Üçüncü Dünya Müharibəsi Azərbaycan yaxınlığında başlayır? – Şok iddia

Üçüncü Dünya Müharibəsi Azərbaycan yaxınlığında başlayır? – Şok iddia"İran-ABŞ gərginliyi yeni mərhələyə keçib. İyunun 20-də ABŞ-ın İran sərhədlərini pozan Pilotsuz Uçan Aparatı (PUA) vuruldu. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq, İrana zərbə endiriləcəyini bildiridi, lakin son anda bu qərarından daşındı. Yəni, İran-ABŞ gərginliyi getdikcə böyüməyə başlayır".

Sonxeber.az-ın məlumatına görə, bunu teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.

Ekspertin fikrincə, ABŞ İranı yox etmək strategiyası yürüdür, bu siyasətini də İran iqtisadiyyatını sanksiyalarla zəiflətməklə həyata keçirir:

"Lakin İranı bir dövlət olaraq yox etmək asan məsələ deyil. Çünki İran da güclü dövlətdir və ABŞ-ın sanksiyalarına qarşı dözüm nümayiş etdirə bilir. İran 40 ildir bu sanksiyalara məruz qalmasına baxmayaraq, ayaqda dura bilir. Amma əvvəlki illərlə müqayisədə İranın vəziyyəti daha ağırdır. Çünki İran ABŞ-la yanaşı, İsrailin də təzyiqlərinə məruz qalır. Buna adekvat olaraq, bölgənin digər dövləti Səudiyyə Ərəbistanı da İrana qarşı çıxış edir.

Amma hesab edirəm ki, bu məsələdə İran-İsrail münasibətləri əsas rolu oynayır. Çünki İsrailin Yaxın Şərqdə həyata keçirmək istədiyi planlara əsasən, Tehran mane olmağa çalışır. Bu gərginlikdə də, ABŞ İsrailə bütün yardımları edir. Məlumdur ki, İran Trampın yeni planını üzə çıxardı. Bu plan da Fələstinin bölünməsini və tamamilə yox edilməsini özündə əks etdirir".

Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ-İran savaşı Üçüncü Dünya Müharibəsinə çevrilə bilər: "Trampın özü də çıxışlarından birində bunu etiraf etmişdi. Buna görə də İrana hücum planından son anda imtina etdi. Hesab edirəm ki, İran-ABŞ savaşı təkcə bu iki ölkəyə yox, regionda olan və onun ətrafında olan bütün dövlətlərə təsir edəcək".

Politoloq ABŞ-ın da təzyiq altında olduğuna diqqət çəkib:

"Avropa dövlətləri dünyanı müharibəyə sürüklədiyinə görə Trampa təzyiq edir. Avropanın bu məsələdə İranı dəstəkləməsi Trampa verilən bir siqnaldır ki, bununla onu münaqişə yaradan tərəf kimi gördüklərini çatdırır. Yəni, ABŞ indiki məqamda Üçüncü Dünya Müharibəsini yaradan tərəf kimi görünür. Buna görə də Tramp bu ağır məsuliyyəti öz üzərinə götürmək istəməz. ABŞ digər tərəfdən isə İsrailin təzyiqi altındadır, buna görə də Amerika çətin vəziyyətdə qalıb. Amma öz qərarlarında dəyişkən olan Trampın hansı addım atacağı bəlli deyil. Onun da əsas məqsədi ABŞ-ı yüksəltməklə bütün dünyaya hegemonluq etməkdir.

Lakin ortada Rusiya faktoru var. Rusiyanın İranı dəstəkləməsi, ABŞ üçün savaşdan çəkindirici faktor sayıla bilər. Trampın da belə bir riskə getməsi təkcə onun karyerası üçün yox, ABŞ üçün də ciddi problemlərə yol aça bilər. Lakin buna baxmayaraq, ABŞ-İran münasibətləri pisləşməyə doğru gedir. Bu gərginlikdə İsrail faktoru əsas rola malikdir. Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlər bölgədə İranın zəifləməsinə çalışırlar. Buna görə də gərginliyin uzun müddət davam edəcəyini düşünürəm. Savaşın başlayacağını düşünmürəm, amma bu dövlətlər İranı neytrallaşdırmaq üçün hansısa formada addım ata bilərlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2539   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021