Zamirə Hacıyevanın məhkəməsi - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası

Zamirə Hacıyevanın məhkəməsi - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiasıGörəsən, Zamirə Hacıyeva bahalı daş-qaş almaqdan başqa hər hansı bir məsələ ilə maraqlanıb bu son illərdə?

Londonda "Westminister Magistrates" məhkəmənin qarşısındaki fotoqraflar ordusunu ötüb içəri keçirəm. Hamısı bugünkü 16 milyonluq "ov"unu gözləyir. Mühafizəni asanlıqla keçirəm.

Elə bu an ağlıma gəlir, Bakıda olsam, sorğu-suala tutulmuşdum yəqin. Bura nəyə görə gəldiyim heç kimi maraqlandırmır. İstəyirsən gir-gəz, sonra çıx get. İki il əvvəl, tələbə olarkən "Royal Courts"a gedib gəzməyim yadıma düşür, "məhkəməni gəzmək istəyirəm, icazə varmı?", deyə, soruşmuşdum. "Foto çəkmədiyiniz müddətdə, əlbəttə, içəri girə bilərsiniz" demişdilər.

...Yuxarı qalxıb bir nömrəli otağın qarşısında gözləyirəm. Yarım saat sonra daha öncəki məhkəmədən simasını tanıdığım Zamirə Hacıyevanın vəkillərindən birini görürəm, yanında da bir qadın. Bir qadına, bir vəkilə baxıram. Budur, Zamirə Hacıyeva tam qarşımda dayanıb, bir-birimizə baxırıq. Üç dörd ay öncə polis stansiyasından çıxanda onu çəkmişdim. Görəsən, tanıdımı məni? Onda suallarıma cavab verməyib "məni tək buraxın" demişdi.

İclasın başlamağına 10 dəqiqə qalmış vəkilləri ilə içəri keçir. Elə mən də onlara baxıb içəriyə keçirəm. Əvvəlcə arxada, jurnalistlərin olduğu yerdə oturur. Bəli, məndən iki stul o tərəfdə 99.000 funt sterlinqə oyuncaq almış azərbaycanlı bir qadın oturur...

Zamirə Hacıyevaya baxıram. Həyəcanlı olduğu hər halından bəllidir. İlk dəfədir ki, məhkəməsində iştirak edir. Bu, onun üçün çox önəmlidir. Özü ilə təxminən eyni yaşlarda olan qadın və gənc oğlan ona dəstək olmaq üçün gəlib. Bəlkə də oğludur, nə bilmək olar, ancaq sonra "oğlu"nun sadə geyiminə baxıram, "ola bilməz" deyirəm. Yəqin ki, yanındakı qadının oğludur. Bu da bir təxmindir...

Və beləliklə hakim içəri girir, hamı ayağa qalxır. Vəkilləri Zamirə Hacıyevanı təqdim edir. Zamirə Hacıyeva jurnalistlərin olduğu yerdən sol tərəfdəki şüşəli otağa dəvət edilir. Prosesin axırına qədər orda tək-tənha oturur. Hakim onun adını, doğum tarixini soruşur, o da cavablayır. Bundan sonra o susur, vəkili onun üçün danışır.

Proses uzun çəkir, ümumilikdə 4-5 saat. Sizə yadda qalan məqamlardan danışım...

O, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 28 kartdan istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin, ögey qızının adınadır. Bu məqamda fikirləşriəm, ögey qız? Bu haqda heç eşitməmişdim.

Zamirə Hacıyevanın vəkili bir ara belə deyir ki, müvəkkilinə kredit kartları veriləndə o, bunların ölkə qanunlarının pozularaq verilməsindən xəbərsiz olub. Ona görə də " Harrods"da bu qədər pul xərcləmək çox da düzgün olmasa da, hər hansı hüquqi cinayət təşkil etmir.

Daha sonra vəkil Azərbaycandakı siyasi məhbusların vəziyyətindən danışır. Bildirir ki, Zamirə Hacıyeva Azərbaycana göndərilsə o, siyasi görüşlərinə görə ədalətli mühakimə olunmayacaq. Bu məqamda Azərbaycan hökumətini təmsil edən Helen Malkolmun cavabı ürəyimcə olur: "Bizim bildiyimiz qədər, Zamirə Hacıyevin siyasi mövqeyi yoxdur".

Zamirə Hacıyevanın özü barəsində, xərclədiyi pullar haqqında məlumatlar verilir. Ərinin ildə 55 min funt sterlinqdən çox pul qazanmadığı qeyd olunur. 11.5 milyon funt sterlinq dəyərindəki evindən danışılır. "Neçə uşaq oxudulardı o pulla" deyə, fikirləşirəm...

İkinci yarı üçün fasilə verilir. Zamirə Hacıyevanın dostları onun çiynini ovub, dəstək olurlar. Elə çölə çıxanda sadə geyimi gözümü oxşayır. Evinin qarşısında idman paltarı ilə çəkilən məşhur görüntü yəqin ki yadınızdadır. İdman geyiminin belə minlərlə funt sterlinq qiyməti var idi. Yəqin ki, indi bir az daha ehtiyatlı davranıb.

"Aranızda Azərbaycan hökumətindən ya da səfirliyindən kimsə var?"

Prosesin ikinci yarısında Zamirə Hacıyevanın vəkilləri bir-bir jurnalistlərə yaxınlaşıb bizdən bu suala cavab istəyirlər. Çünki gizli şahid gələcək bir azdan. O, tanınmaqdan, ifşa olunmaqdan qorxur. Vəkillər əl-ayağa düşür, məndən də soruşurlar eyni sualı. Jurnalist olduğumu deyirəm.

Gizli şahid həyəcanlıdır, boğazı quruyur danışdıqca. Tez-tez hakim və Zamirə Hacıyevanın vəkili daha yüksəkdən danışmağı məsləhət görür. Bəzi sualları başa düşməyəndə tərcüməçi köməyinə yetişir. Gizli şahidi isə hakimdən başqa heç kəs görmür. Bir ara şahidin özü də bayaq vəkillərin bizdən soruşduğu sualı soruşur. Hakim onu əmin edir ki, içəridə Azərbaycan hökumətindən, ya da səfirliyindən heç kəs yoxdur.

Bax belə, şahid də siyasi məhbuslardan danışır. Elə bu yerdə Helen Malkolmun bayaq yuxarıda dediyi arqument yadıma düşür. Ancaq görəsən, Zamirə Hacıyeva bahalı daş-qaş almaqdan başqa hər hansı bir məsələ ilə maraqlanıb bu son illərdə?

Gizli şahidin səsinin yavaş çıxmağı, dediklərinin çox anlaşılan olmamağı məhkəmə prosesini yavaşladır. Hakim prosesin növbəti iclasda davam edəcəyini elan edir... (APA)
Zamirə Hacıyevanın məhkəməsi - ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1189   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəisi Putinə zəng etdi

Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, söhbət İran tərəfinin təşəbbüsü əsasında aparılıb. Putinlə Rəisi Yaxın Şərqdəki hazırkı vəziyyəti müzakirə ediblər

16 aprel
.

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib. xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir. Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?. Keçən ili

15 aprel
.

"İnter Mayami"nin məğlubiyyətindən sonra qalmaqal: Azarkeşlər Messini təhqir etdilər

"İnter Mayami"nin "Monterrey"yə məğlub olmasından sonra meksikalı azarkeşlər biabırçı davranışlar nümayiş etdiriblər. Azarkeşlər Lionel Messiyə hörmətsizlik ediblər. xarici mediaya istinadla bildirir ki, KONKAKAF Çempionlar Kuboku "İnter Mayami" üçün deyil. Xerardo Martinonu

15 aprel
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15 aprel
.

Nəfəs borusuna yemək düşən 2 yaşlı uşaq vəfat etdi

Nəfəs borusunda yemək qalan 2 yaşlı uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Hadisə saat 18.30 radələrində baş verib. 32 yaşlı ana 2 yaşlı körpəsinə yemək verərkən, uşaq nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Körpəsinin nəfəssi

16 aprel
.

Dəhşət! Tibb işçisi və həkim balkondan yıxıldı

Tibb işçisi və həkim evin 3-cü mərtəbəsinin eyvanından yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisən Türkiyədə baş verib. Bədbəxt hadisə nəticəsində 30 yaşlı tibb işçisi hadisə yerində dünyasını dəyişib. Qadın həkim isə ağır yaralanıb. O, Tunceli Dövlət Xəstəxanasına sövq edilib. Qadını

16 aprel
.

Ailəsinə qovuşan "Survivor" iştirakçısı göz yaşlarını saxlaya bilmədi - VİDEO

Türkiyənin reytinqli layihələrindən olan "Survivor 2024 All Star" yarışmasında daha bir ayrılıq yaşanıb. xəbər verir ki, bu dəfə layihəni idmançı, aparıcı və aktyor Hakan Hatipoğlu tərk edib. Dominikandan Türkiyəyə qayıdan Hatipoğlu hava limanında kövrək anlar yaşayıb. Həyat yoldaşı və qız

16 aprel
.

4 yaşında ikən qaçırıldı, 52 il sonra ailəsinə qovuşdu

Aura Guerrero Leon 1972-ci ildə Kolumbiyanın Boqota şəhərində 4 yaşında qaçırılan uşaq 52 ildən sonra ailəsinə qovulub. xarici mediaya istinadən xəbər verir ki, 1972-ci ildə itkin düşən ​​ailəsi tərəfindən illərdir axtarılan Aura adlı şəxs ailəsinə qovuçub. Noticias Caracol xəbər agentliyinə danışa

17 aprel
.

Ögey övladlarını ac saxlayıb hər gün döydü

Rusiyanın Petropavlovsk-Kamçatski şəhər sakini yetkinlik yaşına çatmayan ögey övladlarına işgəncə verib. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, Petropavlovsk-Kamçatski şəhərinin 44 yaşlı sakini 9 və 10 yaşlı iki oğlunu böyüdən qadınla yaşayıb. Ata mütəmadi olaraq ögey övladların

17 aprel