İsti havada işçiləri çalışdıran sahibkarı hansı cəzalar gözləyir? — Ekspert rəyi

İsti havada işçiləri çalışdıran sahibkarı hansı cəzalar gözləyir? — Ekspert rəyiYay yenicə başlasa da, bir müddətdir ki, ölkə ərazisində anomal istilər davam edir.

"Ölkə.Az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun proqnozlarına görə bu il yay anomal istilər davam edəcək. Verilən proqnozlara görə, iyul-avqust aylarında maksimal temperaturunun Bakı və Abşeronda +40-43, bəzi yerlərdə +46 dərəcəyədək qalxacağı gözlənilir. Belə olan şəraitdə insanlar maksimum açıq günəş altında olmaqdan qaçmalı və diqqətli olmalıdırlar. Anomal istilərin olmasına baxmayaraq, bir çox hallarda insanlar buna əhəmiyyət verməyərək açıq günəş altında olur və nəticədə çoxsaylı günvurma halları qeydə alınır. İnsanların səhətində digər problemlər yaranır.

Azərbaycanda əmək qanunvericiliyinə uyğun olaraq havanın temperaturu 41 dərəcəni keçdikdən sonra işçiləırin açıq günəş altında işləməsi qadağan olunur və belə fakt qeydə alınarsa, işəgötürən qanunverciliyə uyğun olara cərimə edilir və barəsində digrə tənbeh halları seçilir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti anomal istilərlə bağlı işəgötürənlərə müraciət etsə də, bir sıra hallarda işgəötürənlər qanunverciliyin bu tələbinə əməl etmir və işçiləri açıq günə altında işlədirlər.

Məsələ ilə bağlı Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədova müraciət etdik.

S.Məmmədov "Ölkə.Az"a açıqlamasında bildirib ki, işəgötürən hava şəraitinin işçinin səhhətinə mənfi təsir etdiyini görürsə, tədbir görməlidir: "Əmək Məcəlləsində bu aydın şəkildə göstərilib ki, həm isti, həm soyuq, həm də küləkli havada iş rejimi və iş şəraiti ilə bağlı Əmək Məcəlləsində xüsusi qaydalar nəzərdə tutulub. Məcəlləyə görə, temperatur 41 dərəcənin üzərində olduqda iş yerində temperaturu süni surətdə tənzimləmək mümkün deyilsə, ya iş dayandırılmalıdır, ya da əlavə tədbirlər görülməlidir. Elə yerlər var ki, iş açıq havadadır və işi saxlamaq mümkün deyil. Belə olan halda əlavə tədbirlər görülməlidir.
Məsələn, yaxınlıqda kölgələnəcək yerlər qurulmalıdır, sərinləşdirici içkilər, ayran verilməlidir. Həsir şlyapalar verilməlidir və sair bu kimi tədbirlər görülməlidir. O yerdə ki, işi dayandırmaq mümkündür, orada iş dayanmalıdır. Norma 41 dərəcə qoyulub, ancaq işəgötürən isti havanın işçinin səhhətinə mənfi təsir etdiyini gördüyü anda tədbir görməlidir".

S. Məmmədov əlavə edib ki, işəgötürən işçiyə bir sosial partnyor olaraq baxmır, bəzi yerlərdə qul kimi baxır:

"Bax bu ciddi problemdir. Bəzi müəssisə və obyektlərdə, yol tikintisində və sair yerlərdə nəinki iş dayandırılmır, hətta işçilərə sərin su, həsir şlyapa belə verilməyib. İşəgötürənlər xəbərdarlıq gözləməməlidirlər, özləri bu işdə həssas olmalıdırlar. İşi saxlamasalar belə, fasiləli rejim qurmalıdırlar, işçilər növbə ilə kölgəyə çəkilib sərin içkilər, ayran içib dincəlməli sonra digərlərini əvəz etməlidirlər. Ola bilər ki, işçi həmin gün günvurma olmasın, ancaq uzunmüddətli dövr üçün səhhətinə mənfi təsir göstərə bilər. İşçinin özü də hiss etmədən günəş şüalarının mənfi təsirinə məruz qala bilər. O baxımdan işəgötürənlər istənilən halda tədbir görməlidirlər".

S.Məmmədov hesab edir ki, inzibati yolla da belə halların qarısının alınması bəzi hallarda nəticə vermir:
"Yəni belə halların inzibati yolla qarısının alınması da elə də effektli mexanizm deyil. Burada digər məqam ondan ibarətdir ki, bu sahəyə nəzarət edən dövlət qurumunun elə bir böyük işçi personalı yoxdur. Onlar respublikada və ya iri şəhərlərdə nəzarəti tam həyata keçirə bilsinlər, monitorinqlər keçirsinlər? Bu məsələnin həll yolu deyil.

Burada digər məqamlardan biri də ondan ibarətdir ki, bir çox hallarda işəgötürənlər və sahibkarlar Dövlətəmək müfəttişliyinin həyata keçirdiyi monitorinq və verdiyi tövsiyyələrinə əməl etmirlər. Burada ən böyük nəzarətçi işəgötürənin vicdanı olmalıdır".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 839   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Meyvə və tərəvəzlərdə istifadə edilən dərmanların DƏHŞƏTLİ FƏSADLARI - Millət vəkili AÇIQLADI

Kənd təsərrüfatında istifadə edilən xlorpyrifos sinir sisteminin fəaliyyətinə zərər verir. Bu, körpələrdə və uşaqlarda neyro-davranış inkişaf pozulması ilə nəticələnir.. . Sonxeber.az xəbər verir ki, türkiyəli millət vəkili Gülizar Bıçer Karaca 2016-ci ilin yanvar ayında Avropa Birliyi (AB) tərəfində

25 iyun 2019

Bakirəliyini satan azərbaycanlı Məhbubə Bakıdan elə seksual fotolar yaydı ki...

Model bəkarətini "Cinderella Escorts" saytında satışa çıxarıb. . Bakirəliyini satışa çıxarması xəbərləri ilə gündəmi alt-üst edən model Məhbubə Məmmədzadə Bakıya qayıdıb.. . Sonxeber.az AzNews.az-a istinadən xəbər verir ki, o, yayın dadını çıxarmaq üçün Xəzər dənizində yaxtada istirahət edib.

25 iyun 2019

Bu dəfə Bakıda iki qızın VİDEOsu yayıldı: özü də məşhur restoranda - 18+ VİDEO

Bakının məşhur məkanlarından birində günün günorta çağı biabırçı kadrlar yayılıb.. . Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, iki qız və iki oğlan əyləşdikləri divanın üzərində ətrafdakı insanlara məhəl qoymadan intim davranışları ilə diqqət mərkəzinə düşüblər. Həmin kadrlar restoranın təhlükəsizli

25 iyun 2019

Prezident əməkdar artistə ev hədiyyə etdi

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə aktrisa özünün "Facebook" səhifəsində məlumat verib.. . O, buna görə dövlət başçısına təşəkkür edib:. . "Möhtərəm, cənab Prezident!. . Mənim səhnə fəaliyyətim

25 iyun 2019

"Megafun"dan AÇIQLAMA

22.06.2019-ci il tarixində Megafun Əyləncə Mərkəzinə dair mediada yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. . . Belə ki, həmin insident ticarət mərkəzində yerləşə

25 iyun 2019

"Yüz əlli minlik maşından düşdü, yüz əlli manatlıq məzar daşı sifariş verdi" — MƏŞHUR USTAYLA MARAQLI SÖHBƏT - FOTO- VİDEO

Sənətin varsa, çörəyin var. Yəqin ki, bu məşhur deyimi çoxunuz eşitmisiniz. Əgər bu sənət, peşə daşla bağlıdırsa, demək ki, o çörək həm sənətdən, həm də daşdan çıxır. Elə həmsöhbətimizin də çörəyinin daşdan çıxdığını deyə bilərik. Özü də məzar daşından. Beləliklə "Ölkə.Az"ın suallarının cənu

25 iyun 2019

Təhsil Nazirliyi ərizələrin qəbulunu dayandırdı

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. . . Təhsil Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.. . Ölkədən xaricdə təhsilini davam etdirəcə

25 iyun 2019

Bakıda restoranda "göz qamaşdıran" hesab - DİQQƏTLİ OLUN! - FOTO

Bir neçə gündür, sosial şəbəkələrdə "Xəzri" ailəvi istirahət mərkəzinin müştəriyə verdiyi qəbzin şəkli istifadəçilər tərəfindən paylaşılır və şikayətlər səsləndirilir. Belə ki, qiymətlərin, o cümlədən xidmət haqqının bahalığından danışanlar bu cür halların düzgün olmadığını bildirir və istehlakçını

25 iyun 2019

Leyla Əliyeva Əminə ilə yeni fotosunu paylaşdı

O, fotoya qəlb smayliki qoyub. . Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminə ilə yeni fotosunu paylaşıb.. . Sonxeber.az AzNews.az-a istinadən xəbər verir ki, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva İnstagramda Əminə ilə yeni fotosunu paylaşaraq qəlb smayliki qoyub.

25 iyun 2019