopteri Azərbaycana verməyən Süleyman Dəmirəl olub. İmamoğlu da Türkiyə prezidenti olsa, ilk qərarlarından biri Ermənistanla sərhədlərin açılması olacaq. PKK-nın açıq aşkar dəstək verdiyi və FETÖ-PKK cütlüyünün hesabına İstanbul seçkilərini qazanan İmamoğlunun qələbəsinə sevinənlər yanılır".

Ə. Məmmədli vurğulayıb ki, Türkiyə xalqının ram olunub-olunmayacağını zaman göstərəcək:

"Bu Türkiyə xalqından asılı olacaq. Türkiyə xalqı ram olunmaq istəyəcəksə, CHP-İYİ-HDP-FETÖ-yə səs verməyə davam edəcək. Ram olunmaq istəməsələr, səsləri AKP-MHP ittifaqının yanında olacaq. Türk imperiya deyil, imperiyalar xalqıdır, türk ram olunmaz, ram edər".

Politoloq qeyd edib ki, hələ irəlidə 4 il var:

"Ən azı bu 4 ildə dövlətə nəzarət tam Cumhur İttifaqındadır. Bu vaxt isə gələn seçkilərə daha güclü, daha bütöv çıxmağa kifayətdir. AKP-MHP müttəfiqliyinə kürd-müsəlman qardaşlarımızdan ibarət güclü bir partiyanı da birləşdirmək lazımdır. Digər tərəfdən Türkiyənin döyünən ürəyi Anadoludur. Qoca Anadolu bu torpaqları yenidən İslam düşmənlərinə təhvil verməz".

Politoloq Hatəm Cabbarlı Cabbarlı isə Əkrəm İmamoğlunun təşəkkür mesajında azərbaycanlıların adının çəkməməsinin səbəblərinə aydınlıq gətirib:

"Birincisi, Türkiyədə tarixən yaşayan azərbaycanlılar (bu ifadə belə yalnışdır əslində) onlar elə türkün özüdür. Özlərini azərbaycanlı olaraq fərqli etnik qrup olaraq görmürlər, sosiolojik və tarixi olaraq görə də bilməzlər. İkincisi, Türkiyədə yaşayan azərbaycanlılar ictimai-siyasi həyatda təşkilatlana bilməyiblər və ya məhəlli təşkilatlanıblar. Özəl məsələlərə təsir etmə imkanı demək olar ki, yoxdur".

H. Cabbarlı vurğulayıb ki, Türkiyədə diasporumuz olduqca zəif fəaliyyət göstərir:

"Bizimkilər heç Iğdırda İsa Yaşar Tezel Bəyin arxasında dayanıb qəsb edilən haqqını təmin edə bilmədi. Bu zaman ölkə miqyasında hansı təşkilatlanmadan söhbət gedə bilər? Türkiyədə diasporumuz olduqca zəifdir, dövlətin bu işə pul xərcləməsinə baxmayaraq, erməni diasporunun fəaliyyəti ilə müqayisədə olduqca zəif qalır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2195   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel