Qarabağla bağlı növbəti təhlükəli ssenari

Qarabağla bağlı növbəti təhlükəli ssenariVaşinqton görüşündən sonra düşmənin azalmayan təxribatları fonunda vasitəçilərin davranışları şübhələr yaradır; politoloq: "İrəvan həmsədrlərlə əlbir oyuna qatılıb ki, münaqişə bölgəsinə sülhməramlıları gətizdirsin..."

Qarabağ danışıqlarının Vaşinqton raundundan sonrakı müşahidələr nikbinlik üçün elə bir əsas yaratmır. Hər halda, Ermənistanın işğal zonasında davam etdirdiyi qanunsuz əməlləri, məskunlaşdırma ilə bağlı ənənəvi mövqeyindən əl çəkməməsi bu ehtimalı gücləndirir.

Özü də işğalçı ölkə Dağlıq Qarabağ əraziləri ilə kifayətlənmir, ətraf rayonlarda da möhkəmlənmək üçün həyasızcasına addımlar atır. Bu günlərdə işğalçı ölkə 27 ildir tapdaq altında qalan Laçın rayonunun Hoçaz kəndindəki tarixi məbədimizi abadlaşdıraraq öz kilsələri kimi açılışını edib. Moderator.az erməni mediasına istinadən xəbər verir ki, "Tufengyan" fondunun vəsaiti hesabına təmir olunmuş Azərbaycan məbədinin açılışında Qarabağın erməni keşişi Parqev Martirosyan və "Kaşataq" adlandırılmış Laçın, Qubadlı, Zəngilan ərazilərinin faktiki başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyan iştirak edib. Həmçinin ermənilər Zəngilan rayonunda stadionun açılışını həyata keçiriblər. Eyni zamanda avqust ayında keçirəcəkləri "ümumerməni oyunları"nın məşəlini "Tiqranakert" adlandırdıqları Ağdam ərazisindəki tarixi ünvanda yandırıblar.

Düşmənin həyasızlığı və təxribatları bununla bitmir. Ermənilər özləri işğal altındakı Ağdam şəhərinin ən son fotolarını yayıblar. Hazırda ermənilərin Əsgəranın inzibati sərhədlərinə daxil etdiyi və "Akna" adı verdiyi Ağdam xarabalıqlar içindədir və rayonun daimi əhalisi yoxdur. Bütün bu müşahidələr isə ondan xəbər verir ki, düşmən danışıqlar yolu ilə islah olunan deyil və sarsıdıcı zərbələrin təkrarlanmasına ehtiyac həmişəkindən böyükdür.

Görünür, Ermənistanda da böyük savaşın qarşıda olduğunu anlayırlar. Bu mənada Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilməsi diqqət çəkir. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyanın başçılığı ilə keçirilən iclasda regiondakı situasiya müzakirə olunub. "Təəssüf ki, Ermənistanın ətrafında situasiya nəinki satibləşməyib, əksinə, gərginliyə doğru gedir. Ətrafımızda baş verənlər bizi sayıq olmağa, təhlükəsizlik məsələlərində diqqətli olmağa sövq edir", - baş nazir deyib.

Paşinyan Ermənistanın və işğalda saxladıqları Qarabağın təhlükəsizliyini qorumalı olduqlarını da əlavə edib. Azərbaycan ordusunun irimiqyaslı təlimlərindən həyəcanlanan düşmənin təxribatlarından da əl çəkməməsi suallar doğurur. Məntiqlə, İrəvan təxribatçı hərəkətlərdən əl çəkməli idi.

Vaşinqton görüşündən sonra nələr baş verəcəyini isə proqnozlaşdırmaq asan deyil. Əslində Vaşinqtondakı XİN başçılarının görüşünün ardınca dövlət başçılarının bir araya gələcəyi bildirilirdi. Lakin hələ ki bu barədə hər hansı məlumat verilmir.

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla iyunun 20-də Vaşinqtonda keçirilən görüşü şərh edərkən diqqətçəkən fikirlər səsləndirib. "ATƏT-in Minsk Qrupu həmsədrləri bizə müzakirə üçün sənəd və təkliflər təqdim ediblər. Bu məsələləri iki-üç ay ərzində müzakirə edib yenidən həmsədrlərlə görüşməliyik" - nazir deyib.

Hələ ki İrəvan Vaşinqton görüşü ilə bağlı diqqət cəlb edən açıqlama ilə çıxış etməyib. Ancaq Ermənistanın təlaşlanmasına qonşu Gürcüstanda baş verənlərin də səbəb olduğu şübhəsizdir, bunu erməni ekspertlər də etiraf edir.

Ermənilər də anlayır ki, Azərbaycan öz ərazilərindən imtina etmək niyyətində deyil və torpaqlarını azad etmək üçün tarixi fürsət gözləyir. Elə XİN rəhbərinin digər fikirləri də ermənilərin həyəcanının əbəs olmadığı qənaətini yaradır.

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək: "Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Məmmədyarov qeyd edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.

Politoloq Tofiq Abbasov qəzetimizə dedi ki, ortada oyun var: "İrəvan Qarabağla bağlı həmsədrlərlə əlbir oyuna qatılıb ki, münaqişə bölgəsinə sülhməramlıları gətizdirsin. Status-kvonu möhkəmlətmə yolunda bu, Ermənistana lazımdı deyə, İrəvan hətta Amerika ilə sövdələşməyə hazırdır ki, özü üçün "xilasetmə kəməri" əldə etsin. Həmsədrlər Amerikada bu haqda açıq deməsələr də, bu məsələnin üstünə gəliblər. Amma Bakıya bu qətiyyən gərək deyil. 90-larda Azərbaycan sülhməramlılar planından birmənalı imtina etdi ki, buna bir daha qayıdış olmasın. İndi də Bakı bunu rədd edəcək. Lakin həmsədrlər bilməlidirlər ki, artıq danışıqlar mənasını itirib və müharibə qaçılmaz məsələyə çevrilib".

T.Abbasov hesab edir ki, ən yaxın zamanda əgər danışıqlarda yenə mənasız gündəlik olacaqsa və həmsədrlər tutarlı ideya və təklifləri ortaya qoymayacaqlarsa, deməli, hərbi kampaniya baş verəcək.

Politoloq Məhəmməd Əsədullazadə isə "Yeni Müsavat"a dedi ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü, sadəcə, danışıqlar görüntüsü kimi xarakterizə etmək olar: "Qeyd edim ki, Minsk Qrupu həmsədrlərinin də bu görüşdə iştirakı demək olar ki, danışıqları növbəti görüş kimi təşkil edilməsinə səbəb oldu. Amma hesab edirəm ki, həmsədrlər burada iştirak etməsəydi, irəliləyişə nail olmaq üçün Vaşinqtonun təşəbbüsü alqışlana bilərdi. Göründüyü kimi, həmsədrlər burada tərəflərə konkret məzmunlu təkliflər verib. Həmsədrlər birinci dəfə deyil, belə bir təkliflə çıxış edir".

Ekspert qeyd etdi ki, Vaşinqton görüşündə konkret detallar müzakirə olunsaydı, bu barədə məlumat verilərdi: "Burada da atəşkəsin qorunub saxlanılması və danışıqların davam etdirilməsi razılaşdırılıb. Moskvada xarici işlər nazirlərinin görüşündə əsirlərin dəyişdirilməsi məsələsi burada açıq şəkildə qabardılmadı. Göründüyü kimi, Ermənistan da bunda maraqlı deyil".

M.Əsədullazadə hesab edir ki, Vaşinqton görüşündə Azərbaycanın gözləntiləri doğrulmadı: "Danışıqlarda bizi qane edən nəticə olmadı. Ona görə də liderlərin görüşündən danışmaq tezdir. Çünki konkret detallar olmadığına görə belə bir görüşə ehtiyac görmürəm. Ermənistan belə bir görüşdə maraqlı ola bilər - atəşkəsi qorumaq üçün. Amma nəticəsiz danışıqlara rəsmi Bakı getməməlidir. Düşənbə, Vyana görüşlərində Azərbaycan və Ermənistan liderlərinin görüşündə şifahi razılıq əldə olunsa da, demək olar ki, erməni tərəfi qəti şəkildə razılıqlara əməl etmir. Hesab edirəm ki, il ərzində müəyyən diplomatik kanallarla danışıqlar aparılmalı, İrəvanın konkret mövqeyi aydın olandan sonra liderlərin görüşünə ehtiyac ola bilər. Hazırda Ermənistan daxilində Paşinyana qarşı Qarabağ klanı təzyiq edir. Belə bir situasiyada Paşinyanın danışıqlarda kompromis mövqe tutacağı mümkün deyil. Azərbaycan təzyiq yolu ilə İrəvanı yalnız danışıqlarla kompromisə gətirə bilər. Hesab edirəm ki, hazırkı situasiya aydın deyil. Danışıqları erməni tərəfi tormozlayıb. Azərbaycan yalnız güc yolu ilə vəziyyəti dəyişə bilər".

Rusiyanın "Vladtime" saytı isə iddia edib ki, Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir (Publik.az). Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir: "Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir".

Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu, Ermənistan tərəfindən tutulduğu qeyd olunan məqalədə müəllif münaqişə tərəflərinin hərbi potensialını araşdırıb: "Azərbaycan ordusu daha çox inkişaf edib, nəinki Ermənistan ordusu. Azərbaycan ordusu T-90S müasir Rusiya tankları ilə silahlanıb. AN-29 və Su-25-lər Hərbi Hava Qüvvələrinin əsas bombardmançılarıdır. Quru qoşunları AK-74 M avtomatları ilə yanaşı, İsrail istehsalı olan TAR-21-lərlə də təchiz olunub. Ermənistan ordusu isə daha kasıb silahlanıb. Ermənistan ordusunun əsas döyüş tankı T-72-lərdir və bu, Azərbaycanın T-90S-ləri ilə müqayisədə köhnəlmiş texnikadır. Ermənistanda 229 tank var və bunun 200 ədədi T-72-dir. Azərbaycanda isə 962 tank var, onların da 100-dən çoxu T-90S-dir. Ermənistanın hərbi hava qüvvələrində cəmi 16 döyüş təyyarəsi var".

Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq. "Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür. Əgər ermənilər media sahəsində güclüdürsə, azərbaycanlılar biznes sahəsində nüfuzludur", - məqalədə deyilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3072   Tarix: 25 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart