Evakuatorlar yenidən qayıdır: Yeni qaydalar

Evakuatorlar yenidən qayıdır: Yeni qaydalarBakıda evakuatorların fəaliyyəti yenidən bərpa olunur. Bir neçə ay öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma-durma qaydalarını pozan sürücüləri cəzalandırmaq üçün kameralar quraşdırılıb, xeyli vəsait xərclənsə də, yenidən köhnə sistemə keçilir. Belə ki, agentlikdən bildirilib ki, yaxın günlərdədayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyə xidmətinə başlanılacaq:

"İlkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq",-deyə agentliyin yaydığı məlumatda bildirilir.

"Yeni Müsavat"a danışan nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı detallara toxunub. O, bildirib ki, əslində avtomobillərin zəruri hallarda evakuatorla aparılması qanunda da qeyd edilib:

"Evakuasiya xidməti "Yol hərəkəti haqqında" qanunda da nəzərdə tutulub. Bəzən elə sürücülər olur ki, maşını çox pis formada saxlayırlar. Elə olur ki, həmin sürücüyə dayandığı yerdə 10 dənə cərimə yazsan da istənilən nəticə olmur. Deyək ki, sürücü maşını elə yerdə saxlayır ki, yolu bağlayır. Yaxud da hansısa yolun ikinci cərgəsində dayanır, avtobus dayanacağını zəbt edir. Bu maşın saatlarla orada dayansa və sadəcə 20 manat cərimə yazılsa, yolda mənzərə dəyişmir. Yenə də sıxlıq o maşın çıxarılana qədər davam edir. Ona görə də zərurət yaradır ki, bu cür avtomobillər təxliyə olunsun. Burada bir məsələ də var ki, təxliyə haqqı cərimə meydançasında ödənilir. Ancaq qayda pozuntusuna görə tətbiq edilən cərimənin sürücüyə sadəcə olaraq protokolu verilir. Sürücü də nə vaxt istəsə banka gedərək, elektron qaydada cəriməsini ödəyə bilər. Sadəcə olaraq məsələ burasındadır ki, dayanma-durma ilə bağlı yerli azdır. Hesab edirəm ki, ilk növbədə bu barədə düşünmək lazımdır. Park üçün yeni yerlər təşkil olunmalıdır ki, sürücülər avtomobillərini orada saxlaya bilsinlər. Kobud qayda pozan sürücülər varsa, onların barəsində istisnasız tədbirlər görülməlidir. İstər cərimə yazmaq, istərsə də cərimə meydançasına aparmaq olsun".

Ekspert bildirib ki, vacib məqam odur ki, sürücülər avtomobillərinin hansı cərimə meydançasına aparıldığını yalnız sms vasitəsilə öyrənə bilərlər:
"Bunun üçün də onlar ASAN ödəniş sistemində, elektron kabinet yaratmalıdırlar. Bu, ödəniş tələb olunmayan bir sistemdir. Sürücülər oradan qeydiyyatdan keçib, öz mobil nömrələrini qeyd edirlər. Onların barəsində tətbiq görülürsə, dərhal foto, video çəkilir, protokol tərtib olunur və sürücüyə bu barədə sms göndərilir. Hələ ki, bu sistemin qurulması, sürücülərin maarifləndirilməsi daha çox önəmlidir, nəyinki, birbaşa evakuasiya. Ancaq bununla yanaşı qeyd etdiyimiz kimi evakuasiya da vacibdir. Çox kobud qayda pozuntusuna yol verən sürücülər var ki, onlar barəsində hansısa yumşaq cəza tədbiri görmək mümkün olmur. Bir avtobus dayanacağını zəbt edib, avtobusların saatlarla hərəkətinə maneə yaratmaq nə deməkdir?"

Muradlı bu qaydaların sui-istifadə hallarına səbəb olub-olmayacağı məsələsinə də toxunub:

"Evakuasiyanın özünün də qaydası var. Bu barədə "Yol hərəkəti haqqında" qanunda konkret olaraq yazılıb ki, zəruri halda evakuasiya etmək olar. Zərurət olmadıqda, avtomobili cərimə meydançasına aparmaq doğru deyil. Qanunda göstərilib ki, avtomobil digər hərəkət iştirakçılarına maneə olursa, yol ayrıcında saxlanılıbsa, piyadaların hərəkətinə maneə yaradırsa, avtomobil cərimə meydançasına apara bilər. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi də öz əməkdaşlarını təlimatlandırmalıdır ki, avtomobilləri yeri gəldi-gəlmədi evakuasiya etməsinlər. Belə olarsa, sui-istifadə hallarının da qarşısı alınar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1362   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

Sulutəpədə azyaşlını maşın vurub parçaladı

Paytaxtın Sulutəpədə qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, azyaşlını avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, iri qabaritli avtomobil azyaşlını vurduqdan sonra sürüyüb və meyit parçalanıb. Hadisəni törədən sürücü isə qaçıb. Əraziyə polis və təcili yardım briqadas

18 aprel
.

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel