Dedi ki, o, biqeyrət olacaq - Ziyalıların Şirməmməd Hüseynovla bağlı xatirələri

Dedi ki, o, biqeyrət olacaq - Ziyalıların Şirməmməd Hüseynovla bağlı xatirələriAzərbaycan xalqına, jurnalistikasına ağır itki üz verib. İctimai fikrimizin sonuncu mogikanlarından biri, mənim universitet müəllimim Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bunu məşhur yazıçı Sabir Rüstəmxanlı görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimində qeyd edib.

Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi: "Adam onun ölümlə üz-üzə gələcəyini təsəvvür edə bilmir. O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf edib. Azərbaycana öz ömrünü fəda etmiş insanların bioqrafiyasının toplanmasına böyük əmək sərf efib. O, qeyri-adi yaddaş sahibi idi. Məhəmməd Əmin Rəsulzadə, repressiya, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı. Mən tələbə olanda Şirməmməd müəllim dekan müavini idi. Bir gün bir dostuma görə Şirməmməd müəllimdən qiymət istədim. Dedi ki, qiymət verməyəcəm. Çünki savadsızdı. Və həmin tələbəni yadında saxladı. Dedi ki, bir gün o savadsız həm də biqeyrət olacaq. Bu söz mənim yaddaşımda kök saldı. Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. M.Rəsulzadənin irsini araşdıran və toplayan insan kimi çox dəyərli idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq.

BDU-nun müəllimi Nəsir Əhmədli:

"1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə olmuşam. Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan rəhmətə gedir. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o, bir şeir yazır: "Dünyanın ən ağır qanteli telefon dəstəyidir. Dünən mən də eyni hissləri keçirdim. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola malik insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim olub. Elm sahəsində, həyatda ağsaqqalım olub. Allah rəhmət eləsin. Ailəsinə doğmalarına səbir versin".

Fazil Mustafanın sözlərinə görə, bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur: "Şirməmməd Hüseynov öz borcunu ölüm gününə qədər yerinə yetirməyi özü üçün müqəddəs vəzifə hesab edən şəxsiyyətdir. Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur. Azərbaycam tarixindən gəlib keçmiş bütün obrazları, parametrlərilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq. Onun obyektiv kimliyinin ortaya qoyduğu şəxsiyyət etalonu Azərbaycanda uzun müddət nümunə kimi göstəriləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1798   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart