Çimərliklərdə istirahət neçəyə başa gəlir?

İsti yay günlərinin gəlişi dənizkənarı çimərliklərə axının artması ilə müşahidə olunur. Bəs bu gün həmin çimərliklərin əhaliyə göstərdikləri xidmətlər və onların dəyəri vətəndaşlar üçün nə dərəcədə sərfəlidir.
Qeyd edək ki, Abşeron yarımadası sahillərində 12 çimərlik zonası, o cümlədən Bilgəh, Buzovna, Hövsan, Zaqulba, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Sahil, Sumqayıt, Şıx və Şüvəlan mövcuddur. Lakin bu ərazilərdə yerləşən çimərliklərin hamısı istifadəyə yararlı vəziyyətdə deyil.
Bu il çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə bir sıra çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Məlum olub ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır: Buna görə də vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.
Çimərliklərdə istirahət neçəyə başa gəlir?"Report"un apardığı araşdırmadan məlum olur ki, Bakıətrafı ərazilərdə yerləşən çimərliklərin isə bir çoxuna giriş ödənişlidir. Beləliklə, çimərliklərdə giriş və xidmət haqqı məbləğləri aşağıdakı kimidir:
"Beluga Beach" – Buzovna
Buzovnada yerləşən "Beluga Beach" çimərliyinə giriş pulsuzdur. Burada köşklərin qiyməti 10-20 manat, şezlonqların qiyməti isə 3 manatdır.

"Golden Fish" – Nardaran
"Golden Fish" çimərliyi Nardaran ərazisində yerləşir. Çimərliyə giriş pulsuzdur. Çətirin altında taxta masalarda əyləşmək üçün 15 manat ödəniş etmək tələb olunur. Köşklərin isə qiyməti 20 manatdan başlayır və adam tutumuna görə artır. Nisbətən kiçik həcmli köşklərin qiyməti 20 manatdan 50 manata qədərdir. 25-30 nəfərlik köşklərin qiyməti 50 manatdır. Hesab 50 manatı keçdikdə köşklər üçün alınan pul geri qaytarılır. Balaca şezlonqların (1 nəfərlik) qiyməti 5 manat, böyük şezlonqların qiyməti (2 nəfərlik) isə 10 manatdır.
Çimərlik ərazisində nisbətən daha geniş və VIP yerlər var ki, onların qiyməti 200-300 manat təşkil edir. Bunlar, təqribən, 40-50 nəfərlik köşklərdir və adətən, banket üçün nəzərdə tutulur. Bu köşklərdə isə hesab 350 manatdan yuxarı olduqda köşkün pulu alınmır.
"Sea Breeze" - Nardaran
"Sea Breeze" çimərliyinə giriş bir nəfər üçün 20 manatdır. 10 yaşa qədər olan uşaqlara görə ödəniş tələb olunmur. Giriş qiymətinə həmçinin şezlonq, çətir və dəsmal daxildir. Çimərlik Nardaran ərazisində yerləşir.
Çimərliklərdə istirahət neçəyə başa gəlir?"Caspian Breeze" – Novxanı
Novxanıda yerləşən "Caspian Breeze" çimərliyinə giriş pulsuzdur. Çimərlikdə çətirli masaların qiyməti 10 manat, köşklərin qiyməti isə 15 manatdır. Nisbətən böyük, yəni 25-30 nəfərlik köşklərin qiyməti isə 20 manatdır.
"Amburan Beach" – Bilgəh
"Amburan Beach" istirahət mərkəzi Bilgəhdə yerləşir. Çimərliyə giriş həftə içi 30 manat, həftə sonları isə 35 manatdır. Bundan əlavə, çimərlik ərazisində VIP masalara və dolablara görə də əlavə ödəniş tələb olunur. Hovuz kənarında olan masaların qiyməti 30 manat, dəniz qırağında olan masaların qiyməti isə 100 manatdan 500 manata qədərdir. Boyu 1,50 m-ə qədər olan uşaqlar üçün giriş pulsuzdur.

"Mambo Beach" – Şıx
"Mambo Beach" istirahət mərkəzi Şıx çimərlik zonasında yerləşir. Çimərliyə giriş həftə içi 20 manata, həftə sonu isə 25 manata başa gəlir. Bu qiymətlərə şezlonq, köşk və çətir də daxildir. 6 yaşına qədər olan uşaqlar üşün giriş pulzusdur. 6 yaşdan 12 yaşa qədər uşaqlara giriş məbləğində 50% güzəşt olunur.
"Dalga Beach" - Mərdəkan
Mərdəkan ərazisində yerləşən "Dalga Beach" çimərliyinə giriş 6 yaşa qədər pulsuz, 7-12 yaş arası 5 manat, 12 yaşdan yuxarı 10 manatdır. Bu qiymətlərə şezlonq, çətir, masa, köşk, internet, duş və paltar dəyişmə kabinləri də daxildir.
Məlumat üçün qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə günəşli hava çimmək üçün faydalı olsa da, günəşin qızmar vaxtlarında dənizə getmək zərərlidir. Çünki bu saatlarda infraqırmızı şüalar çox olur və onlar dəniz suyunun tərkibində olan mikroblara təsir edə bilmir. Eyni zamanda həkimlər dəniz suyunun insan üçün çox xeyirli olduğunu vurğulayırlar. Belə ki, dəniz suyunun tərkibində olan duzlar, mikroelementlər bir çox oynaq xəstəliklərinin, sinir sisteminin, hətta dəri xəstəliklərinin sağalmasına kömək edir. 

/report.az
Çimərliklərdə istirahət neçəyə başa gəlir?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 2381   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hindistan aviaşirkəti Dehlidən Bakıya uçuşlara başlayacaq

Hindistanın aşağıbüdcəli aviaşirkəti "IndiGo" bu ilin avqust ayından Dehlidən Bakıya birbaşa uçuşlara başlayacaq. Məlumata görə, aviaşirkət avqustdan həmçinin Dehlidən Tbilisiyə, sentyabrdan isə Özbəkistanın Daşkənd və Qazaxıstanın Almatı şəhərlərinə aviareyslər yerinə yetirəcək. "IndiGo"

3 iyun 2023
.

Azərbaycan fevralda Türkiyədən e-ticarət vasitəsi ilə məhsul idxal edən əsas ölkə olub

Bu ilin fevral ayında Azərbaycan Türkiyənin e-ticarət lideri "Trendyol" şirkəti vasitəsilə ən çox türk malları alan ölkə olub. "Report" bu barədə Türkiyə mətbuata istinadən xəbər verir. Məlumata görə, "Trendyol" şirkəti vasitəsilə türk malları alan 2-ci ölkə Səudiyyə Ərəbistan

16 mart
.

ABŞ-da gəmidə yanğın oldu: 2 ölü, 5 yaralı

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində gəmidə yanğın olub. xəbər verir ki, yanğınsöndürənlər arasında ölənlər də var, 5 nəfər yaralanıb. Nyuark meri Ras Barak jurnalistlərə açıqlama verib. Yanğının baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar davam edir

7 iyul 2023
.

AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. Bun

16 fevral
.

Dünyada turizm pandemiyadan əvvəlki səviyyəyə çatır - bəs Azərbaycanda?

Hökumət 2024-cü ildə ölkənin turizm sahəsində 15.8 faiz artım proqnozlaşdırır. 2023-cü ilin sonuna beynəlxalq turizm 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin demək olar ki, 90 faizi səviyyəsində bərpa olunacaq. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, bu ilin yanvar-sentyab

2 dekabr 2023
.

Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub. Bu barədə CNN polisə istinadən məlumat yayıb. Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır. CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəl

19 noyabr 2023
.

KİV: Antalya sahillərində tapılan cəsədlər miqrantlara aid ola bilər

Bu həftə Antalya vilayətinin sahillərində aşkarlanan cəsədlərin qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər. Bu ehtimalla "Habertürk" telekanalı çıxış edib. Təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələrində çimərliklər yaxınlığında altı kişi və qadın cəsədi sudan çıxarılıb

22 yanvar
.

Arvadını 2 saat döyüb pəncərədən atdı

Kemerovo sakini arvadını iki saat döyüb, sonra pəncərədən atıb. Rusiya mediasına istinadla bildirir ki, kişi qadını gecə saat üçdən beşə kimi döyüb. Daha sonra onu üçüncü mərtəbədən atıb. Qadını xilas etmək mümkün olmayıb. Qonşuların sözlərinə görə, bu, məişət zorakılığı ilə bağlı ilk hadisə deyil. Məlumat

18 yanvar
.

Avia bilet sifarişi ən ucuz qiymətə !

Dünyanın istənilən yerinə Avia Bilet sifarişi bu qədər asan və ucuz olmamışdı. saytı ilə ən ucuz qiymətə, ən rahat avia şirkətlərlə biletlərinizi asanlıq ala bilərsiz. Azal, Buta airways, Qatar, Turkish airlines və digər hava yolları şirkətləri ilə dünyanın istənilən yerinə getməyiniz mümkündür. Bile

1 noyabr 2023