Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək

Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək"Gələn aydan etibarən Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək".
"Report" xəbər verir ki, bunu Misirin turizm naziri Rania əl-Mashatın Azərbaycana səfəri ilə əlaqədar keçilmiş tədbirdə deyib.
Nazir 2017-2018-ci illərdə iki dövlət arasında turist axınının artdığını bildirib:
"Misirin gəlirlərinin 20 faizdən çoxu turizm sahəsinin payına düşür. Turizmə böyük önəm veririk. 2018-ci ilin sonundan etibarən turizmin inkişaf planını həyata keçiririk. Bunun nəticəsi olaraq, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək", - deyə o bildirib.
Nazir Azərbaycandan Misirə turist cəlb etmək istədiklərini vurğulayıb: "İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Turizm əlaqələri də siyasi əlaqələrin üzərində qurulub".
Rania əl-Mashat Misirin təhlükəsizliyinə böyük önəm verildiyini bildirib və əlavə edib ki, ölkəyə səfər edənlərin çoxluğu təhlükəsizliyə olan etimadı bir daha sübut edir.
Xatırladaq ki, iyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququnu qazanan "SCAT Airlines" aviaşirkəti Bakı–Şarm-əş-Şeyx marşrutu üzrə həftəlik reyslər yerinə yetirəcək. Uçuşlar hər cümə axşamı "Boeing 757-200" tipli təyyarələr vasitəsilə reallaşdırılacaq.

/report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1318   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

"Gürcüstan Hava Yolları"nın Moskva və Tiflis arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb. Bu barədə Gürcüstan aviaşirkətindən məlumat verilib. "İndi Rusiyada çaxnaşma var, hamı bilet alıb dəyişdirir", - aviaşirkətdən bildiriblər. Onlar həmçinin qiymətlərin təxminən bi

24 iyun 2023
.

Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub. Bu barədə CNN polisə istinadən məlumat yayıb. Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır. CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəl

19 noyabr 2023
.

Moskvaya Yeni il səyahəti - FOTOLAR

2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağ

29 dekabr 2023
.

Toy turizminin cəlbedici tərəfləri - ARAŞDIRMA

Öz xoşbəxt günlərini xaricdə keçirmək istəyənlərin sayı artmaqdadır. Əgər 200-ci illərin əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün məkan kimi Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahısı dəyişib. Toy etmək üçün məkan kimi Azərbaycanı seçənlə

30 iyul 2023
.

Tayvanın "EVA Air" aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş edib

Tayvanın "EVA Air" aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişini

3 sentyabr 2023
.

Erkən rezervasiya məyusluğu: Tur qiymətlərində ARTIM - VİDEO

Xüsusi turlarla səyahət qiymətləri artıb. -ın məlumatına görə, ötən illə müqayisədə hazırda qardaş Türkiyəyə, xüsusilə, hər il tələbatın çox olduğu Antalya istiqamətinə qiymətlərdə 500-800, hətta 1 00 dollar artım var. Erkən rezervasiya edərək turistlər hər il çalışırlar ki, qış aylarında yaya tədarü

29 yanvar
.

ABŞ-da gəmidə yanğın oldu: 2 ölü, 5 yaralı

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində gəmidə yanğın olub. xəbər verir ki, yanğınsöndürənlər arasında ölənlər də var, 5 nəfər yaralanıb. Nyuark meri Ras Barak jurnalistlərə açıqlama verib. Yanğının baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar davam edir

7 iyul 2023
.

Türklərin tarix boyu istifadə etdiyi əlifbalar! TAM SİYAHI

Tarix boyu türklər müxtəlif əlifbaları mənimsəyərək müxtəlif dillərdə əsərlər yaradıblar. Bu uzun və zəngin yazılı mədəniyyət türk xalqının dil və mədəni irsinin müxtəlifliyini əks etdirir. Türklərin istifadə etdiyi əlifbalar arasında ilk yeri Göktürk əlifbası tutur. Bəs, türklərin tarix boyu istifad

15 dekabr 2023
.

Makronun gücsüzlüyü - VİDEO

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə Azərbaycan – Ermənistan nizamlanma prosesinə qarışan Fransa Prezidenti Emmanuel Makronun siyasətinə həsr edilib. Müəllif qeyd edir ki, əslində Emmanuel Makronun və Fransanın xarici siyasətinin fəaliyyəti nizamlanma prosesin

1 iyul 2023