"Mənim nəvələrim, yaxınlarımın övladları rahat şəkildə məktəbə gedirsə..." - Deputat
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Gününü kimi qeyd edilir.
BiG.AZ xəbər verir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə bildirib ki, bu gün Azərbaycan ordusu 50 güclü ordu sırasındadır:
"Bilirsiniz ki, ordumuz bu səviyyəyə çatana kimi müəyyən mərhələlərdən keçib. 90-cı illər hər kəsin yaddındadır. 90-cı illər müstəqiliyimiz ilk illəri idi. O dövrdə ölkəmizdə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətdə olanlar sadəcə öz ciblərini güdür, yüksək vəzifəyə gəlmək üçün çalışırdı. Ordudan söhbət belə gedə bilməzdi. Sadəcə könülülərdən ibarət dəstələr var idi. Təəssüf ki, o könüllü dəstələrin bəziləri məlum şəxslərə tabe idi. Onların göstərişi ilə hərəkət edirdilər. Əlbəttə vətəni və xalqı üçün canından keçən oğul və qızlarımız da az deyildi. Onlar ölkəmizin müstəqilliyi üçün düşünmədən canlarını fəda etdilər. Hər kəsə bəllidir ki, ölkəmizin xilası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev zamanında Bakıya qayıtmasaydı bu gün dövlətimiz müstəqil olmazdı. Məhz ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra, 1994-cu ildən başlayaraq ordu quruculuğuna start verildi və nizami ordunun yaradılmasının əsası qoyuldu. 2003-cü ildən prezident seçilən İlham Əliyev son on beş ildi ordumuzu bütün parametrlərlə yüksək səviyyəyə qaldırdı. Artıq bu gün ali baş komandanızımız İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz dünyanın güclü orduları sırasındadı. Azərbaycan silahlı qüvvələri döyüş qabiliyyətinə və maddi-texniki təchizatına görə Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. 2016-cı ilin aprel döyüşləri ordumuz gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz kiçik dəstə ilə ermənilərə sarsıdıcı zərbə endirərək bir sıra strateji yüksəkliklərimizi və ərazimizi işğaldan azad etdi. Hər kəs bilir ki, müharibə olarsa silahlı qüvvələrimiz düşmən ordusunu darmadağın edərək, torpaqlarımızı işğaldan azad edəcək. Bilirsiniz ki, bu gün düşmənlə həmsərhəd bölgələrimiz var. Həmin bölgələrdə yaşayan insanlarımız ordumuza güvənir, onların sayəsində gündəlik həyatlarına qorxmadan davam edirlər. Mənim nəvələrim, yaxınlarımın, seçicilərimin övladları bu gün rahat şəkildə, qorxmadan məktəbə gedirsə, gənclərimiz yüksək uğurlara imza atırsa, insanlarımız rahat və qorxmadan gündəlik həyatlarına davam edirsə biz bunu xalqına, dövlətinə bağlı olan ali baş komandanımız İlham Əliyevə və Azərbaycan silahlı qüvvələrinə borcluyuq. Mən bayram münasibətilə başda ali baş komandanımız olmaqla, bütün silahlı qüvvələrimizi təbrik edir, onlara Allahdan cansağlığı arzulayıram. İnşallah tezliklə heç bir itki vermədən torpaqlarımızı sülh yolu ilə işğaldan azad edərik".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 25 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Bu dəfə Bakıda iki qızın VİDEOsu yayıldı: özü də məşhur restoranda - 18+ VİDEO
Bakının məşhur məkanlarından birində günün günorta çağı biabırçı kadrlar yayılıb.. . Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, iki qız və iki oğlan əyləşdikləri divanın üzərində ətrafdakı insanlara məhəl qoymadan intim davranışları ilə diqqət mərkəzinə düşüblər. Həmin kadrlar restoranın təhlükəsizli
25 iyun 2019Prezident əməkdar artistə ev hədiyyə etdi
Azərbaycan Prezidenti İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə aktrisa özünün "Facebook" səhifəsində məlumat verib.. . O, buna görə dövlət başçısına təşəkkür edib:. . "Möhtərəm, cənab Prezident!. . Mənim səhnə fəaliyyətim
25 iyun 2019İsti havada iş dayandırılmalıdırmı? - VİDEO - FOTO
Son günlər ölkə ərazisində kəskin istilər müşahidə olunur. Bu istilərin qarşıdakı günlərdə daha da artacağı deyilir. Ölkəmizdə isə açıq havada, gün altında işləyən xeyli sayda işçi var. Bəs bu işçilərə bu isti havada güzəşt olunurmu?. . Sonxeber.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqram
25 iyun 2019Sabah hava BELƏ OLACAQ
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında. . İyunun 26-da hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək .. . Havanı
25 iyun 2019Xəzərin səviyyəsi DÜŞDÜ
"Xəzər dənizinin səviyyəsi son 10 il ərzində 1.2 metr aşağı düşüb".. . Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.. . Nazirin sözlərin
25 iyun 2019Dünən Bakıda 16 nəfəri gün vurub
Onlardan 10 nəfəri hospitalizasiya edilib. . Ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.. . Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, onlardan 10 nəfəri hospitalizasiya edilib.. . 6 nəfərə is
25 iyun 2019Nazir minimum əmək haqqının artırılmasından DANIŞDI
Minimum əmək haqqının 250 manata qaldırılması muzdla işləyən insanların da maaşlarının əhəmiyyətli dərcədə artımına təsir edəcək.. Sonxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.. . Onun sözlərinə görə, minimum əməkhaqqını
25 iyun 2019Azərbaycanda şok hadisə: Oğul atasını qab yuduğu üçün evdən qovdu+VİDEO
Azərbaycanda biabırçı hadisə baş verib. . . Sonxeber.az Oxu24.com-a istinadən xəbər verir ki, oğul atasının paltarlarını küçəyə atıb,özünü də evdən qovub.Bu barədə məlumat Space tv-də yayımlanan "Olar-olmaz" verlişində məlumat verilib. Atanın bildirdiyinə görə, oğlu onu evdən qab yuduğuna gör
25 iyun 2019